Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 8(056)-233/2025 29.07.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Sabirabad Rayon Məhkəməsi Hakim Cəfərov Cavid Zahid oğlunun sədrliyi, Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi, Sabirabad rayon İcra və Probasiya Şöbəsinin rəisi, kiçik ədliyyə müşaviri Dəyanət Lətifovun Borclu məcburi gətirilməsi barədə təqdimatına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, aşağıdakı qərardadı qəbul etdi. İşin halları
1. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(056)-1769/2021 nömrəli icra vərəqəsinə əsasən cavabdeh Borclu xx.xx.2010-cu il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 130 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Tələbkar ödənilməlidir.
2. Sabirabad rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarı ilə icra sənədi üzrə icraata başlanılmışdır.
3. xx.xx.2022-ci il tarixdə Borclu tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir.
4. Sabirabad rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Xəqani Əzimov tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli borclunun məcburi gətirilməsi haqqında qərardan görünür ki, Borclu çoxsaylı xəbərdarlıq göndərilmiş, şöbəyə dəvət edilmiş, lakin borclu icra məmurunun qanuni tədbirlərindən yayındığından Sabirabad rayonu, Suqovuşan kəndində qeydiyyatda olan Borclu məcburi qaydada gətirilməsi barədə məhkəməyə təqdimat verilməsi qərara alınmışdır.
5. “Elektron icra” informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, borclunun aktiv əmək müqaviləsi, aldığı hər hansı ünvanlı dövlət sosial yardım və pensiya məbləği yoxdur.
Təqdimatın tələbi, icraat iştirakçılarının izahatları
6. Sabirabad rayon İcra və Probasiya Şöbəsinin rəisi, kiçik ədliyyə müşaviri Dəyanət Lətifov təqdimatla məhkəməyə müraciət edərək, Borclu məcburi gətirilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir.
7. Təqdimatın əsaslarına görə, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(056)-1769/2021 nömrəli icra vərəqəsinə əsasən cavabdeh Borclu xx.xx.2010-cu il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 130 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Tələbkar ödənilməlidir. Həmin icra sənədi xx.xx.2022-ci il tarixdə icraata qəbul edilmiş və icraata başlamaq haqqında qəbul edilərək bildiriş vasitəsi ilə Borclu göndərilmiş, lakin borclu icra sənədində göstərilmiş tələbi təmin etməkdən və bununla bağlı Sabirabad rayon İcra və Probasiya Şöbəsinə gəlib izahat verməkdən yayınır.
8. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər.
Tətbiq edilən hüquq
9. Azərbaycan Respublikası Konstitusiyası: İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir; İİ. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.
10. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 5. ... Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır; Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.
11. “İcra haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 44.1. Məcburi icra tədbirlərinin tətbiqinin əsasları aşağıdakılardır: 44.1.1. bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; 44.1.2. icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; 44.1.3. könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi; Maddə 84.2. İcra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur; Maddə 84.3. Bu Qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur.
Məhkəmənin mövqeyi
12. İlk növbədə qeyd olunmalıdır ki, məhkəmə qərarlarının icrası mütləqdir. Konstitusiyanın 29-cu maddəsində də qərarların icrasının məcburiliyi və məhkəmə qərarının icra olunmamasının qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olması göstərilmişdir.
13. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də özünün bir çox qərarlarında məhkəmənin yekun qərarlarının icrasının ədalətli məhkəmə araşdırması hüququnun ayrılmaz tərkib hissəsi olduğunu və Konvensiyanın 6-cı maddəsi ilə təminat altına alındığını vurğulamışdır.
14. Bu konteksdə məhkəmə təqdimatı və iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir.
15. Belə ki, iş materiallarından görünür ki, icra məmuru tərəfindən icra sənədinin icrası yönündə lazımi prosessual addımlar atılmışdır. Qanunun tələbinə əsasən, icra məmuru tərəfindən icra üzrə icraata başlanılmış, könüllü icra üçün bildiriş borcluya göndərilmiş, “Borclunun məcburi gətirilməsi” haqqında qərar qəbul edilmiş, qərar İcra şöbəsinin rəisi tərəfindən təsdiq edilmişdir. Lakin, hazırda Borclu icra məmurunun çağırışına baxmayaraq, İcra şöbəsinə gəlməkdən üzrsüz səbəbdən yayınır.
16. “İcra haqqında” Qanunun 44.1.3-cü maddəsinə əsasən, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirinin tədbiqinə əsas verir.
17. Odur ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu barəsində məcburi gətirilmə tədbiri tədbiq olunmalıdır.
18. Göstərilənlərə əsasən və MPM-nin 231, 263-264, 267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
Təqdimat təmin edilsin. Borclu Ələkbərov X1 rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sabirabad Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Cavid Cəfərov