Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 8(056)-340/2025 23.10.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X1 Bağırovun sədrliyi, Rəşad Akif oğlu Rüstəmovun katibliyi ilə, Sabirabad Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 2(056)-576/2025 saylı icra sənədi üzrə “borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə Sabirabad rayon İcra və Probasiya Şöbəsinin İİİ dərəcəli ədliyyə qulluqçusu İlham Nizamlının təqdimatına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Sabirabad rayon İcra və Probasiya Şöbəsinin İİİ dərəcəli ədliyyə qulluqçusu İlham Nizamlı təqdimatla məhkəməyə müraciət edərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixli qərarla icraata başladığı Sabirabad rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(056)-576/2025 saylı icra vərəqəsinə əsasən, Borclu hər ay cəmi 420 manat aliment alınaraq Tələbkar verilməlidir. Qeyd olunan icra sənədi icra olunması üçün xx.xx.2025-ci il tarixdə Sabirabad rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və icraata başlamaq haqqında qərar qəbul edilərək İcra sənədinin könüllü icra olunması üçün 10 (on) gün müddətində vaxt verilməklə borcluya, məlumat üçün isə tələbkara və müvafiq məhkəməyə göndərilmişdir. İcra sənədinin icrası ilə bağlı borclunun əmlak vəziyyətinin və gəlirlərinin müəyyən edilməsi ilə bağlı "Elekton İcra" İnformasiya Sistemindən sorğular alınmış, lakin edilmiş sorğuların cavablarından müəyyən olmuşdur ki, borcluya məxsus tələbin yönəldiləsi əmlak və ona məxsus pul vəsaitləri qeydiyyata alınmamışdır. Həmin tarixdən bu vaxta kimi icra sənədi üzrə 1200 manat aliment borcu yaranmışdır. Borclu şöbəyə dəvət olunaraq ona şəxsən tələbin könüllü icrası barədə bildiriş təqdim edilmiş və həmin bildirişi qəbul etməsi barədə bildirişi imzalamışdır. Borclu tələbin könüllü icrası barədə bildirişi almasına baxmayaraq bu günə qədər icra sənədinin icrasını təmin etməmiş və icra sənədinin icra edilməsi üçün heç bir cəhd göstərməmişdir. Borclunun icra sənədinin icrasından yayınmaq məqsədi ilə ölkəni tərk edə bilməsi ehtimal olunur. Borclunun icra sənədinin icrasından yayınaraq ölkəni tərk etməsinin qarşısının alınması məqsədi ilə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına zərurət yaranmışdır. "İcra Haqqında" Azərbaycan Respublikasının Qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Göstərilənləri nəzərə alaraq, "İcra Haqqında" qanunun 84- 1-ci maddəsini rəhbər tutaraq Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi xahiş edilir. Məhkəmə iclasının yeri və vaxtı barədə bildiriş verilməsinə baxmayaraq icra sənədi üzrə tələbkar, borclu və icra məmuru məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə həmin şəxslərin iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və icra işi materiallarını araşdırıb hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, icra işi materiallarından görünür ki, Sabirabad Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 2(056)-576/2025 saylı icra sənədi üzrə Sabirabad rayon İcra və Probasiya şöbəsi xx.xx.2025-ci il tarixdə “İcraata başlamaq haqqında” Qərar qəbul etmiş, 10 gün müddət ərzində tələbin könüllü icrası haqqında borcluya bildiriş göndərilmişdir. Lakin ondan dəfələrlə tələb olunsa da, icra müddəti ərzində o, icra sənədinin icrasını üzrsüz səbəbdən yerinə yetirməmiş və ya buna çalışmamış, nəticədə Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(056)-576/2025 saylı icra sənədinin icrası təmin edilməmiş halda qalmışdır. «İcra haqqında» Az. Resp. Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Məhkəmə təqdimatı və təqdimata əlavə edilmiş icra işi materiallarını nəzərdən keçirib və «İcra haqqında» Qanunun yuxarıda istinad olunan 84-1.1-ci maddəsinə əsaslanaraq hesab edirik ki, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(056)-576/2025 saylı icra sənədi könüllü icra üçün müəyyən olunmuş müddət ərzində Borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədiyi üçün, onun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Göstərilənlərə və Azər. Resp. MPM-nin 279-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Sabirabad Rayon İcra və Probasiya Şöbəsinin İİİ dərəcəli ədliyyə qulluqçusu İlham Nizamlının təqdimatı təmin edilsin. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(056)-576/2025 saylı icra sənədi üzrə Borclu Azərbaycan Respublikası ərazisindən kənara sərbəst surətdə getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Sabirabad Rayon İcra və Probasiya Şöbəsi vasitəsilə həyata keçirilsin. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(056)-576/2025 saylı icra sənədi tam icra edildikdən sonra hazırkı qərardad əsasında borclunun ölkə ərazisindən kənara sərbəst surətdə getmək hüququna qoyulmuş məhdudiyyətin ləğvi üçün dərhal rəsmiyyətin aparılması üzrə tədbirlərin görülməsi Sabirabad Rayon İcra və Probasiya Şöbəsinə tövsiyə olunsun. Qərardaddan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Sabirabad Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №8(056)-340/2025
Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №8(056)-340/2025
23.10.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver