Məhkəmə qərarları › İş №8(056)-359/2025

Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №8(056)-359/2025

12.11.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 8(056)-359/2025 12.11.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X2 Allahverdiyevin sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi ilə, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 8(032)-37/2020 saylı qərardadı ilə Borclu məxsus «VAZ 21074» markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbsin götürülməsi barədə Sabirabad rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş təqdimata baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Sabirabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 təqdimatla məhkəməyə müraciət edərək, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 8(032)- 37/2020 saylı qərardadı ilə «VAZ 21074» markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat vermiş şəxs xahişini onunla əsaslandırılmışdır ki, Şirvan Şəhər Məhkəməsinin 1(032)-07/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə Borclu cəmi 3657 manat məbləğində pul tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədinin icraatına başlanılması barədə xx.xx.2020-ci il tarixdə qərar qəbul edilmiş və qərarın surəti könüllü icra müddəti ərzində icra olunması üçün Borclu göndərilmişdir. Lakin borclu müəyyən edilmiş müddətdə icra sənədinin könüllü qaydada icrasını təmin etməmişdir. “Elektron icra xidməti” portalının borclu barədə sorğu məlumatından bəlli olmuşdur ki, Borclu məxsus «VAZ 21074» markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydiyyata alınmışdır. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 8(032)-37/2020 saylı qərardadı ilə həmin avtomobilin üzərinə həbs qoyulmuşdur. İş üzrə Borclu icra sənədi üzrə 3657 manat borc məbləğini tam olaraq ödəmiş, ödəniş qəbzini Sabirabad rayon İcra və Probasiya şöbəsinə təqdim etmiş və xx.xx.2025-ci il tarixdə Sabirabad rayon İcra və Probasiya şöbəsi tərəfindən Şirvan Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(032)- 07/2020 saylı icra vərəqəsinin icrasına xitam verilmişdir. Ona görə də Şirvan Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 8(032)-37/2020 saylı qərardadına əsasən Borclu mülkiyyətində olan «VAZ 21074» markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərindən həbsin götürülməsi zəruridir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, tələbkar və borclu məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən məhkəmə işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə, təqdimatı və ona əlavə edilmiş materialları araşdıraraq hesab edir ki, təqdimat təmin edilməli və avtomobil üzərinə qoyulmuş həbs götürülməlidir. Belə ki, göründüyü kimi, icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu mülkiyyətində olan avtomobilin üzərinə həbs qoyulmasının əsasları tam aradan qalxmışdır. Çünki icra sənədi tam icra edilmiş və icra sənədi üzrə icraata xitam verilmişdir. Ona görə də icra məmuru hazırki təqdimatla məhkəməyə müraciət etmişdir. Beləliklə borclunun mülkiyyətində olan avtomobilin üzərində həbsin saxlanılmasının heç bir əsası qalmamışdır. Şərh edilənlərə əsasən məhkəmə belə hesab edir ki, təqdimat təmin edilməli, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 8(032)-37/2020 saylı qərardadına əsasən Borclu mülkiyyətində olan «VAZ 21074» markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbs götürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin ***- **** və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqdimat təmin edilsin. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 8(032)-37/2020 saylı qərardadına əsasən Borclu mülkiyyətində olan «VAZ 21074» markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbs götürülsün. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar