Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 8(056)-321/2025 05.02.2026 SABİRABAD RAYON MƏHKƏMƏSİ X2 Bağırovun sədrliyi, Rəşad Akif oğlu Rüstəmovun katibliyi ilə, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(032)-83/2023 saylı icra vərəqəsi üzrə Tələbkar Sabirabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Xəqani Əzimovun “İcra sənədinin qaytarılması barədə” xx.xx.2025-ci il tarixli qərarından verdiyi şikayət ərizəsinə xx.xx.2026-cı il tarixdə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sabirabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Xəqani Əzimovun “İcra sənədinin qaytarılması barədə” xx.xx.2025-ci il tarixli qərarına əsasən, borcluya məxsus tələbin yönəldiləsi heç bir gəlir və ya əmlakının olmadığı əsası ilə Şirvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(032)-83/2023 saylı icra vərəqəsinin Şirvan Şəhər Məhkəməsinə qaytarılması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli 1(032)-83/2023 saylı icra vərəqəsi üzrə Tələbkar icra məmuru Xəqani Əzimovun həmin “İcra sənədinin qaytarılması barədə” xx.xx.2025-ci il tarixli qərarından şikayət ərizəsi verərək, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(032)-83/2023 saylı icra sənədinin geri qaytarılması barədə Sabirabad Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsi və icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, Şirvan şəhər Məhkəməsinin 25 may 2023-cü il tarixli 1(032)63/2023 saylı icra vərəqəsinə əsasən Borclu 2467 manat pul alınaraq ona verilməlidir. Qeyd edilən icra sənədi xx.xx.2023-cü il tarixdə Sabirabad rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuşdur. Sabirabad rayon icra və probasiya şöbəsi tərəfindən icra sənədi üzrə icraata başlanılmış lakin məhkəmənin icra sənədinin icra olunması istiqamətində heç bir nəticə əldə edilməmişdir. Belə ki, icra sənədi üzrə Borclu izahatında 2023-cü ilin sentyabr ayının sonunda 200 manat, növbəti aylar üçün isə ayda 100 manat ödəmək imkanının olduğunu bildirmişdir. Lakin icra və probasiya şöbəsi tərəfindən Borclu ona borclu olduğu 2467 manat pulun hissə-hissə olsa da alınaraq ona verilməsi isitiqamətində heç bir iş görülməmişdir. Sabirabad rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şirvan şəhər Məhkəməsinin 25 may 2023-cü il tarixl, 1-(032)83/2023 saylı icra vərəqəsi icra olunmadan xx.xx.2025-ci il tarixli qərarla məhkəməyə geri qaytarmışdır. Şirvan şəhər məhkəməsi tərəfindən verilmiş 25 may 2023-cü il tarixli, 1- (032)83/2023 icra vərəqinin geri qaytarılması barədə Sabirabad rayon icra və probasiya şöbəsinin 10 iyun 2025-ci il tarixli qərarı tam əsassızdır. Həmin qərar ləğv edilməli və icra sənədinin yenidən icra edilməsi, Sabirabad rayon icra və probasiya şöbəsinə icra hərəkətlərinin davam etdirilməsi barədə qərardad qəbul edilməlidir. Qeyd edilən iş üzrə Sabirabad rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli qərarından Şirvan şəhər Məhkəməsinə şikayət edilmiş, Şirvan şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(032)-153/2025 saylı qərardadı ilə icra məmurunun qərarından şikayətin icra məmurunun olduğu yerin məhkəməsinə verilməli olduğu qeyd edilərək şikayət geri qaytarılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi verilməsinə baxmayaraq icra sənədi üzrə tələbkar, borclu və icra məmuru məhkəmə iclasına gəlməmişlər. Məhkəmə həmin şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. Sabirabad rayon İcra və Probasiya Şöbəsi tərəfindən məhkəməyə göndərilmiş icra işindən görünür ki, icra məmuru X3 qəbul etdiyi “İcra sənədinin qaytarılması barədə” xx.xx.2025-ci il tarixli qərarında Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(032)- 83/2023 saylı icra vərəqəsi üzrə Borclu məxsus tələbin yönələ biləcəyi hər hansı bir əmlakın və gəlirlərinin olmaması halına əsaslanıb və “İcra haqqında” Qanunun 23.1.3-cü maddəsinə istinad edərək Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(032)- 83/2023 saylı icra vərəqəsini geri qaytarmışdır. Məhkəmə şikayət ərizəsini nəzərdən keçirib və icra işi materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, icra işi materiallarından olan AKTlardan, elektron sorğulardan, Sabirabad rayon Məhkəməsinin inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli qərarından və digər sənədlərdən görünür ki, Borclu qanuni qüvvəyə minmiş Şirvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(032)-83/2023 saylı icra vərəqəsini qərəzli olaraq icra etməməklə və bununla da İXM-nın 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinib barəsində 08 gün müddətinə həbs növündə inzibati tətbiq edilmiş, eyni zamanda icra məmurunun aidiyyəti təşkilatlardan əldə etdiyi məlumatlar və evinə keçirilmiş baxışla bağlı tərtib edilmiş AKTlar əsasında icra sənədi üzrə borclu S.A.Ağammədovun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə verməmiş, ona məxsus tələbin yönələ biləcəyi hər hansı bir əmlakının mövcudluğu müəyyən edilməmişdir. “İcra sənədinin qaytarılması barədə” xx.xx.2025-ci il tarixli qərarla və işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, icra məmurunun aidiyyəti təşkilatlardan əldə etdiyi məlumatlar əsasında Şirvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(032)- 83/2023 saylı icra vərəqəsi üzrə üzrə Borclu əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə verməmiş, ona məxsus tələbin yönələ biləcəyi hər hansı bir əmlakının mövcudluğu müəyyən edilməmiş, sonradan onun barəsində İXM-nın 528.1ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəmə qərarı ilə həbs növündə inzibati tənbeh tətbiq edilmiş, onun ölkədən kənara çıxmasına məhdudiyyətin qoyulması barədə qərar qəbul olunmuş və bütün bu tədbirlərdən sonra Sabirabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 «İcra haqqında» Qanunun 23.1.3-cü maddəsinə əsaslanaraq “İcra sənədinin qaytarılması barədə” xx.xx.2025-ci il tarixli qərar qəbul etmişdir. Belə ki, «İcra haqqında» Qanunun 23.1.3-cü maddəsinə əsasən borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə tələbin icra edilmədiyi icra sənədi icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. Beləliklə göründüyü kimi Sabirabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 “İcra sənədinin qaytarılması barədə” xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsi üçün heç bir əsas yoxdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Sabirabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 “İcra sənədinin qaytarılması barədə” xx.xx.2025-ci il tarixli qərarından iş üzrə Tələbkar verdiyi şikayət ərizəsi təmin edilməməlidir. İş üzrə tələbkara həmçinin izah edilməlidir ki, Borclu məxsus tələbin yönələ biləcəyi hər hansı bir əmlakın və digər gəlirlərinin olmasına dair sübutlar əldə etdiyi halda, icra vərəqəsinin yenidən icraya yönəldilməsi barədə məhkəməyə müraciət edə bilər. Belə ki, «İcra haqqında» Qanunun 23.3-cü maddəsinə əsasən icra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər turaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilməsin. Sabirabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 “İcra sənədinin qaytarılması barədə” xx.xx.2025-ci il tarixli Qərarından icra sənədi üzrə Tələbkar tərəfindən verilmiş şikayət ərizəsi təmin edilməsin. İcra sənədi üzrə Tələbkar izah edilsin ki, Borclu məxsus tələbin yönələ biləcəyi hər hansı bir əmlakın və digər gəlirlərinin olmasını müəyyən etdikdə icra vərəqəsinin yenidən icraya yönəldilməsi barədə məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Sabirabad Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №8(056)-321/2025
Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №8(056)-321/2025
05.02.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver