Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 8(056)-26/2023 20.02.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ X3 Allahverdiyevin sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi ilə, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(056)-340/2022 saylı qərardadı ilə Borclu məxsus «X5-Prado» markalı, ** LK *** dövlət qeydiyyat nişanlı və «Toyota Corolla» markalı, ** OJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin üzərinə qoyulmuş həbsin götürülməsi barədə Sabirabad rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş təqdimata baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Sabirabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 təqdimatla məhkəməyə müraciət edərək xx.xx.2018-ci il tarixli, 2(103)-73/2018 saylı icra vərəqəsinə əsasən, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(056)-340/2022 saylı qərardadı ilə «X5-Prado» markalı, ** LK *** dövlət qeydiyyat nişanlı və «Toyota Corolla» markalı, ** OJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat vermiş şəxs xahişini onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-73/2018 saylı icra vərəqəsinə əsasən Borclu cəmi 2886 manat məbləğində pul vəsaitinin tutulub "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. Borclu barəsində olan icra sənədinin icrasını təmin etmədiyindən Sabirabad rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 8(056)-340/2022 saylı qərardadına əsasən onun mülkiyyətində olan «X5-Prado» markalı, ** LK *** dövlət qeydiyyat nişanlı və «Toyota Corolla» markalı, ** OJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin üzərinə həbs qoyulmuşdur. Üzərinə həbs qoyulmuş avtomobil Sabirabad rayon sakini tərəfindən istifadəsində olunduğundan qeyd olunan icra sənədi Azərbaycan Respublikası “İcra haqqında” Qanunun 10.1-ci maddəsinə əsasən icra hərəkətlərinin davam etdirilməsi üçün Sabirabad rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. xx.xx.2021-ci il tarixində LPO "xxxx" ASC ilə “Sabah” İK firması arasında tələb hüququnun ötürülməsinə dair müqavilə bağlanmış və bu müqavilə üzrə LPO "xxxx" ASC-nin bütün iddia tələbləri “Sabah” İK firmasına keçmişdir. İcra tədbirləri nəticəsində tələbkar təşkilat olan «Sabah» İK firmasının director müavini Fərhad Aslanov xx.xx.2023-cü il tarixli ərizə ilə icra və probasiya şöbəsinə müraciət edərək icra sənədində qeyd olunmuş məbləğin borcludan tam şəkildə tutulduğunu bildirmiş, icra sənədinin icraatına xilam verilməsini xahiş etmiş və xx.xx.2023-cü il tarixdə Sabirabad rayon İcra və Probasiya şöbəsi tərəfindən qeyd olunan iş üzrə icraata xitam verilmişdir. Borclu üzərində olan borcunu tam şəkildə ödədiyindən Sabirabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli. 8(056)-340/2022 saylı qərardadına əsasən onun mülkiyyətində olan «X5-Prado» markalı, ** LK *** dövlət qeydiyyat nişanlı və «Toyota Corolla» markalı, ** OJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin üzərindən həbsin götürülməsi zəruridir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, Sabirabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, tələbkar və borclu məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən məhkəmə işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə təqdimat vermiş şəxsin izahatını dinləyib, təqdimatı və ona əlavə edilmiş materialları araşdıraraq hesab edir ki, təqdimat qismən təmin edilməli və «Toyota Corolla» markalı, ** OJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbs götürülməlidir. Belə ki, təqdimata əlavə edilmiş Sabirabad rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 8(056)-340/2022 saylı qərardadından görünür ki, Borclu mülkiyyətində olan «Toyota Corolla» markalı, ** OJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmuşdur. “Sabah” İKF tərəfindən Sabirabad rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, LPO "xxxx" ASC-nin iddia tələbləri “Sabah” İKF-yə keçmiş və hazırda Borclu tərəfindən borc tam ödənilmişdir. Sabirabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 tərəfindən qəbul edilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-73/2018 saylı icra sənədi üzrə icraata xitam verilməsi qərara alınmışdır. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 20.2-ci maddəsinə əsasən icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana göndərilir. Həmin Qanunun 20.5-ci maddəsinə əsasən tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardadın müvafiq məhkəməyə şikayət verə bilərlər. Həmin Qanunun 20.8-ci maddəsinə əsasən icra məhkəməyə və ya icra sənədini vermiş digər orqana qaytarıldıqdan sonra icra məmuru təyin etdiyi bütün icra tədbirlərinin ləğv edir. Göründüyü kimi, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-73/2018 saylı icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu mülkiyyətində olan «Toyota Corolla» markalı, ** OJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmasının əsasları tam aradan qalxmışdır. Belə ki, tələbkar təşkilat borclu tərəfindən icra sənədinin tam icra edildiyi barədə İcra şöbəsinə ərizə ilə müraciət etmiş və icra məmuru tərəfindən icra sənədinin icraatına xitam verilməsi barədə qərar qəbul edilmişdir. Beləliklə borclunun mülkiyyətində olan əmlakın üzərində həbsin saxlanılmasının heç bir əsası qalmamışdır. Şərh edilənlərə əsasən məhkəmə belə hesab edir ki, təqdimat qismən təmin edilməli, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(056)-340/2022 saylı qərardadı ilə Borclu mülkiyyətində olan «Toyota Corolla» markalı, ** OJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbs götürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqdimat qismən təmin edilsin. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(056)-340/2022 saylı qərardadı ilə Borclu mülkiyyətində olan «Toyota Corolla» markalı, ** OJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbs götürülsün. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sabirabad Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №8(056)-26/2023
Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №8(056)-26/2023
20.02.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver