Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 8(056)-258/2023 07.11.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ X4 Allahverdiyevin sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi ilə, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(056)-573/2023 saylı icra vərəqəsi üzrə X2 münasibətdə alimentin dayandırılması barədə Borclu ərizəsinə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Borclu ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2006-cı il təvəllüdlü X1 xx.xx.2023-cü il tarixdə ailə həyatı qurması ilə bağlı Sabirabad rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(056)-573/2023 saylı icra vərəqəsi üzrə ona olan münasibətdə alimentin dayandırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, ərizənin məzmunundan görünür ki, ərizəçi tələbkarın ailə həyatı qurmasını əsas göstərərk alimentin dayandırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Lakin alimnet ödəməkdən azad etmənin əsasları Ailə Məcəlləsinin 112-ci maddəsində müəyyən edilmişdir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Belə olan halda ərizəçi göstərilən ərizə formasında deyil, iddia ərizəsi formasında məhkəməyə müraciət etməlidir. İddia ərizəsinin forma və məzmunu isə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə müəyyən edilmişdir. Alimentin dayandırılması barədə anlayış Ailə Məcəlləsində müəyyən edilməmişdir. Ona görə də hazırki ərizə geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Ərizə geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sabirabad Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №8(056)-258/2023
Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №8(056)-258/2023
07.11.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver