Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 8(056)-328/2025 10.10.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Mən, Sabirabad rayon Məhkəməsinin hаkimi Allahverdiyev Səlim Məhərrəm оğlu, Ərizəçi Tələbkar borclular Borclu1 və Borclu2 qarşı “ödənilməli pul məbləğinin indeksasiya edilməsi” tələbinə dair ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: Ərizəçi Tələbkar borclular Borclu1 və Borclu2 qarşı “ödənilməli pul məbləğinin indeksasiya edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişlər. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, hazırkı ərizə geri qaytarılmalıdır. Belə ki, ərizəsinin icraata qəbul edilməsinin mümkünlüyünün yoxlanılarkən Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə müəyyən edilmişdir ki, borclulardan Borclu1 xx.xx.2022-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikasının MPM-nin 149.2.3-cü maddəsinə əsasən, ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə geri qaytarır. İşin hallarından da göründüyü kimi, borclulardan biri öldüyü halda ona qarşı tələb irəli sürülüb pul məbləğinin ona münasibətdə indeksasiya edilməsinin tələb edilməsi yolverilməzdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 149-152, 264-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi Tələbkar borclular Borclu1 və Borclu2 qarşı “ödənilməli pul məbləğinin indeksasiya edilməsi” tələbinə dair ərizəsi əlavə olunmuş sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №8(056)-328/2025
Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №8(056)-328/2025
10.10.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver