Məhkəmə qərarları › İş №8(056)-23/2025

Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №8(056)-23/2025

05.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 8(056)-23/2025 05.02.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X1 Allahverdiyevin sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi ilə, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(056)-81/2024 saylı qərardadı ilə Borclu məxsus «VAZ 2107» markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbsin götürülməsi barədə Sabirabad rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş təqdimata baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Sabirabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 təqdimatla məhkəməyə müraciət edərək, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(056)-81/2024 saylı qərardadı ilə «VAZ 2107» markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat vermiş şəxs xahişini onunla əsaslandırılmışdır ki, Naxçıvan MR Babək Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(079)-605/2023 saylı icra sənədinə əsasən, Borclu 1 uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay cəmi 200 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Borclu icra sənədinin icrasını təmin etmədiyindən Sabirabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(056)-81/2024 saylı qərardadı ilə onun mülkiyyətində olan «VAZ 2107» markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmuşdur. Üzərinə həbs qoyulmuş avtomobil Sabirabad rayon sakini tərəfindən istifadə olunduğundan qeyd olunan icra sənədi Azərbaycan Respublikası “İcra haqqında” Qanunun 10.1-ci maddəsinə əsasən icra hərəkətlərinin davam etdirilməsi üçün Sabirabad rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İcra sənədi üzrə yaranmış borc məbləği borclu tərəfindən tam ödənilmişdir. Borclu üzərində olan aliment borcunu tam şəkildə ödədiyindən Sabirabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(056)-81/2024 saylı qərardadına əsasən onun mülkiyyətində olan «VAZ 2107» markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərindən həbsin götürülməsi zəruridir. Məhkəmə iclası zamanı Sabirabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 göstərilənlərə uyğun izahat verərək təqdimatın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, tələbkar və borclu məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən məhkəmə işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə, təqdimatı və ona əlavə edilmiş materialları araşdıraraq hesab edir ki, təqdimat təmin edilməli və avtomobil üzərinə qoyulmuş həbs götürülməlidir. Belə ki, «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 20.2-ci maddəsinə əsasən icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana göndərilir. Həmin Qanunun 20.5-ci maddəsinə əsasən tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardadın müvafiq məhkəməyə şikayət verə bilərlər. Həmin Qanunun 20.8-ci maddəsinə əsasən icra məhkəməyə və ya icra sənədini vermiş digər orqana qaytarıldıqdan sonra icra məmuru təyin etdiyi bütün icra tədbirlərinin ləğv edir. Həmin Qanunun 43.1 və 43.1.1-ci maddələrinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiridir. Həmin Qanunun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, zəruri hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Göründüyü kimi, ki, Naxçıvan MR Babək Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(079)- 605/2023 saylı icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu mülkiyyətində olan avtomobilin üzərinə həbs qoyulmasının əsasları tam aradan qalxmışdır. Belə ki, borclu tərəfindən icra sənədi üzrə yaranmış aliment borcu tam şəkildə ödəndildiyindən icra məmuru hazırki təqdimatla məhkəməyə müraciət etmişdir. Beləliklə borclunun mülkiyyətində olan avtomobilin üzərində həbsin saxlanılmasının heç bir əsası qalmamışdır. Şərh edilənlərə əsasən məhkəmə belə hesab edir ki, təqdimat təmin edilməli, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(056)-81/2024 saylı qərardadı ilə Borclu mülkiyyətində olan «VAZ 2107» markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbs götürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin ***-**** və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqdimat təmin edilsin. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(056)-81/2024 saylı qərardadı ilə Borclu mülkiyyətində olan «VAZ 2107» markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbs götürülsün. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sabirabad Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar