Məhkəmə qərarları › İş №8(056)-298/2025

Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №8(056)-298/2025

12.09.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 8(056)-298/2025 12.09.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə Sabirabad Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 8(056)-670/2017 saylı qərardadı ilə Borclu məxsus «QAZ 33021» markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı və «Mercedes C240» markalı, **-HB- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin üzərinə qoyulmuş həbsin götürülməsi barədə Sabirabad rayon İcra və Probasiya şöbəsindən daxil olmuş təqdimata baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Sabirabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Əkrəm Zaid təqdimatla məhkəməyə müraciət edərək, borclular X2 və Borclu üzərində olan borcu tam şəkildə ödədiyindən Sabirabad rayon Məhkəməsinin xx.xx.2017-cı il tarixli 8(056.1-670/2017 saylı qərardadına əsasən Borclu mülkiyyətində olan olan «QAZ 33021» markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı və «Mercedes C240» markalı, **-HB- *** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat vermiş şəxs təqdimatı onunla əsaslandırılmışdır ki, Sabirabad Rayon Məhkəməsinin 2(056)-1643/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə borclular X2 və Borclu müştərək qaydada cəmi 536.02 manat borc və 20 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Borclular X2 və Borclu barəsində olan icra sənədinin icrasını təmin etmədiyindən Sabirabad rayon Məhkəməsinin 24.11 2017-ci ıl tarixli 8(056)-670/2017 saylı qərardadına əsasən Borclu mülkiyyətində olan «QAZ 33021» markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı və «Mercedes C240» markalı, 99 HB-679 dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmuşdur. Sabirabad Rayon Məhkəməsinin 2(056)-1643/2017 nömrəli. xx.xx.2017-ci il tarixli icra sənədində qeyd olunmuş məbləğ borclular tərəfindən tam şəkildə ödənilmiş və "xxxx" ASC borc tam şəkildə ödənildiyindən iş üzrə icraata xitam verilməsi barədə ərizə ilə Sabirabad rayon icra və probasiya şöbəsinə müraciət etmişdir. xx.xx.2025-ci il tarixdə Sabirabad rayon İcra və Probasiya şöbəsi tərəfindən qeyd olunan iş üzrə icraata xitam verilmişdir. Borc tam şəkildə ödənildiyindən Sabirabad rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 8(056)-670/2017 saylı qərardadına əsasən Borclu mülkiyyətində olan **-BN-*** qeydiyyat nişanlı «Qaz- 33021» markalı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi zəruridir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, icra məmuru, tələbkar və borclu məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən məhkəmə işə gəlməyən tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə, təqdimatı və ona əlavə edilmiş materialları araşdıraraq hesab edir ki, təqdimat təmin edilməli və avtomobillər üzərinə qoyulmuş həbs götürülməlidir. Belə ki, «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 20.2-ci maddəsinə əsasən icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana göndərilir. Həmin Qanunun 20.5-ci maddəsinə əsasən tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardadın müvafiq məhkəməyə şikayət verə bilərlər. Həmin Qanunun 20.8-ci maddəsinə əsasən icra məhkəməyə və ya icra sənədini vermiş digər orqana qaytarıldıqdan sonra icra məmuru təyin etdiyi bütün icra tədbirlərinin ləğv edir. Həmin Qanunun 43.1 və 43.1.1-ci maddələrinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiridir. Həmin Qanunun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, zəruri hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Göründüyü kimi Sabirabad Rayon Məhkəməsinin 2(056)-1643/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu mülkiyyətində olan əmlakın üzərinə həbs qoyulmasının əsasları tam aradan qalxmışdır. Belə ki, borclu tərəfindən borc tam ödənildiyindən İcra və probasiya şöbəsinin icra məmuru tərəfindən icra sənədinin icraatına xitam verilməsi barədə qərar qəbul edilmişdir. Beləliklə borclunun mülkiyyətində olan əmlakın üzərində həbslərin saxlanılmasının heç bir əsası qalmamışdır. Şərh edilənlərə əsasən məhkəmə belə hesab edir ki, təqdimat təmin edilməli, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 8(056)-670/2017 saylı qərardadı ilə Borclu mülkiyyətində olan «QAZ 33021» markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı və «Mercedes C240» markalı, **-HB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin üzərinə qoyulmuş həbs götürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqdimat təmin edilsin. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 8(056)-670/2017 saylı qərardadı ilə Borclu mülkiyyətində olan «QAZ 33021» markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı və «Mercedes C240» markalı, **-HB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin üzərinə qoyulmuş həbs götürülsün. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar