Məhkəmə qərarları › İş №8(056)-255/2024

Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №8(056)-255/2024

25.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 8(056)-255/2024 25.12.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X5 Allahverdiyevin sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi, X1 iştirakı ilə, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(056)-197/2024 saylı qərardadı ilə X4 məxsus «Mercedes Benz 200D» markalı ** DL *** dövlət nömrə nişanlı və «QAZ 2410» markalı ** ZV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin üzərinə qoyulmuş həbsin götürülməsi barədə X3 ərizəsinə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X2 ərizə ilə məhkəməyə müraciət edərək, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(056)-197/2024 saylı qərardadı ilə ona məxsus «Mercedes Benz 200D» markalı ** DL *** dövlət nömrə nişanlı və «QAZ 2410» markalı ** ZV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, borclu olduğu icra sənədi üzrə tələbkarla razılaşmış, tələbkarın müraciəti əsasında icra sənədi icra məmuru tərəfindən xx.xx.2024-cü il tarixli qərarla məhkəməyə geri qaytarılmışdır. Göstərilənlərə əsasən hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclası zamanı X2 göstərilənlərə uyğun izahat verərək təqdimatın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, tələbkar və icra məmuru məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən məhkəmə işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə, ərizəni və ona əlavə edilmiş materialları araşdıraraq hesab edir ki, təqdimat təmin edilməli və avtomobil üzərinə qoyulmuş həbs götürülməlidir. Belə ki, «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 20.8-ci maddəsinə əsasən icra sənədi məhkəməyə və ya icra sənədini vermiş digər orqana qaytarıldıqdan sonra icra məmuru təyin etdiyi bütün icra tədbirlərinin ləğv edir. Həmin Qanunun 43.1 və 43.1.1-ci maddələrinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiridir. Həmin Qanunun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Göründüyü kimi, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(056)- 1406/2019 saylı icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu X3 mülkiyyətində olan avtomobillərin üzərinə həbs qoyulmasının əsasları tam aradan qalxmışdır. Belə ki, iş materiallarından görünür ki, icra sənədi tələbkarın ərizəsi əsasında Sabirabad Rayon İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli qərarı ilə geri qaytarılmışdır. Belə olan halda borclunun mülkiyyətində olan avtomobillərin üzərində həbsin saxlanılmasının heç bir əsası qalmamışdır. Şərh edilənlərə əsasən məhkəmə belə hesab edir ki, ərizə təmin edilməli, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(056)-197/2024 saylı qərardadı ilə X4 məxsus «Mercedes Benz 200D» markalı ** DL *** dövlət nömrə nişanlı və «QAZ 2410» markalı ** ZV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin üzərinə qoyulmuş həbs götürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin ***- **** və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Ərizə təmin edilsin. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(056)-197/2024 saylı qərardadı ilə X4 məxsus «Mercedes Benz 200D» markalı ** DL *** dövlət nömrə nişanlı və «QAZ 2410» markalı ** ZV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin üzərinə qoyulmuş həbs götürülsün. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sabirabad Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar