Məhkəmə qərarları › İş №8(056)-225/2024

Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №8(056)-225/2024

27.11.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 8(056)-225/2024 27.11.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi ilə, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(056)-95/2021 saylı qətnaməsi üzrə verilmiş icra sənədinin icrasına izah edilməsi barədə X2 ərizəsinə Sabirabad şəhərində, Sabirabad Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sabirabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(056)-95/2021 saylı qətnaməsi ilə ilk iddiaçı Borclu - cavabdeh Səmidova (Şıxəliyeva) Mina Atamoğlan qızına qarşı «nikahın pozulması» barədə ilkin iddia tələbinin təmin edilməsi, Səmidova (Şıxəliyeva) Mina Atamoğlan qızı ilə Borclu arasında Bakı şəhəri, Nəsimi rayon Qeydiyyat Şöbəsində 28 dekabr 2007-ci il tarixdə bağlanmış və 730 №-li akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, tərəflərin nikahı məhkəmə qaydasında pozulduğu halda, onların yetkinlik yaşına çatmayan uşaqları - 09 iyun 2003-cü il təvəllüdlü X10 və xx.xx.2010-cu il təvəllüdlü X5 anaları Səmidova (Şıxəliyeva) Mina Atamoğlan qızının yanında qalması, Səmidova (Şıxəliyeva) Mina Atamoğlan qızının - Borclu qarşı «aliment tələbi» barədə qarşılıqlı iddiasının təmin edilməsi, tərəflərin övladı - xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşma çatanadək saxlanması üçün xx.xx.2021 -ci il tarixdən başlayaraq Borclu hər ay aylıq qazancının 4/1 (dörddə bir) hissəsi həcmində aliment alınaraq Səmidova (Şıxəliyeva) Mina Atamoğlan qızına verilməsi və qətnamənin alimentin tutulmasına dair hissəsi dərhal icraya yönəldilməsi qət edilmişdir. X3 qeyd olunan qətnamənin icrasına izah edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ərizəsini onunla əsaslandırmışdır ki, Sabirabad rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(056)-95/2021 saylı qətnaməsinə əsasən iddiaçı Borclu mənə qarşı nikahın pozulmasına dair iddiası təmin edilmiş, yetkinlik yaşma çatmamış 09 iyun 2003-cü il təvəllüdlü X7 və 12 fevral 2010-cu il təvəllüdlü X4 onun yanında saxlanılması və onun Borclu qarşı aliment tələbinə dair iddia təmin edilmişdir. xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşma çatanadək saxlanılması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq Borclu hər ay aylıq qazancının ¼ (dörddə bir) hissəsi həcmində alimentin alınaraq ona verilməsi qət edilmişdir. Həmin vaxtdan Bakı şəhəri Nəsimi rayon İcra İdarəsi tərəfindən Borclu hər ay əmək haqqından başqa digər qazancından ona alimentə görə ödəniş edilməmişdir. Halbuki, Rauf Səmədovun aylıq qazancı əmək haqqından başqa bonus və mükafatları (premiya) da olur ki, onlardan heç bir ödəniş aparılmır. O, bunun səbəbini İcra məmurundan soruşduqda bildirmişdir ki, qətnamədə aylıq qazanc qeyd edilmişdir, başqa gəlirlər göstərilməmişdir. O, isə hesab edir ki, bonus və mükafatlar (premiya) aylıq qazanca daxildir. Beləliklə, qətnamə hazırkı vaxta qədər həmin hissədə icra edilməmişdir. Bu səbəbdən qətnamənin izah edilməsinə zərurət yaranmışdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 230-cü maddəsində göstərilir ki, birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişirsə və yeni qətnamə çıxarılırsa, qətnamənin izah edilməsini iş üzrə son qətnamə çıxarmış məhkəmə həyata keçirir.... Qətnamə icra edilməmişsə onun izah edilməsinə yol verilir. Odur ki, xahiş edirəm, Sabirabad rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(056)-95/2021 saylı qətnaməsinin alimentin tutulmasına dair hissəsini izah edərək, yenidən icraya yönəldilməsini xahiş etmişdir.. X1 və Borclu məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilsələr də, məhkəmə iclasında iştirak etməmişlər, səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 231-ci maddəsinə əsaslanaraq ərizəyə ərizəçinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri araşdırıb, ərizənin qismən təmin edilməsi barədə nəticəyə gəlir. Belə ki, iş materiallarında olan Sabirabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(056)-95/2021 saylı qətnaməsi ilə ilk iddiaçı Borclu - cavabdeh Səmidova (Şıxəliyeva) Mina Atamoğlan qızına qarşı «nikahın pozulması» barədə ilkin iddia tələbinin təmin edilməsi, Səmidova (Şıxəliyeva) Mina Atamoğlan qızı ilə Borclu arasında Bakı şəhəri, Nəsimi rayon Qeydiyyat Şöbəsində 28 dekabr 2007-ci il tarixdə bağlanmış və 730 №-li akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, tərəflərin nikahı məhkəmə qaydasında pozulduğu halda, onların yetkinlik yaşına çatmayan uşaqları - 09 iyun 2003-cü il təvəllüdlü X10 və xx.xx.2010cu il təvəllüdlü X5 anaları Səmidova (Şıxəliyeva) Mina Atamoğlan qızının yanında qalması, Səmidova (Şıxəliyeva) Mina Atamoğlan qızının - Borclu qarşı «aliment tələbi» barədə qarşılıqlı iddiasının təmin edilməsi, tərəflərin övladı - xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşma çatanadək saxlanması üçün xx.xx.2021 -ci il tarixdən başlayaraq Borclu hər ay aylıq qazancının 4/1 (dörddə bir) hissəsi həcmində aliment alınaraq Səmidova (Şıxəliyeva) Mina Atamoğlan qızına verilməsi və qətnamənin alimentin tutulmasına dair hissəsi dərhal icraya yönəldilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76-cı maddəsinə görə valideynlər arasında aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən hər ay tutulacaq alimentin miqdarı məhkəmə tərəfindən müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Həmin Məcəllənin uşaqlar üçün məhkəmə qaydasında tutulan alimentin miqdarının müəyyən edilməsi qaydasını tənzimləyən 76.1 və 76.1.1-ci maddələrinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə- qazancın (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarda aliment tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 230.1-ci maddəsinə əsasən, işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Həmin Məcəllənin 230.3-cü maddəsinə əsasən, qətnamə və ya qərardad icra edilməmişsə onun izah edilməsinə yol verilir. Ərizənin məzmunundan və məhkəmə qətnaməsindən görünür ki, icra sənədi icrası davam edən icra sənədidir və hazırki halda tam icra edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə qətnaməsinə izah verilməsi prosessual qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməlidir. Məhkəmə ərizəçinin məhkəmə qətnaməsinə izah verilməsi ilə bağlı gətirdiyi dəlilləri əsaslı sayır və qeyd edir ki, Ailə Məcəlləsinin 76.1.1-ci maddəsi qazancın ¼ hissəsi miqdarında alimentin tutulması halını müəyyən edərkən, maddənin məzmunundan da göründüyü kimi, həmin qazanca daxil olan başqa gəlirləri (mükafat və s.) də özündə ehtiva etmişdir. Qətnamə Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə istinadən qəbul edilmişdirsə, bu zaman qətnamənin nəticə hissəsində cavabdehin qazancının ¼ hissəsi miqdarında alimentin tutulmasının yazılmasından asılı olmayaraq, bu halın başqa gəlirləri də ehtiva etməsi mütləq nəzərə alınmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(056)-95/2021 saylı qətnaməsinin nəticə hissəsinə tərəflərin övladı - xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq Borclu hər ay aylıq qazancının ¼ (dörddə bir) hissəsi həcmində alimentin alınaraq Səmidova (Şıxəliyeva) Mina Atamoğlan qızına verilməsi Borclu hər ay aylıq qazancının (başqa gəlirlərinin) ¼ (dörddə bir) hissəsi həcmində alimentin alınaraq Səmidova (Şıxəliyeva) Mina Atamoğlan qızına verilməsi kimi izah verilməli və qeyd edilməlidir ki, bu cür izah verilmə qətnamənin məzmunun dəyişdirilməsi hesab edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Ərizəçinin qətnamənin yenidən icraya yönəldilməsi barədə müraciətinə münasibətdə isə qeyd edilməlidir ki, ərizə bu hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdən də görünən hal odur ki, icra sənədi hazırda icra mərhələsində, yəni icra məmurunun icraatındadır, icrası mümkün olmayan icra sənədi və ya digər qanunla müəyyən edilmiş bir əsasla məhkəməyə icra edilmədən geri qaytarılmamışdır. Ərizəçiyə isə izah edilməlidir ki, məhkəmə qətnaməsinin nəticə hissəsinə verilmiş izah qətnamənin göstərilən qaydada icra edilməsinə maneə yaratmır. İcra məmuru göstərilən xüsusatları nəzərə almaqla icra sənədinin icrasını davam etdirməli, bu günədək qanunvericiliyin tələblərinə uyğun ödənilməsini təmin etmədiyi başqa gəlirlərin icrasının da təmin edilməsi üçün zəruri icra tədbirlərini həyata keçirməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 230, 231, 263-264, 266- 268 maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Ərizə qismən təmin edilsin. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(056)-95/2021 saylı qətnaməsinin nəticə hissəsinə tərəflərin övladı - xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq Borclu hər ay aylıq qazancının ¼ (dörddə bir) hissəsi həcmində alimentin alınaraq Səmidova (Şıxəliyeva) Mina Atamoğlan qızına verilməsi Borclu hər ay aylıq qazancının (başqa gəlirlərinin) ¼ (dörddə bir) hissəsi həcmində alimentin alınaraq Səmidova (Şıxəliyeva) Mina Atamoğlan qızına verilməsi kimi izah verilsin. Qərardaddan rəsmi qaydada əldə edildikdən sonra 10 gün müddətində Sabirabad Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar