Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 8(056)-3/2025 08.01.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Quliyev Mətin Azər oğlunun katibliyi ilə, Sabirabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 Borclu «ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması» barədə təqdimatına Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Sabirabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 təqdimatla məhkəməyə müraciət edərək, borclu Sabirabad rayonunun Suqovuşan kəndində qeydiyyatda olan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırlması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(010)-2505/2024 saylı icra sənədi üzrə Borclu xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 235 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar ödənilməlidir. Qeyd olunan icra sənədi icra olunması üçün xx.xx.2024-cü il tarixdə Sabirabad rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və icraata başlamaq haqqında qərar qəbul edilərək icra sənədinin könüllü icra olunması üçün 10 (on) gün müddətində vaxt verilməklə borcluya, məlumat üçün isə tələbkara və müvafiq məhkəməyə göndərilmişdir. İcra sənədinin icrası ilə bağlı borclunun əmlak vəziyyətinin və gəlirlərinin müəyyən edilməsi ilə bağlı "Elekton İcra” İnformasiya Sistemindən sorğular alınmış, lakin edilmiş sorğuların cavablarından müəyyən olmuşdur ki, borcluya məxsus tələbin yönəldiləsi əmlak və ona məxsus pul vəsaitləri qeydiyyata alınmamışdır. Borclu tərəflərindən şöbəyə dəvət olunaraq ona şəxsən tələbin könüllü icrası barədə bildiriş təqdim edilmiş və həmin bildirişi qəbul etməsi barədə bildirişi imzalamışdır. Borclu tələbin könüllü icrası barədə bildirişi almasına baxmayaraq bu günə qədər icra sənədinin icrasını təmin etməmiş və icra sənədinin icra edilməsi üçün heç bir cəhd göstərməmişdir. Borclunun icra sənədinin icrasından yayınmaq məqsədi ilə ölkəni tərk edə bilməsi ehtimal olunur. Borclunun icra sənədinin icrasından yayınaraq ölkəni tərk etməsinin qarşısının alınması məqsədi ilə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına zərurət yaranmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq, Sabirabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 və Borclu məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən, məhkəmə təqdimata məhkəmə iclasına gəlməmiş şəxslərin iştirakı olmadan baxmağı mümkün hesab edir. Məhkəmə, təqdimatı və əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, təqdimatda borcluya məxsus tələbin yönəldiləsi əmlakın olmadığı qeyd edilsə də, Elektron Məhkəmə Sistemində borclunun əmlak məlumatları yoxlanılarkən müəyyən edilmişdir ki, borclu işəgötürən X1 yanında montajçı, soyuducu və kondisioner avadanlı üzrə işləyir və aylıq əmək haqqı 345 manat təşkil edir. Bundan əlavə o, İİİ qrup əlilliyinə görə 150 manat pensiya alır. “İcra haqqında” Qanunun 43.1.2-ci maddəsinə əsasən, tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi məcburi icra tədbiridir. Qeyd edilən Qanunun 44-cü maddəsində məcburi icra tədbirlərinin tətbiqi əsasları müəyyən edilmişdir ki, hazırki işdə də həmin əsasların mövcudluğu öz təsdiqini tapmışdır. Belə olan halda məhkəmə hesab edir ki, borclunun tələbin yönəldilə biləcəyi əmək haqqısı və pensiyası mövcud olduğu halda Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması «İnsan hüquqlarının və Əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın və onun birinci Protokolunun tələblərinə ziddir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqdimat təmin edilməsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sabirabad Rayon məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №8(056)-3/2025
Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №8(056)-3/2025
08.01.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver