Məhkəmə qərarları › İş №8(056)-352/2025

Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №8(056)-352/2025

12.11.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 8(056)-352/2025 12.11.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X2 Bağırovun sədrliyi, Rəşad Akif oğlu Rüstəmovun katibliyi ilə, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 16(056)-35/2025 saylı icra sənədi üzrə Tələbkar tərəfindən öhdəliklərin icra edilməməsi barədə Borclu şikayət ərizəsinə xx.xx.2025-ci il tarixdə Sabirabad şəhərində, məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Borclu şikayət ərizəsi və şikayət üzrə tələbinin dəqiqləşməsi ərizəsi ilə məhkəməyə müraciət edərək, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 16(056)-35/2025 saylı qərardadı (icra vərəqəsi) üzrə Tələbkar tərəfindən həmin icra sənədini icra etmədiyinə görə barəsində məcburi icra tədbirlərinin keçirilməsinin Maraqlı şəxs üzərinə öhdəlik qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2 (011)-2673/2025 saylı qətnaməsinə əsasən onun ilə Tələbkar arasında olan nikahın pozulması ilə yanaşı birgə nikah münasibətlərindən doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X1 onun yanında saxlanılması və xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2024-cü il tarixdən hər ay sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minumum əmək haqqının 0,615 misli həddində sabit pul məbləğində alimentin Tələbkar tutularaq ona verilməsi qət edilmişdir. Həmin qətnamədən tələbkar apellyasiya şikayəti verilmədiyinə görə qətnamə qanuni qüvvəsin aldıqdan sonra Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən xx.xx.2025-ci il tarixli icra vərəqəsi Bakı şəhəri Xətai rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Məhkəmə qətnaməsi 2025-ci il tarixli avqust ayı üzrə icra vərəqəsi icra edilsə də, lakin sonradan tələbkar tərəfindən xx.xx.2025-ci il tarixdən xx.xx.2014-cü il təvəllüdlü X3 ünsiyyət qurmaq adı ilə məktəbdən götürmüş, amma bu günədək geri qaytarmamışdır. İş üzrə Tələbkar müvəqqəti təminat tədbiri barədə ərizə ilə Sabirabad rayon Məhkəməsinə müraciət etmiş və Sabirabad rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli, 16(056)-35/2025 saylı qərardadına əsasən ərizə təmin edilmiş və xx.xx.2014-cü il təvəllüdlü X1 ünsiyyət qurması onun iştirakı olmadan və hər hansı bir maneənin onun tərəfindən edilməsinin qadağan edilməsi qərara alınmışdır. Həmin qərardaddan onun xəbəri olmadığına görə həmin qarardaddan şikayət verə bilməmişdir. Lakin tələbkar tərəfindən xx.xx.2014-cü il təvəllüdlü X1 ünsiyyət adı ilə görüşərək təhvil verməməsindən sonra o, ilk olaraq üçüncü şəxs Maraqlı şəxsnə müraciət etmiş, oradan bildirmişlər ki, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 16(056)-35/2025 saylı qərardadı olduğundan, tərəflərindən heç bir addım atıla bilməz və həmin qərardaddan şikayət edildikdə və qərardad ləğv edildikdən sonra onlar hər hansı bir məcburi icra hərəkətlərini yerinə yetirə bilərlər. O, etirazını bildirirək, qərardadda övladı xx.xx.2014-cü il təvəllüdlü X1 tələbkarın daimi yanında qalması barədə deyil, yalnız şənbə günündən bazar gününə kimi qalması şərti qeyd edilmiş və belə olan halda övladının onun yanında qalması ilə bağlı vacib olduğunu bildirdikdə, üçüncü şəxs hal-hazırda Sabirabad rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli 16 (056)-35/2025 saylı qərardadı olduğundan, tərəflərindən heç bir addım atıla bilməz və onun tərəfindən qərardad istənildikdə, ona bildirdilər ki, Sabirabad Rayon Məhkəməsinə müraciət edib əldə edə bilərsən. O, Sabirabad Rayon Məhkəməsinə müraciət etdikdə, məhkəmədən ona bildirmişlər ki, asan imza nömrəsi əldə edərək qərardadı həmin elektron kabinetdən əldə edə bilərsən və sonra həmin qərardaddan şikayət edə bilərsən. O, xx.xx.2025-ci il tarixdə asan imza nömrəsi əldə edərək sözügedən qərardadı elektron kabinetdən çıxardaraq ilk olaraq tələbkar tərəfindən Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(056)-360/2025 saylı qətnaməsini və Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 16 (056)-35/2025 saylı qərardadını icra etmədiyi və həmçinin üçüncü şəxs Maraqlı şəxs tərəfindən də icra edilmədiyi üçün şikayət ərizəsi ilə müraciət etmək məcburiyyətində qalmışdır. Üçüncü şəxs Maraqlı şəxs həmçinin Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(056)-360/2025 saylı icra vərəqəsini icra edə bilmədiklərini onunla əsaslandırmışlar ki, xx.xx.2014-cü il təvəllüdlü X4 ona gəlməkdən imtina edir və bu barədə bizdə video görüntü vardır və ona görə də icra edilməsindən imtina edilmişdir. Halbuki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(011)-2673/2025 saylı qanuni qüvvəyə minmiş qətnaməsində də qeyd edilmişdir ki, Abşeron Rayon İcra Hakimiyyəti yanında Uşaq Hüquqlarının Müdafiəsi üzrə Komissiyasının xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, Komissiya onların birgə nikahından doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X1 onun yanında saxlanılmasını uşağın mənafeyinə uyğun hesab etmişdir. Nəzərinizə çatdırır ki, Komissiya tərəfindən həmin vaxt övladı xx.xx.2014-cü il təvəllüdlü X1 da izahatı alınmış və qızı onun yanında qalmasını bildirmiş, sadəcə atası ilə də ünsiyyət qurmaq istədiyini bildirmişdir. Bütün bu hallar ondan xəbər verir ki, tələbkar qızına psixoloji təsir göstərməklə ona qarşı təsir metodu kimi istifadə edərək, onu yanında saxlayaraq verməkdən imtina etmişdir. Burada da bir uyğunsuzluq vardır və necə olur ki, qızı Abşeron Rayon İcra Hakimiyyəti yanında Uşaq Hüquqlarının Müdafiəsi üzrə Komissiya tərəfindən dindirilərkən və izahat verilərkən onun yanında qaldığını, lakin sonradan tələbkar ünsiyyət qurmaqla bağlı məhkəmə qətnaməsin əldə etdikdən sonra onun etibarından istifadə edərək ünsiyyət adı altında uşağını məktəbdən götürmüş və bu günə kimi də qaytarmaqdan imtina etmişdir. Tələbkar və üçüncü şəxs adını belə qoymuşlar ki, uşağı ona gəlməkdən imtina edir. Əgər imtina etsəydi uşağın Komissiya tərəfindən dindirilərkən və Xətai rayon məhkəməsin də dindirilərkən ona gəlməkdən imtina edərdi. Bu hal ondan xəbər verir ki, tələbkar övladına psixoloji təsir edərək nəzarəti altında saxlayır. Bütün bu hallar araşdırma aparılmadığından, üçüncü şəxs tərəfindən Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2 (056)-360/2025 saylı icra vərəqəsinin icrasından imtina etməsi hesab edir ki, əsassızdır. Halbuki, iş üzrə qanuni qüvvəyə minmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2 (011)-2673/2025 saylı qətnaməsi və icra vərəqəsi vardır ki, tələbkar həmin qətnaməndən apelyasiya şikayəti verməyərək razı qaldığından və ən əsası qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğundan, hesab edir ki, tələbkarla yanaşı üçüncü şəxs tərəfindən də heç bir müzakirə olmadan icra edilməlidir. Bu səbəbdən də o, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2 (056)-360/2025 saylı qətnaməsi üzrə icra vərəqəsinin tələbkar və üçüncü şəxs tərəfindən icra edilmədiyinə görə məhkəmə qətnaməsinin icrasına nəzarət olaraq şikayət ərizəsi ilə Sabirabad Rayon Məkhəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(056)-360/2025 saylı qətnaməsi üzrə xx.xx.2025-ci il tarixli icra vərəqəsinin icrası ilə bağlı üçüncü şəxs Maraqlı şəxs tərəfindən xx.xx.2025-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilməsinə baxmayaraq, lakin tələbkar tərəfindən qətnamənin icrasına düzgün riayət etmədiyinə görə tərəflərindən bu günədək hər hansı bir icra hərəkətləri və ən əsası məcburi icra hərəkətləri (İcra haqqında Qanunun 43.1.1-ci maddəsinə əsasən) həyata keçirilməmişdir. Belə ki, üçüncü şəxs Maraqlı şəxs tərəfindən ona bildirilmişdir ki, icra hərəkətlərinin yerinə yetirilməsi ilə bağlı tələbkara icranın könüllü icrasının tətbiqi barədə təklif edilsə də, lakin tələbkar uşaqla ünsiyyətin qurulması ilə bağlı Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(056)- 360/2025 saylı qətnaməsinin və icra vərəqəsinin olduğunu bildirdiyinə görə bu səbəbdən də icra hərəkətlərinin həyata keçirilməsinin mümkün olmadığını bildirmişdirlər. O, bu barədə öz etirazını bildirdikdə, ona şikayət ərizəsi ilə Sabirabad Rayon Məhkəməsinə müraciət etməyini tövsiyə etmişlər. Üçüncü şəxs Maraqlı şəxs tərəfindən Tələbkar Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(056)-360/2025 saylı qətnaməsi üzrə xx.xx.2025-ci il tarixli icra vərəqəsinin icrasının Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 16(056)-35/2025 saylı qərardadı ilə əlaqəli olduğunu əsas gətirməsi hesab edir ki, icra hərəkətlərinin həyata keçirilməsində maraqlı olmadığını və ona görə də gətirdiyi arqumentlər əsassızdır, bu səbəbdən də hesab edir ki, icra hərəkətlərinin həyata keçirilməməsi üçün yuxarıda qeyd etdiyi hallar əsas ola bilməz. Bu səbəbdən də hesab edir ki, tələbkarın məqsədi onun tərəfindən sadəcə ona uşaqla hər hansı bir əlaqənin yaranmasına maneə törədərək uşağı psixoloji təsir altında saxlayaraq gələcəkdə öz maraqları naminə ona təsir metodu kimi istifadə etməkdir. Borclu Tələbkar xx.xx.2014-cü il təvəllüdlü X3 xx.xx.2025-ci il tarixdən ona vermədiyini və yanında saxladığını Sabirabad rayonu İcra Hakimiyyəti başçısının Azadkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən xx.xx.2025-ci il tarixli 5-70-14/2-411-2025 nömrəli arayışla bir daha təsdiq edilir. Bu hal isə birbaşa üçüncü şəxs Maraqlı şəxs vəzifəsi olduğuna görə Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(056)-360/2025 saylı qətnaməsi üzrə xx.xx.2025-ci il tarixli icra vərəqəsinin məcburi icra edilməsi üçün icra haqqında qanunvericiliklə tələb olunan məcburi icra hərəkətlərini yerinə yetirmədiyindən hesab edir ki, üçüncü şəxs Maraqlı şəxs hərəkətsizliyindən xəbər verir. Onun tərəfindən üçüncü şəxs Maraqlı şəxsnə borclu tərəfindən övladı olan xx.xx.2014-cü il təvəllüdlü X1 xx.xx.2025-ci il tarixdən öz yanında saxlayaraq verməkdən imtina etdyini bildirsə də, lakin üçüncü şəxs Maraqlı şəxs tərəf icra haqqında qanunvericiliyin tələblərindən irəli gələn halları icra etməyərək icra vərəqəsini hərəkətsiz qoymuşdur. Üçüncü şəxs Maraqlı şəxs qeyd etdiyi halları araşdırmaq əvəzinə, əksinə yuxarıda qeyd etdiyi xüsusatları nəzərə almayaraq, icra hərəkətlərinin yerinə yetirməməklə hərəkətsiz dayanımağa üstünlük verməyə çalışmışdır. Üçüncü şəxs Maraqlı şəxs hətta ona bildirmişdirlər ki, tələbkara xəbərdarlıq edilmiş və könüllü olaraq uşağın qaytarılması ilə bağlı çalışmışdırlar. Lakin tələbkarın hər dəfə müxtəlif bəhanələr gətirməsi və bu icra məmurunda da inam yaratdığına görə də icra hərəkətlərinin həyata keçirilməsini hərəkətsiz qoymuşdurlar. Tələbkar hətta bu vəziyyətdən istifadə edərək məhkəmə tərəfindən xx.xx.2024-cü il tarixdən kəsilmiş alimentindən 1 dəfə ödəməklə yerdə qalan borclarını ödəməkdən də boyun qaçırmışdı. Alimentin ödənilməsi də belə üçüncü şəxs tərəfindən də icra edilmir. Bu hal ondan xəbər verir ki, tələbkar bu hərəkətsizliyi ilə icra vərəqəsinin icra edilməməsində maraqlıdır və çalışır ki, icra edilməmiş kimi qalsın və bu səbəbdən də o, yuxarıda qeyd edilənlərə əsasən ərizə ilə Sabirabad Rayon Məhkəməsinə xx.xx.2025-ci il tarixli, 16 (056)-35/2025 saylı qərardadına dair Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli icra vərəqəsinin Tələbkar tərəfindən icra edilmədiyinə görə barəsində məcburi icra tədbirlərinin keçirilməsinin üçüncü şəxs Maraqlı şəxs üzərinə öhdəlik qoyulması barədə qərardad çıxarılması barədə şikayət ərizəsi ilə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi verilməsinə baxmayaraq tərəflər və məhkəmə iclasına gəlməmiş, Maraqlı şəxs isə nümayəndəsinin məhkəmədə iştirakını təmin etməmişdir. Məhkəmə MPM-nın 232.2-ci maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 16(056)-35/2025 saylı qərardadının surətindən görünür ki, ərizəçi Tələbkar müvəqqəti təminat tədbiri barədə ərizəsinin qismən təmin edilməsi, Tələbkar xx.xx.2014-cü il təvəllüdlü X4 ilə hər həftənin şənbə günü səhər saat 10:00-dan gecə qalmaq şərti ilə bazar günü saat 12:00-a kimi ünsiyyət hüququnun Borclu və başqa şəxslərin iştirakı olmadan təmin edilməsi və bununla bağlı yaradılan maneələrin Borclu qadağan edilməsi, qərardadın dərhal icra edilməsi qərara alınmışdır. Şikayətin dəlillərini və iş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, şikayət əsaslı olduğu üçün təmin edilməli, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 16(056)-35/2025 saylı icra sənədinin icrası qaydasında Tələbkar övladı xx.xx.2014-cü il təvəllüdlü X4 ilə ünsiyyətdə olma vaxtının bitdikdən sonra, icra sənədi üzrə Tələbkar uşağın anasına təhvil verməsini tələb etməməsi ilə əlaqədar icra məmurunun hərəkətsizliyi qanunsuz hesab edilməli və icra sənədi üzrə Tələbkar uşağın anasına təhvil verməsini tələb etməsi vəzifəsi Maraqlı şəxs üzərinə qoyulmalıdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 16(056)-35/2025 saylı qərardadının icrası qaydasında Tələbkar övladı xx.xx.2014-cü il təvəllüdlü X4 ilə ünsiyyətdə olma vaxtı bitdikdən sonra, uşağın anasına təhvil verməli olduğu halda, bundan yayınaraq uşağı daimi olaraq yanında saxlamış və nəticədə uşağın anası Borclu faktiki olaraq övladından mərhum olmuşdur. Məhkəmə hesab edir ki, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 16(056)-35/2025 saylı icra sənədi əsasında Tələbkar övladı ilə ünsiyyətdə olması daimi deyil, məhz vaxtla məhdudlaşdırılaraq müvəqqəti xarakter daşıyaraq, hər həftənin şənbə günü səhər saat 10:00-dan gecə qalmaq şərti ilə bazar günü saat 12:00-a dək müəyyən edildiyi halda, qeyd edilən zaman çərçivəsində uşağın anası Borclu üzərində ünsiyyətin təmin edilməsi vəzifəsinin olması ilə yanaşı, eyni zamanda uşağın atası Tələbkar da öz növbəsində ünsiyyətdə olma vaxtı bitdikdən sonra, uşağın anasına təhvil verməli olduğu vəzifəsini daşıyır. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 16(056)-35/2025 saylı qərardadının icrası qaydasında Tələbkar övladı xx.xx.2014-cü il təvəllüdlü X4 ilə ünsiyyətdə olma vaxtı bitdikdən sonra, uşağın anasına təhvil verməməsi halı, onun tərəfindən həmin icra sənədinin icrasından yayınması və bu hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olması kimi qiymətləndirilməlidir. “İcra haqqında” Qanunun 29.1 və 29.2-ci maddələrinə əsasən tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. İcra hərəkətlərinin həyata keçirilməsi zamanı tərəflər icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. “İcra haqqında” Qanunun 87.1-ci maddəsinə əsasən icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Yuxarıda işin araşdırılmış hallarına və istinad edilən maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 16(056)-35/2025 saylı icra sənədinin icrası qaydasında Tələbkar övladı xx.xx.2014-cü il təvəllüdlü X4 ilə ünsiyyətdə olma vaxtı bitdikdən sonra, uşağın anasına təhvil verməməsi halı, onun tərəfindən həmin icra sənədinin icrasından yayınması və bu hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olması kimi qiymətləndirilməli, həmin icra sənədinin icrası qaydasında Tələbkar övladı ilə ünsiyyətdə olma vaxtının bitdikdən sonra, uşağı anasına təhvil verməsini tələb etməməsi ilə əlaqədar icra məmurunun hərəkətsizliyi qanunsuz hesab edilməli və icra sənədi üzrə Tələbkar uşağın anasına təhvil verməsini tələb etməsi vəzifəsi Maraqlı şəxs üzərinə qoyulmalı, həmçinin icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə, o cümlədən Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 16(056)-35/2025 saylı qərarlarının icra olunmamasına görə icra məmuru tərəfindən Tələbkar inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq tədbirlər görməli. Göstərilənlərə əsasən və MPM-nın 263-264-cü maddələrini rəhbər tutub məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 16(056)-35/2025 saylı qərardadının (müvafiq halda apelyasiya məhkəməsinin qərardadının) icrası qaydasında Tələbkar övladı xx.xx.2014-cü il təvəllüdlü X4 ilə ünsiyyətdə olma vaxtı bitdikdən sonra, uşağın anasına təhvil verməməsi halı, onun tərəfindən həmin icra sənədinin icrasından yayınması və bu hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olması kimi qiymətləndirilsin. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 16(056)-35/2025 saylı qərardadının (icra sənədinin) icrası qaydasında Tələbkar övladı ilə ünsiyyətdə olma vaxtının bitdikdən sonra, uşağı anasına təhvil verməsini tələb etməməsi ilə əlaqədar Maraqlı şəxs (icra məmurunun) hərəkətsizliyi qanunsuz hesab edilsin. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 16(056)-35/2025 saylı qərardadının (müvafiq halda apelyasiya məhkəməsinin qərardadının) icrası ilə bağlı Tələbkar xx.xx.2014-cü il təvəllüdlü X1 anasına təhvil verməsini tələb etməsi vəzifəsi və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə Tələbkar inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq tədbirlər görülməsi vəzifəsi Maraqlı şəxs (icra məmurunun) üzərinə qoyulsun. Qərardadın icrası Maraqlı şəxsnə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə “Elektron məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Sabirabad Rayon Məhkəməsinə yazılı şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar