Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 8(056)-285/2025 02.09.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Cavid Zahid oğlunun sədrliyi, Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi, Borclu iştirakı ilə, Sabirabad rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Xəqani Əzimovun Borclu məcburi gətirilməsi barədə təqdimatına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, aşağıdakı qərardadı qəbul etdi. İşin halları
1. Sabirabad Rayon Məhkəməsinin 2(076)-1326/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən xx.xx.2014-cü il tarixdə doğulmuş X2, xx.xx.2015-ci il tarifdə dögülifnuş X3, xx.xx.2017-ci il tarixdə doğulmuş X5 və 28.06:2Ö20-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanmaları ÖŞun Cavabdeh Borclu aliment hesabına hər uşağa görə 120 manat olmaqla 4 uşağa -cəmi 480 manat sabit məbləğdə pul tutulub İddiaçı Tələbkar ödənilməlidir.
2. Sabirabad rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarı ilə icra sənədi üzrə icraata başlanılmışdır.
3. xx.xx.2023-cü il tarixdə Borclu tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir.
4. Sabirabad rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Xəqani Əzimov tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli borclunun məcburi gətirilməsi haqqında qərardan görünür ki, borclu X4 çoxsaylı xəbərdarlıq göndərilmiş, şöbəyə dəvət edilmiş, lakin borclu icra məmurunun qanuni tədbirlərindən yayındığından ünvan 1i kəndində qeydiyyatda olan Borclu məcburi qaydada gətirilməsi barədə məhkəməyə təqdimat verilməsi qərara alınmışdır.
5. “Elektron icra” informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, borclunun aktiv əmək müqaviləsi, aldığı hər hansı ünvanlı dövlət sosial yardım və pensiya məbləği yoxdur.
Təqdimatın tələbi, icraat iştirakçılarının izahatları
6. Sabirabad rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Xəqani Əzimov təqdimatla məhkəməyə müraciət edərək, Borclu məcburi gətirilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir.
7. Təqdimatın əsaslarına görə, Sabirabad Rayon Məhkəməsinin 2(056)-1326/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu hər ay 4 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 480 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 0 müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu icra sənədində göstərilən ünvan 1i kəndi ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq İcra şöbəsinə gəlməkdən boyun qaçırmışdır.
8. Məhkəmə iclasında Borclu icra məmuru tərəfindən göndərilmiş xəbərdarlıqlardan məlumatının olmadığını, ona zəng edilmədiyini və 10 gün öncə icra şöbəsinə dəvət edildikdə oraya getdiyini bildirdi.
9. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, təqdimat vermiş icra məmuru məhkəmə iclasına gəlməmişdir.
Tətbiq edilən hüquq
10. Azərbaycan Respublikası Konstitusiyası: İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir; İİ. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.
11. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 5. ... Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır; Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.
12. “İcra haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 44.1. Məcburi icra tədbirlərinin tətbiqinin əsasları aşağıdakılardır: 44.1.1. bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; 44.1.2. icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; 44.1.3. könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi; Maddə 84.2. İcra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur; Maddə 84.3. Bu Qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur.
Məhkəmənin mövqeyi
13. İlk növbədə qeyd olunmalıdır ki, məhkəmə qərarlarının icrası mütləqdir. Konstitusiyanın 29-cu maddəsində də qərarların icrasının məcburiliyi və məhkəmə qərarının icra olunmamasının qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olması göstərilmişdir.
14. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də özünün bir çox qərarlarında məhkəmənin yekun qərarlarının icrasının ədalətli məhkəmə araşdırması hüququnun ayrılmaz tərkib hissəsi olduğunu və Konvensiyanın 6-cı maddəsi ilə təminat altına alındığını vurğulamışdır.
15. Bu konteksdə məhkəmə təqdimatı və iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, təqdimat təmin edilməməlidir.
16. Belə ki, sms bildiriş və məktub göndərilərək dəvət olunmuş Borclu məhkəmə iclasına gəlmiş və həmçinin məhkəmə iclasında bildirmişdir ki, icra məmurunun çağırışlarından məlumatı olmamışdır.
17. Məhkəmələr qanunun gücü ilə subyektlər üzərində nəzarəti həyata keçirtməklə mükəlləfdirlər.
18. Hüquq normalarının birbaşa tətbiqi ilə məşğul olan məhkəmələr hüquq münasibətlərinin subyektləri arasındakı mübahisələri ədalətli şəkildə tənzimlədikdə məhkəməyə və hüquq sisteminə olan etimad artır, əks halda, inamsızlıq, hüquqi nihilizmin geniş vüsət almasına səbəb olmaqla hüquqi dəyərlərin aşınması ilə nəticələnir.
19. Odur ki, məhkəmə Borclu barəsində məcburi gətirilmə tədbiri tədbiq olunması zərurətinin yaranmaması qənaətinə gəlir.
20. Göstərilənlərə əsasən və MPM-nin 263-264, 267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
Təqdimat təmin edilməsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sabirabad Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Cavid Cəfərov