Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 8(056)-26/2024 16.02.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X4 Novruzəli oğlunun sədrliyi, Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi, icra sənədi üzrə Tələbkar iştirakı ilə, icra sənədi üzrə Tələbkar icra sənədinin yenidən icraya yönəldilməsi barəsində ərizəsinə baxaraq MÜƏYYƏN ETDİ: Sabirabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(056)-446/2023 saylı qətnaməsi ilə iddia təmin edilərək, Borclu 3000 manat və ödənilmiş dövlət rüsumunun əvəzində 50 manat olmaqla, cəmi 3050 manat pulun alınaraq Tələbkar ödənilməsi qət edilmişdir. Sabirabad rayon İcra və Probasiya Şöbəsinin icraata başlamaq haqqında qərarı əsasında Sabirabad rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(056)-446/2023 saylı icra sənədi üzrə icraata başlanılmış və borclulara könüllü icra üçün 10 gün vaxt verilmiş, sonradan isə tələbkarın ərizəsinə əsasən ərizəsinə əsasən icra sənədinin icraatı dayandırılmışdır. Hazırda icra sənədi üzrə Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək, icra sənədi üzrə icraatın təzələnməsini və Sabirabad rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin yenidən icraya yönəldilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizənin dəlillərini araşdıraraq hesab edir ki, ərizə təmin edilərək, icra sənədi üzrə icraat təzələnməli və icra sənədi yenidən icraya yönəldilməlidir. İş materiallarında olan Sabirabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(056)-446/2023 saylı qətnaməsinin surətindən görünür ki, Borclu 3000 manat və ödənilmiş dövlət rüsumunun əvəzində 50 manat olmaqla, cəmi 3050 manat pulun alınaraq Tələbkar ödənilməsi qət edilmişdir. İs materiallarında olan AKT-ın surətindən görünür ki, o, X1 rayonu Suqovuşan kəndində yerləşən fərdi yaşayış evinə köçürülmüşdür. Belə ki, iş materiallarından aydın olur ki, Tələbkar ilə borclu arasında razılaşma olduğu üçün icra sənədinin icraatı dayandırılmışdır. Lakin borclu verdiyi vədlərə əməl etməmiş və razılaşdıqları vaxtda üzərində olan borcunu qaytarmamışdır. Halbuki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci maddəsinə əsasən, tələbkarın yaşayış və ya qeyri-yaşayış sahəsinə köçürülməsi haqqında icra sənədi borclu tərəfindən könüllü icra üçün icra məmurunın müəyyən etdiyi müddətdə icra edilmədikdə, köçürülmə icra məmuru tərəfindən həyata keçirilir. İcra məmuru, tələbkarın icra sənədində göstərilmiş yaşayış və ya qeyri-yaşayış sahəsinə maneəsiz daxil olmasını və orada yaşamasını (olmasını) təmin edir. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən, borclu tələbkarın köçürülməsi haqqında icra sənədinin icrasına mane olduqda, icra hərəkətləri hal şahidlərinin iştirakı ilə həyata keçirilir, zəruri hallarda isə icra məmuru müvafiq icra hakimiyyəti və yerli özünüidarə orqanlarının əməkdaşlarını dəvət edir. Tələbkarın yaşamasına (olmasına) borclu tərəfindən sonradan maneçilik törədildikdə, icra məmuru bu Qanunun 82-ci maddəsi ilə müəyyən edilmiş tədbirləri görür. Qeyd edilən Qanunun 73.3-cü maddəsinə əsasən, tələbkarın köçürülməsi haqqında icra məmuru tərəfindən müvafiq akt tərtib olunur. Göstərilən Məcəllənin 73.4-cü maddəsinə əsasən, tələbkarın yaşayış və ya qeyriyaşayış sahəsindən maneəsiz istifadə etmək imkanı təmin olunduqda, icra sənədi icra edilmiş sayılır. Yenə həmin Məcəllənin 73.5-ci maddəsinə əsasən, tələbkarın köçürülməsi barədə akt tərtib edildikdən sonra, borclu tələbkarın yaşamasına (olmasına) yenidən maneçilik törətdikdə, icra sənədi üzrə icraat təzələnməlidir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Borclu 3000 manat və ödənilmiş dövlət rüsumunun əvəzində 50 manat olmaqla, cəmi 3050 manat pulun alınaraq Tələbkar ödənilməsinə dair Sabirabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(056)-446/2023 saylı qətnaməsinin icrasının təmin edilməsi üzrə icraat təzələnməli və icra sənədi yenidən icraya yönəldilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 257-ci maddəsinə əsasən, işin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra, işdə iştirak edən şəxslərin ərizəsi üzrə və ya məhkəmənin təşəbbüsü ilə iş üzrə icraat təzələnir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 257-258 və 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ərizə təmin edilsin. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(056)-446/2023 saylı qətnaməsinin Borclu 3000 manat və ödənilmiş dövlət rüsumunun əvəzində 50 manat olmaqla, cəmi 3050 manat pulun alınaraq Tələbkar ödənilməsi hissəsində icra icraatı təzələnsin. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(056)-446/2023 saylı qətnaməsinin Borclu 3000 manat və ödənilmiş dövlət rüsumunun əvəzində 50 manat olmaqla, cəmi 3050 manat pulun alınaraq Tələbkar ödənilməsi hissəsində icra vərəqəsi yenidən icraya yönəldilsin. Qərardadın icrası Sabirabad Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardaddan 10 (on) gün ərzində Sabirabad Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Füzuli Pənahov
Məhkəmə qərarları › İş №8(056)-26/2024
Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №8(056)-26/2024
16.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver