Məhkəmə qərarları › İş №8(056)-248/2025

Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №8(056)-248/2025

08.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 8(056)-248/2025 08.08.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Cavid Zahid oğlunun sədrliyi, Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi ilə, Sabirabad rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Xəqani Əzimovun avtomobil üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimatına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, aşağıdakı qərardadı qəbul etdi. İşin halları

1. Sabirabad Rayon Məhkəməsinin 2(056)-170/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə Borclu ümumilikdə 12550 manat alınaraq "X2" MMC-yə ödənilməlidir.

2. Sabirabad Rayon Məhkəməsinin 8(056)-81/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadına əsasən onun mülkiyyətində olan «VAZ 21074» markalı, **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur.

3. Tələbkar "X2" MMC ərizə ilə İcra şöbəsinə müraciət edərək, borclu tərəfindən borcun ödənildiyi bildirilmişdir.

4. Sabirabad rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Xəqani Əzimovun xx.xx.2025-ci il tarixli qərarına əsasən Sabirabad Rayon Məhkəməsinin 2(056)-170/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədində qeyd olunan tələb Borclu tərəfindən tam ödənildiyindən icra sənədi üzrə icraata xitam verilmişdir.

Təqdimatın tələbi, icraat iştirakçılarının izahatları

5. Sabirabad rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Xəqani Əzimov təqdimatla məhkəməyə müraciət edərək, Borclu Sabirabad rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 8(056)-81/2021 saylı qərardadına əsasən onun mülkiyyətində olan «VAZ 21074» markalı, **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir.

6. Təqdimatın əsaslarına görə, Sabirabad Rayon Məhkəməsinin 2(056)-170/2020 nömrəli, xx.xx.2020-cü il tarixli icra sənədi üzrə Borclu ümumilikdə 12550 manat alınaraq "X2" MMC-yə ödənilməlidir. Borclu barəsində olan icra sənədinin icrasını təmin etmədiyindən Sabirabad rayon Məhkəməsinin xx.xx.2021-ci ii tarixli, 8(056)-81/2021 saylı qərardadına əsasən onun mülkiyyətində olan «VAZ 21074» markalı, **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Üzərinə həbs qoyulmuş avtomobil Sabirabad rayon sakini tərəfindən istifadəsində olunduğundan qeyd olunan icra sənədi Azərbaycan Respublikası “İcra haqqında” Qanunun 10.1-ci maddəsinə əsasən icra hərəkətlərinin davam etdirilməsi üçün Sabirabad rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İcra sənədi üzrə tələbkar "X2" MMC-nin şöbəyə məktub ilə müraciət edərək icra sənədi üzrə borc tam olaraq ödənildiyini göstərimiş və icra sənədinin icraatına xitam verilməsini xahiş etmişdir. Bu səbəbdən xx.xx.2025-ci ii tarixdə icra sənədinin icraatına xitam verilmişdir.

7. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişdir.

Tətbiq edilən hüquq

8. Azərbaycan Respublikası Konstitusiyası: İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir; İİ. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.

9. “İcra haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 43.1. Məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; Maddə 45.1. Tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir; Maddə 45.6. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir; Maddə 50.1. İcraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur; Maddə 50.2. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, icra məmuru məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. İcra məmuru 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir.

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 231.3. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması məsələlərinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır.

Məhkəmənin mövqeyi

11. Məhkəmə hesab edir ki, təqdimat təmin edilməlidir.

12. Belə ki, “İcra haqqında” Qanunun 43-cü maddəsində məcburi icra tədbirləri sadalanmış və borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi bu tədbirlərdən biri kimi göstərilmişdir.

13. Hazırkı işin halları ilə məlum olur ki, Sabirabad Rayon Məhkəməsinin 2(056)- 170/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra vərəqəsi tam icra olunmuş və Sabirabad rayon İcra və Probasiya Şöbəsi tərəfindən icraata xitam verilmişdir.

14. Nəzərə almaq lazımdır ki, mülkiyyətçinin mülkiyyət hüquqlarının qeyri-legitim əsaslarla məhdudlaşdırılması yolverilməzdir.

15. Odur ki, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təqdimat təmin edilməli və Sabirabad Rayon Məhkəməsinin 8(056)-81/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə Borclu məxsus “VAZ 21074” minik markalı, **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir.

16. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

Təqdimat təmin edilsin. Sabirabad Rayon Məhkəməsinin 8(056)-81/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə Borclu məxsus “VAZ 21074” minik markalı, **-VR-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardadın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinə həvalə edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sabirabad Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Cavid Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar