Məhkəmə qərarları › İş №8(056)-302/2025

Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №8(056)-302/2025

06.12.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 8(056)-302/2025 06.12.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi ilə, Sabirabad rayon İcra və Probasiya şöbəsinin nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması barədə təqdimatına Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Sabirabad rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 təqdimatla məhkəməyə müraciət edərək, Borclu məxsus BYD DESTROYER 05 PLUG-İN HİBRİD MİNİK markalı, **- EQ-*** nömrə nişanlı, BYD DESTROYER 05 PLUG-İN HİBRİD MİNİK markalı, **-EQ-*** nömrə nişanlı və BMW 528İ MİNİK markalı, **-TM-*** nömrə nişanlı dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırmışdır ki, Sabirabad Rayon Məhkəməsinin 2(056)-113/2025- 020 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən xx.xx.2024-cü il tarixdə saat 22:03 radələrində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş maddi zərərin əvəzi olaraq 10000 (on min) AZN məbləğində pul vəsaiti Borclu tutulub Tələbkar ödənilməlidir. İcra sənədi xx.xx.2025-ci il tarixdə Sabirabad rayon İcra və probasiya şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasistəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan BYD DESTROYER 05 PLUG-İN HİBRİD MİNİK markalı, **-EQ-*** nömrə nişanlı, BYD DESTROYER 05 PLUG-İN HİBRİD MİNİK markalı, **- EQ-*** nömrə nişanlı və BMW 528İ MİNİK markalı, **-TM-*** nömrə nişanlı avtomobilləri vardır. İcra sənədinin icrasını təmin etmək məqsədilə məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, təqdimat vermiş şəxs X1 və Borclu məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Təqdimata əlavə edilmiş: Sabirabad Rayon Məhkəməsinin 2(056)-113/2025-020 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən xx.xx.2024-cü il tarixdə saat 22:03 radələrində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş maddi zərərin əvəzi olaraq 10000 (on min) AZN məbləğində pul vəsaiti Borclu tutulub Tələbkar ödənilməlidir. xx.xx.2025-ci il tarixli «İcraata başlamaq haqqında qərar»dan görünür ki, Sabirabad Rayon Məhkəməsinin 2(056)-113/2025- 020 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinin icraatına başlanılmış və Borclu icra vərəqəsinin könüllü qaydada icra olunması üçün 10 (on) gün müddətinə vaxt verilmişdir. “Elekton İcra Xidməti" portalının “avtomobil nəqliyyat məlumatları" bölməsinin məlumatına əsasən Borclu adına BYD DESTROYER 05 PLUG-İN HİBRİD MİNİK markalı, **-EQ-*** nömrə nişanlı, BYD DESTROYER 05 PLUG-İN HİBRİD MİNİK markalı, **-EQ-*** nömrə nişanlı və BMW 528İ MİNİK markalı, **-TM-*** nömrə nişanlı avtomaşınlar qeydə alınmışdır. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə təqdimat qismən təmin edilməli, Borclu məxsus olan BMW 528İ MİNİK markalı, **-TM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmalıdır. Digər BYD DESTROYER 05 PLUG-İN HİBRİD MİNİK markalı, **-EQ-*** nömrə nişanlı, BYD DESTROYER 05 PLUG-İN HİBRİD MİNİK markalı, **-EQ-*** nömrə nişanlı avtomobillərin üzərinə həbs qoyulması isə borclunun mülkiyyət hüququnun əsassız olaraq məhdudlaşdırılması hesab edilməli, təqdimat göstərilən avtomobillərə aid hissədə təmin edilməməlidir. Belə ki, icra sənədindən də göründüyü kimi, borclunun tələbkara cəmi borcu 10000 manat təşkil edir ki, BMW 528İ MİNİK markalı, **-TM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulub həmin avtomobilin açıq hərracdan satılması yolu ilə əldə ediləcək vəsait tələb edilən borc məbləğinin ödənilməsi üçün yetərlidir. Ona görə də təqdimat BYD DESTROYER 05 PLUG- İN HİBRİD MİNİK markalı, **-EQ-*** nömrə nişanlı, BYD DESTROYER 05 PLUG-İN HİBRİD MİNİK markalı, **-EQ-*** nömrə nişanlı avtomobillərə münasibətdə təmin edilməməlidir. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun: 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiridir. 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlamaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönədilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönədilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Göstərilənlərə əsasən və «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 43, 45 və 50-ci maddələrini və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqdimat qismən təmin edilsin. Sabirabad Rayon Məhkəməsinin 2(056)-113/2025-020 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə Borclu məxsus BMW 528İ MİNİK markalı, **-TM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulsun. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə Sabirabad Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar