Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 8(056)-274/2023 01.12.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ X4 Novruzəli oğlunun sədrliyi, Əsədli Elçin Ayaz oğlunun katibliyi, Sabirabad rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 iştirakı ilə, ünvan 1i ünvanında yaşayan, Borclu məxsus nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimatına Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Sabirabad rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 təqdimatla məhkəməyə müraciət edərək, Sabirabad rayonnu Qalaqayın kəndi ünvanında yaşayan, Borclu məxsus «VAZ-21061» markalı ** BM *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat vermiş şəxs xahişini onunla əsaslandırmışdır ki, Sabirabad regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusunun xx.xx.2022-ci il tarixli, 8İ-7930 reyestrli icra qeydinə əsasən, Borclu cəmi 3025 manat məbləğində pul alınaraq Tələbkar verilməlidir. Borclu barəsində olan icra sənədinin icrasını təmin etmədiyindən Sabirabad rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 8(056)287/2022 saylı qərardadına əsasən onun mülkiyyətində olan «VAZ-21061» markalı ** BM *** dövlət nömrə nişanlı minik avtomobilinin üzərinə həbs qoyulmuşdur. Üzərinə həbs qoyulmuş avtomobil Sabirabad rayon sakini tərəfindən istifadəsində olduğundan qeyd olunan icra sənədi Azərbaycan Respublikası İcra Haqqında Qanunun 10.1-ci maddəsinə əsasən icra hərəkətlərinin davam etdirilməsi üçün Sabirabad rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Hal-hazırda Borclu icra sənədi üzrə borc məbləğini tam şəkildə ödədiyi üçün, Sabirabad rayon İcra və Probasiya Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə icraata xitam verilməsi barədə qərar qəbul edilmiş və Sabirabad regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusunun xx.xx.2022-ci il tarixli, 8İ-7930 reyestrli icra qeydi üzrə icraata xitam verilmişdir Təqdimat vermiş şəxs X2 məhkəmə iclasında vermiş olduğu izahatında təqdimatda göstərilənləri təkrar edərək, təqdimatın təmin edilməsini xahiş etdi. Təqdimata əlavə edilmiş: Sabirabad rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 8(056)287/2022 saylı qərardadından görünür ki əsasən cavabdehin mülkiyyətində olan «VAZ-21061» markalı ** BM *** dövlət nömrə nişanlı minik avtomobilinin üzərinə həbs qoyulmuşdur. Sabirabad rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli icraata xitam verilməsi barədə qərarının surətindən və Tələbkar ərizəsindən görünür ki, cavabdeh Borclu icra sənədi üzrə borcunu tam şəkildə ödəmiş və tələkarın ona qarşı heç bir tələbi yoxdur. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun: 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda iş üzrə icraata xitam verilir. 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onalrın icrası məcburidir. Məhkəmə hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə təqdimat təmin edilməli, Borclu məxsus olan «VAZ-21061» markalı ** BM *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbs götürülməlidir. Göstərilənlərə əsasən və «İcra Haqqında» Azərbaycan Respublikası Qanunun 20.1,45 və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqdimat təmin edilsin. Sabirabad rayonnu Qalaqayın kəndi ünvanında yaşayan, Borclu məxsus «VAZ- 21061» markalı ** BM *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbs götürülsün. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Sabirabad Rayon Məhkəməsinə şikayət verilə bilər. SƏDRLİK EDƏN: FÜZULİ PƏNAHOV
Məhkəmə qərarları › İş №8(056)-274/2023
Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №8(056)-274/2023
01.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver