Məhkəmə qərarları › İş №8(056)-235/2023

Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №8(056)-235/2023

12.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 8(056)-235/2023 12.10.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Sabirabad Rayon Məhkəməsinin hakimi Pənahov Füzuli Novruzəli oğlunun sədrliyi, Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi, Sabirabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 və X2 iştirakı ilə, X2 Sabirabad rayon İcra və Probasiya Şöbəsinin icra sənədinin qaytarılmasına dair xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayətlə məhkəməyə müraciət edərək Sabirabad Rayon Məhkəməsinin xx.xx.2018ci il tarixli, 2(056)-298/2018 saylı qətnaməsi üzrə verilmiş xx.xx.2018-ci il tarixli icra vərəqəsinin icrası mümkün olmadığından Sabirabad Rayon Məhkəməsinə qaytarılması barədə xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və iş üzrə icra tədbirlərinin davam etdirilməsi üçün icra vərəqinin Sabirabad Rayon icra və Probasiya Şöbəsinə verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Sabirabad rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(056)-298/2018 saylı icra sənədinə əsasən cavabdeh X1 9530 manat məbləğində pulun alınaraq ona verilməsi qərara alınmışdır. Qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Keçən icra müddəti ərzində borclu tərəfindən cəmi 970 manat məbləğində pul ona ödənilmiş borcun qalıq qalmış hissəi 8560 manat təşkil etmişdir. Borclunun böyük təsərrüfatı və onlarla iri və xırda buynuzlu heyvanları vardır. İcra məmurunun borclunun borcu ödəmək üçün heç bir maddi imkanının, əmlakının olmamas barədə ifadələrinin həqiqətə uyğun olmadığını bildirmiş, göstərilənlərə əsasən ərizənin təmin olunması barədə qərardad qəbul olunması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak etmiş ərizəçi X9 ərizənin təmin olunması və icra vərəqəsinin icra tədbirlərinin davam etdirilməsi üçün yenidən icraya yönəldilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə izahat verən Sabirabad rayon İcra və probasiya şöbəsinin icra məmuru X5 izahatında göstərdi ki, Sabirabad rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(056)- 298/2018 saylı icra sənədinə əsasən cavabdeh X1 9530 manat məbləğində pulun alınaraq ona verilməsi qərara alınmışdır. Borcluya dəfələrlə müraciətlər olunmasına baxmayaraq üzərində olan borcunu ödəmək imkanı olmadığını bildirmiş və borcun yönəldilməsi üçün cavabdehin heç bir əmlakı müəyyən edilməmişdir. Qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarla Sabirabad rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(056)-298/2018 saylı icra vərəqəsinin icrası mümkün olmadığından Sabirabad rayon məhkəməsinə qaytarılmışdır. Odur ki, ərizənin təmin olunmasının məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə icra məmuru tələbkarı və M.Mövsümovu dinləyib tələbkarın şikayətini və iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslıdır və təmin olunmalıdır. Məhkəmə hesab edir ki, Sabirabad rayon İcra və Probasiya Şöbəsinin icra sənədinin qaytarılmasına dair xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməli və Sabirabad rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(056)-298/2018 saylı icra sənədi icra tədbirlərinin davam etdirilməsi üçün yenidən icraya yönəldilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X4 tərəfindən verilmiş şikayət təmin edilsin. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(056)-298/2018 saylı qətnaməsi üzrə verilmiş xx.xx.2018-ci il tarixli icra sənədinin qaytarılmasına dair Sabirabad rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin və Sabirabad rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(056)-298/2018 saylı icra sənədi icra tədbirlərinin davam etdirilməsi üçün yenidən icraya yönəldilsin. Qərardaddan rəsmi qaydada veridikdən sonra 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Füzuli Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar