Məhkəmə qərarları › İş №8(056)-322/2025

Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №8(056)-322/2025

09.10.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 8(056)-322/2025 09.10.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X3 İbrahim oğlunun sədrliyi, Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi, Sabirabad rayon İcra və Probasiya şöbəsinin icra məmuru İlham Nizamlı xx.xx.1985-ci il təvəllüdlü, Sabirabad rayonu, Qaragüney kəndində qeydiyyatında olan Borclu «Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə» təqdimatına açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Sabirabad rayon İcra və Probasiya şöbəsinin icra məmuru İlham Nizamlı təqdimatla məhkəməyə müraciət edərək Sabirabad şəhəri, Sabirabad rayonu, Qaragüney kəndində qeydiyyatda olan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2017ci il tarixli, 2(056)-2710/2017 saylı icra sənədinə əsasən Borclu və X1 cəmi 31407,10 ABŞ dolları və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" QSC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Qeyd olunan icra sənədi icra olunması üçün xx.xx.2017-ci il tarixdə Sabirabad rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və icraata başlamaq haqqında qərar qəbul edilərək icra sənədinin könüllü icra olunması üçün 10 (on) gün müddətində vaxt verilməklə Borclu, məlumat üçün isə tələbkara və müvafiq məhkəməyə göndərilmişdir. İcra sənədinin icrası ilə bağlı borclunun əmlak vəziyyətinin və gəlirlərinin müəyyən edilməsi ilə bağlı “Elekton İcra” İnformasiya Sistemindən sorğular alınmış, lakin edilmiş sorğuların cavablarından müəyyən olmuşdur ki. borcluya məxsus tələbin yönəldiləsi əmlak və ona məxsus pul vəsaitləri qeydiyyata alınmamışdır. Borclu tələbin könüllü icrası barədə bildirişi almasına baxmayaraq bu günə qədər icra sənədinin icrasını təmin etməmiş və icra sənədinin icra edilməsi üçün heç bir cəhd göstərməmişdir. Borclu Sabirabad Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(056)-2710/2017 saylı məhkəmə qərarı ilə 31407,10 ABŞ dolları məbləğdə borcu vardır. Borclunun icra sənədinin icrasından yayınmaq məqsədi ilə ölkəni tərk edə bilməsi ehtimal olunur. Borclunun icra sənədinin icrasından yayınaraq ölkəni tərk etməsinin qarşısının alınması, məqsədi ilə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına zərurət yaranmışdır. Təqdimata əlavə edilmiş: Sabirabad Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(056)-2710/2017 saylı icra sənədinə əsasən Borclu və X1 cəmi 31407,10 ABŞ dolları və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" QSC-nin xeyrinə ödənilməsi qət edilmişdir. xx.xx.2017-ci il tarixli «İcraata başlamaq haqqında qərar»ın surətindən görünür ki, icra vərəqəsi üzrə icraata başlanılması baradə qərar qəbul edilərək, Borclu rəsmi bildiriş göndərilmişdir. İşdə olan borclunun izahatından görünür ki, o, icra və probasiya şöbəsinə çağırılmış, ona banka 31407 ABŞ dolları borcu olduğu bildirilmiş, borcunu maddi imkanının olmaması səbəbi ilə ödəyə bilmədiyini göstərmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə bildiriş verilməsinə baxmayaraq icra sənədi üzrə tələbkar, borclu və icra məmuru məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə həmin şəxslərin iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və icra işi materiallarını araşdırıb hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materialarından görünür ki, icra məmuru tərəfindən görülmüş tədbirlərə baxmayaraq Borclu hal-hazıradək məhkəmənin icra sənədini tam icra etməmişdir və onun ölkə ərazisini tərk etmə ehtimalı vardır. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər.Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən «Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onalrın icrası məcburidir.» Məhkəmə hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə təqdimat təmin edilməli, Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdr. Göstərilənlərə əsasən və «İcra Haqqında» Azərbaycan Respublikası Qanunun 84- 1-ci maddəsini, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləinin 263-264, 267-268ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqdimat təmin edilsin. xx.xx.1985-ci il təvəllüdlü, Sabirabad rayonu Qaragüney kəndində qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardad dərhal icra edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Sabirabad Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Azər İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar