Məhkəmə qərarları › İş №8(056)-349/2025

Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №8(056)-349/2025

06.11.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 8(056)-349/2025 06.11.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X1 Bağırovun sədrliyi, Rəşad Akif oğlu Rüstəmovun katibliyi ilə, Sabirabad Rayon Məhkəməsinin 26 noyabr 2013-cü il tarixli 2(056)-983/2013 saylı məhkəmə əmrinə əsasən “ödənilməli olan pul məbləğinin indeksasiya edilməsinə” dair Tələbkar ərizəsinə xx.xx.2025-ci il tarixdə Sabirabad şəhərində, məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək, Sabirabad Rayon Məhkəməsinin 26 noyabr 2013-cü il tarixli 2(056)-983/2013 saylı məhkəmə qərarı ilə müəyyən edilmiş 681 manat pul məbləğini indeksləşdirilərək 2013-cü il noyabr ayından 2025-ci il sentyabr ayınadək 207,20 faiz artımı (681 AZN x 207,20% = 1411.03 AZN) nəzərə alaraq cəmi 2092.03 manat məbləğində indeksləşdirilmənin müəyyən edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəçi Tələbkar məhkəməyə elektron qaydada imzalanmış məlumat göndərərək, ərizənin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi verilməsinə baxmayaraq borclular Borclu1 və Borclu2 məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmiş və işə onların iştirakı olmadan baxmağı xahiş etməmişlər. Məhkəmə MPM-nın 232.2-ci maddəsinə əsaslanaraq işə ərizəçinin və borcluların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə MPM-nın 13.4-cü maddəsinə əsaslanaraq hesab edir ki, ödənilməli olan pul məbləğinin indeksasiya olunması barədə ərizənin geri qaytarılmasını müəyyən edən konkret norma olmadığından, iddia ərizəsinin qaytarılmasına dair münasibətləri nizama salan hüquq normaları analogiya üzrə tətbiq edilərək, “ödənilməli olan pul məbləğinin indeksasiya edilməsi” barədə ərizə, iddia ərizəsinin qaytarılmasını müəyyən edən normaların tətbiq edilməsi ilə geri qaytarılmalıdır. Belə ki, MPM-nın 13.4-cü maddəsinə əsasən, mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji hüquq münasibətlərini tənzimləyən hüquq normalarına müraciət edir. Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 263-264 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Tələbkar “ödənilməli olan pul məbləğinin indeksasiya edilməsinə” dair ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan, onun surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Sabirabad Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar