Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 8(056)-29/2025 11.02.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Quliyev Mətin Azər oğlunun katibliyi ilə, Sabirabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 Borclu «ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması» barədə təqdimatına Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Sabirabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 təqdimatla məhkəməyə müraciət edərək, borclu Sabirabad rayonun Bulduq kəndində qeydiyyatda olan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırlması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(003)-2494/2023 saylı icra sənədi üzrə Borclu hər ay iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 440 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar ödənilməlidir. Qeyd olunan icra sənədi icra olunması üçün xx.xx.2023-cü il tarixdə Sabirabad rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və icraata başlamaq haqqında qərar qəbul edilərək icra sənədinin könüllü icra olunması üçün 10 (on) gün müddətində vaxt verilməklə borcluya, məlumat üçün isə tələbkara və müvafiq məhkəməyə göndərilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq, Sabirabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 və Borclu məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən, məhkəmə təqdimata məhkəmə iclasına gəlməmiş şəxslərin iştirakı olmadan baxmağı mümkün hesab edir. Məhkəmə, təqdimatı və əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, təqdimatda borcluya məxsus tələbin yönəldiləsi əmlakın olub-olmamasının müəyyən edilməsi üçün aidiyyəti təşkilatlara sorğular ünvanlandığı göstərilsə də, həmin sorğuların özü, nəticələri, borclunun yaşayış yerində olub tələbin yönəldilə biləcəyi əmlakın olub-olmamasının nəticəsi barədə akt təqdimata əlavə edilməmişdir. Bunun əksinə, Elektron Məhkəmə Sistemində borclunun əmlak məlumatları yoxlanılarkən müəyyən edilmişdir ki, borclunun mülkiyyətində 1 (bir) ədəd torpaq sahəsi vardır. “İcra haqqında” Qanunun 43.1.1-ci maddəsinə əsasən, borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiridir. Qeyd edilən Qanunun 44-cü maddəsində məcburi icra tədbirlərinin tətbiqi əsasları müəyyən edilmişdir ki, hazırki işdə də həmin əsasların mövcudluğu öz təsdiqini tapmışdır. Belə olan halda məhkəmə hesab edir ki, borclunun mülkiyyətində tələbinə yönəldilə biləcəyi əmlak mövcud olduğu halda Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması «İnsan hüquqlarının və Əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın və onun birinci Protokolunun tələblərinə ziddir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqdimat təmin edilməsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sabirabad Rayon məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №8(056)-29/2025
Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №8(056)-29/2025
11.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver