Məhkəmə qərarları › İş №8(056)-23/2023

Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №8(056)-23/2023

09.02.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 8(056)-23/2023 09.02.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi ilə, Sabirabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 xx.xx.1986-cı il təvəllüdlü, Sabirabad şəhəri, S.Ə.Şirvani küçəsi döngə 2, ev 17-də qeydiyyatda olan və yaşayan Borclu Xanzadə qızının «Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə» təqdimatına Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Sabirabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 təqdimatla məhkəməyə müraciət edərək, xx.xx.1986-cı il təvəllüdlü, Sabirabad şəhəri, S.Ə.Şirvani küçəsi döngə 2, ev 17də qeydiyyatda olan və yaşayan Borclu Xanzadə qızının ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Sabirabad rayon Məhkəməsinin 2(056)-624/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu cəmi 4050 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Qeyd olunan icra sənədi icra olunması üçün xx.xx.2022-ci il tarixdə Sabirabad rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və icraata başlamaq haqqında qərar qəbul edilərək icra sənədinin könüllü icra olunması üçün 10 (on) gün müddətində vaxt verilməklə borcluya, məlumat üçün isə tələbkara və müvafiq məhkəməyə göndərilmişdir. İcra sənədinin icrası ilə bağlı borclunun əmlak vəziyyətinin və gəlirlərinin müəyyən edilməsi ilə bağlı “Elekton İcra” İnformasiya Sistemindən sorğular alınmış, lakin edilmiş sorğuların cavablarından müəyyən olmuşdur ki, borcluya məxsus tələbin yönəldiləsi əmlak və ona məxsus pul vəsaitləri qeydiyyata alınmamışdır. Borclu tərəflərindən şöbəyə dəvət olunaraq ona şəxsən tələbin könüllü icrası barədə bildiriş təqdim edilmiş və həmin bildirişi qəbul etməsi barədə bildirişi imzalamışdır. Borclu tələbin könüllü icrası barədə bildirişi almasına baxmayaraq bu günə qədər icra sənədinin icrasını təmin etməmiş və icra sənədinin icra edilməsi üçün heç bir cəhd göstərməmişdir. Borclu Sabirabad rayon Məhkəməsinin 2(056)-624/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra vərəqəsi üzrə 4050 manat borcu vardır. Borclunun icra sənədinin icrasından yayınmaq məqsədi ilə ölkəni tərk edə bilməsi ehtimal olunur. Borclunun icra sənədinin icrasından yayınaraq ölkəni tərk etməsinin qarşısının alınması məqsədi ilə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına zərurət yaranmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, təqdimat vermiş şəxs, Sabirabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, tələbkar və borclu məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Təqdimata əlavə edilmiş: Sabirabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(056)-624/2022 saylı icra vərəqəsinin surətindən görünür ki, Tələbkar ilə Borclu arasında şifahi formada bağlanmış nisyə alqı-satqı müqaviləsindən yaranmış 3990 (üç min doqquz yüz doxsan) manat əsas borc və iddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumunun əvəzi 60 (altımış) manat, ümumilikdə isə 4050 (dörd min əlli) AZN məbləğində pul vəsaitinin cavabdeh Borclu tutulub Tələbkar verilməsi qət edilmişdir. xx.xx.2022-ci il tarixli «İcraata başlamaq haqqında qərar»ın surətindən görünür ki, icra vərəqəsi üzrə icraata başlanılması baradə qərar qəbul edilərək, Borclu Xanzadə qızına rəsmi bildiriş göndərilmişdir. Məhkəmə təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirərək, borc öhdəliyinin uzun müddət icra edilməməsini nəzərə alaraq hesab edir ki, təqdimat əsaslı hesab edilərək təmin edilməlidir. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən «Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onalrın icrası məcburidir.» Göstərilənlərə əsasən və «İcra Haqqında» Azərbaycan Respublikası Qanunun 84-1-ci maddəsini, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqdimat təmin edilsin. xx.xx.1986-cı il təvəllüdlü, Sabirabad şəhəri, S.Ə.Şirvani küçəsi döngə 2, ev 17-də qeydiyyatda olan və yaşayan Borclu Xanzadə qızının ölkədən getmək hüququ məhkəmə qətnaməsi tam icra edildiyi zamanadək müvəqqəti olaraq məhdudlaşdırılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar