Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 8(056)-295/2025 15.09.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Cavid Zahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X5 oğlunun katibliyi Borclu iştirakı ilə, Tələbkar yetkinlik yaşına çatmayan xx.xx.2015- ci il təvəllüdlü X1 üçün tutulmuş alimentin indeksasiya edilməsi barədə ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, aşağıdakı qərardadı qəbul etdi. İşin halları
1. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(056)-1649/2019 nömrəli qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2019-cu il tarixdən hesablanmaqla hər ay 120 (yüz iyirmi) manat sabit pul məbləğində alimentin Borclu tutulub Tələbkar verilməsi qət edilmişdir.
Ərizə tələbi, icraat iştirakçılarının izahatları
2. Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək, Sabirabad Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2019-cu il tarixli, 2(056)-1649/2019- nömrəli qətnaməsində Borclu xx.xx.2015-ci il təvəllüdlü X2 görə olan 120 (bir yüz iyirmi) manat aliment alınaraq Tələbkar verilməsi hissəsində pul məbləğinin indeksasiyası barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
3. Ərizənin əsaslarına görə Sabirabad Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(056)-1649/2019 nömrəli qətnaməsi ilə iddiaçı Tələbkar və cavabdeh Borclu qarşı aliment tələbinə dair iddia ərizəsi qismən təmin edilmişdir. Qətnaməyə əsasən iddiaçı Tələbkar cavabdeh Borclu qarşı aliment tələbi ilə Sabirabad rayon Məhkəməsinə müraciət etmiş bir azyaşlı xx.xx.2015- ci il təvəllüdlü X4 adlı övladının saxlanmasına görə xx.xx.2019-cu il tarixdən başlayaraq hər ay 120 (bir yüz iyirmi) manat aliment alınaraq Tələbkar verilməsi təmin olunmuş və qətnamə qanuni qüvvəsini almışdır. Hal-hazırda azyaşlı xx.xx.2015-ci il təvəllüdlü X4 onun himayəsindədir. Hazırda istehlak mallarının və xidmətlərin qiymətlərinin artması nəticəsində övladı xx.xx.2015-ci il təvəllüdlü X1 üçün cavabdeh Borclu ödədiyi alimentin yetərsizliyindən yaranan itkilərin tam və ya qismən kompensasiyasına zərurət yaranmışdır. Qeyd olunan halların həlli üçün məhkəməyə ərizə ilə müraciət etmək məcburiyyətində qalmışdır.
4. Məhkəmə iclasında iştirak edən Borclu ərizəyə etiraz edərək izahatında bildirmişdir ki, aliment məbləğini vaxtlı-vaxtında ödəməyə çalışır.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış ərizəçi və icra məmuru məhkəmə iclasına gəlməmişlər.
Tətbiq edilən hüquq
6. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 110.1. Məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir; Maddə 110.2. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 232.1. Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər; Maddə 232.2. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur; 232.3. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər.
8. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2024-cü il tarixli Qərarı: “8.4-2. ... Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir).
8. Azərbaycan Respublikası Prezidentinin “Minimum aylıq əməkhaqqının artırılması haqqında” xx.xx.2019-cu il tarixli Sərəncamı: “…
1. Minimum aylıq əməkhaqqının məbləği 250 manat müəyyən edilsin. ...
3. Bu Sərəncamın 1-ci hissəsi 2019-cu il sentyabrın 1-dən qüvvəyə minir.”
Məhkəmənin mövqeyi
9. İşin faktiki hallarından müəyyən olunur ki, Tələbkar ilə Borclu arasındakı birgə nikahdan doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X1 üçün Sabirabad Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(056)-1649/2019 nömrəli qətnaməsi ilə alimentin məbləği ümumilikdə 120 manat məbləğdə müəyyən edilmişdir.
10. Hazırda Tələbkar alimentin indeksasiyasının həyata keçirilməsini xahiş edir.
11. Məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir.
12. Belə ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.
13. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2024-cü il tarixli Qərarındakı hüquqi mövqeyə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır.
14. Göründüyü kimi, indeksasiya üzrə həm Ailə Məcəlləsinin tələbi, həm də Ali Məhkəmənin mövqeyi indeksasiyanın ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqına uyğun həyata keçirilməsi yönündədir.
15. Hazırkı işin hallarından görünür ki, yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün tutulan alimentin məbləği Sabirabad Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli, 2(056)-1649/2019 nömrəli qətnaməsi ilə 120 manat məbləğdə müəyyən edilmişdir.
16. 2019-cu il üzrə ölkə üzrə minimum əmək haqqı 250 manat müəyyən edilmişdir. 120 manat məbləğdə aliment 2019-cu il üçün minimum əmək haqqının 0,48 misli həddində olmuşdur.
17. Odur ki, indeksasiya da müvafiq həddə aparılmalı, tutulan alimentin məbləği hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,48 misli həddində indeksasiya olunmalıdır.
18. Eyni zamanda sonrakı artımlar nəzərə alınmaqla alimentin tutularaq ödənilməsi həm forma, həm məzmun baxımından indeksasiya təcrübəsinə ziddir. Belə ki, yuxarıda sadalanan qanuni əsaslarla indeksasiya sabit pul məbləğində alimentin tutulmasını yox, artıq sabit məbləğində tutulmuş alimentin hazırkı vaxtda ölkə üzrə minimum əmək haqqına uyğunlaşdırılmasını ehtiva edir.
19. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(056)-1649/2019 nömrəli qətnaməsinə əsasən tutulmuş alimentin məbləği hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,48 misli həddində indeksasiya olunmalıdır.
20. Göstərilənlərə əsasən və MPM-nin 231, 263-264, 267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
Ərizə təmin edilsin. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(056)-1649/2019 nömrəli qətnaməsi ilə Borclu xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay üçün 120 manat sabit pul məbləğində alimentin məbləği hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,48 misli həddində indeksasiya olunsun. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sabirabad Rayon Məhkəməsinə şikayət verilə bilər
Hakim: Cavid Cəfərov