Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 8(056)-271/2025 02.09.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Cavid Zahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi ilə, tələbkar X1 icra sənədinin geri qaytarılması barədə ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, aşağıdakı qərardadı qəbul etdi. İşin halları
1. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(056)246/2022 saylı icra vərəqəsinə, əsasən borclu X2 cəmi 2873.7 manat məbləğində pul alınaraq tələbkar X3 verilməlidir.
2. Həmin icra sənədi Maraqlı şəxs icraatına daxil olmuş və icra orqanının qərarı ilə geri qaytarılmışdır.
Ərizə tələbi, icraat iştirakçılarının izahatları
2. Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək, Sabirabad Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2022 ci il tarixli qətnaməsi əsasında verilmiş 2(056)-246/2022-ci il tarixli icra vərəqəsinin geri qaytarılması barədə Maraqlı şəxs icra məmurunun xx.xx.2025ci il tarixli qərarının ləğv edilməsi, icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
3. Ərizənin əsaslarına görə Sabirabad Rayon Məhkəməsinin 21 fevral 2022-ci il tarixli qətnaməsinə əsasən X2 Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 1(022)-34 saylı hökmü ilə müəyyən olumuş cinayət əməli nəticəsində yaranmış zərərin əvəzi 2823.7 manat alınaraq ona ödənilməlidir. Qətnamə icra olunması üçün Maraqlı şəxsnə göndərilmişdir. Lakin icra şöbəsi icra sənədini icra etmədən İcra haqqında Azərbaycan Respublikadsı Qanunu 23 maddəsinə əsasən icra geri qaytarmışdır. İcra sənədi xeyli vaxt icra qrupunun icratında olmuşdur və həmin müddət ərzində heç bir vəsait ödənilməmişdir. Borclunun bir manatı da olmadı ki, borcunu ödəsin. Borclu həqiqətdə heç bir işdə işləmirsə və qazancı yoxdursa bəs sual olunur hansı vəsaitnən həyatını sürdürür. Bu gün ölkədə abadlıq quruculuq işlər gedir və çox sayda boş iş yerlər mövcuddur. Borclu özündə icra sənədinin icrası ilə əlaqədar məsuliyyət hiss etmişdirsə o, hər hansı bir işə qəbul olub hissə-hissə borcunun ödəyərdi. Borclunun hərəkətsizliyindən aydın olur ki, onun məqsədi qərarın icrasından boyun qaçırmaqdir.
4. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, tələbkar və Maraqlı şəxs icra məmuru məhkəmə iclasına gəlməmişdir.
Tətbiq edilən hüquq
5. “İcra haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 23.1. tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır: 23.1.1. tələbkarın ərizəsi əsasında; 23.1.2. borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda; 23.1.3. borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə; 23.1.4. tələbkar icra sənədi icra olunarkən borclunun satılmamış əmlakını özündə saxlamaqdan və ya borcludan alınmış müəyyən əşyaları götürməkdən imtina etdikdə; 23.1.5. tələbkar öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olduqda. Maddə 23.2. tələbin icrası bu Qanunun 23.1.2-23.1.5-ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir.
Məhkəmənin mövqeyi
6. İşin faktiki hallarından müəyyən olunur ki, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(056)246/2022 saylı icra vərəqəsinə, əsasən borclu X2 cəmi 2873.7 manat məbləğində pul alınaraq tələbkar X3 verilməlidir.
7. Maraqlı şəxs icra məmuru Xəqani Əzimovun xx.xx.2025-ci il tarixli qərarından görünür ki, icra sənədi Sabirabad Rayon Məhkəməsinə qaytarılmışdır.
8. Hazırda tələbkar X4 həmin qərarın ləğv edilməsini və icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsini xahiş edir.
9. Məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir.
10. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən, tələbin icrası bu Qanunun 23.1.2-23.1.5-ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir.
11. Müvafiq aktın tərtib olunması və tələbkara bu barədə məlumat verilməsi barədə hər hansı sənəd, material məhkəməyə təqdim edilməmişdir.
12. Sözügedən qərar əsaslandırılmamış, formal əsaslarla tərtib edilmişdir.
13. İcra hərəkətləri üzrə tələbkarın üstün maraqları qorunmalıdır.
14. Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə qərarının icrası təmin edilməli, icrasının təmin edilməsi istiqamətində bütün zəruri hüquqi hərəkətlər məcburi şəkildə icra edilməlidir. Məhkəmə qərarının icrasından formal əsaslarla imtina yolverilməzdir.
15. Beləliklə, iş materiallarına və digər sübutlara əsasən müəyyən olunur ki, şikayət əsaslıdır və Maraqlı şəxs icra edilməyən və ya qismən icra edilən icra sənədinin məhkəməyə qaytarılması haqqında xx.xx.2025-ci il tarixli qərarı əsassızdır, bu səbəbdən, ləğv edilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, tələbin icrası bu Qanunda göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir. Lakin, bu barədə akt tərtib olunmamış və tələbkara hər hansı məlumat verilməmişdir. Nəticə etibarilə, müvafiq zəruri icra hərəkətlərinin həyata keçirilməsi Maraqlı şəxsnə tapşırılmalıdır.
16. Məhkəmələr qanunun gücü ilə subyektlər üzərində nəzarəti həyata keçirtməklə mükəlləfdirlər.
17. Hüquq normalarının birbaşa tətbiqi ilə məşğul olan məhkəmələr hüquq münasibətlərinin subyektləri arasındakı mübahisələri ədalətli şəkildə tənzimlədikdə məhkəməyə və hüquq sisteminə olan etimad artır, əks halda, inamsızlıq, hüquqi nihilizmin geniş vüsət almasına səbəb olmaqla hüquqi dəyərlərin aşınması ilə nəticələnir.
18. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(056)-246/2022 saylı icra sənədi üzrə Maraqlı şəxs icra sənədinin qaytarılması haqqında xx.xx.2025-ci il tarixli qərarı ləğv edilməli və müvafiq icra hərəkətlərinin həyata keçirilməsi Maraqlı şəxsnə tapşırılmalıdır.
19. Göstərilənlərə əsasən və MPM-nin 263-264, 267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
Ərizə təmin edilsin. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(056)-246/2022 saylı icra sənədi üzrə Maraqlı şəxs icra sənədinin qaytarılması haqqında xx.xx.2025-ci il tarixli qərarı ləğv edilsin və müvafiq icra hərəkətlərinin həyata keçirilməsi Maraqlı şəxsnə tapşırılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sabirabad Rayon Məhkəməsinə şikayət verilə bilər
Hakim: Cavid Cəfərov