Məhkəmə qərarları › İş №8(056)-367/2025

Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №8(056)-367/2025

02.12.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 8(056)-367/2025 02.12.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X2 Bağırovun sədrliyi, Rəşad Akif oğlu Rüstəmovun katibliyi ilə, Sabirabad rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(056)-797/2025 saylı icra sənədinin icrası ilə bağlı məcburi icra tədbirlərinin görülməsi məqsədilə Sabirabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Əkrəm Zaidin icra sənədi üzrə Borclu məcburi qaydada Sabirabad Rayon İcra və Probasiya Şöbəsinə gətirilməsi barədə təqdimatına baxaraq MÜƏYYƏN ETDİ: Sabirabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Əkrəm Zaid təqdimatla məhkəməyə müraciət edərək Sabirabad rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(056)- 797/2025 saylı icra sənədi üzrə Borclu məcburi qaydada Sabirabad Rayon İcra və Probasiya Şöbəsinə gətirilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat belə əsaslandırılmışdır ki, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(056)-797/2025 saylı icra sənədinə əsasən Borclu nisyə satılmış mala görə ödənilməli olan 1850 manat və ödənilmiş dövlət rüsumunun əvəzi 38.50 manat olmaqla cəmi 1888.50 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar verilməlidir. İcra sənədi xx.xx.2025-ci il tarixdə icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu icra sənədində göstərilən ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Lakin, borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir. "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən İcra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 84.3-cü maddəsinə əsasən həmin qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərarın surətini aldıqdan sonra 10 müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Qeyd edilən qərar xx.xx.2025-ci il tarixdə tərəflərindən qəbul edilərək Borclu ünvanına göndərilmiş və həmin qərardan şikayət verilməmişdir. Göstərilənlərə əsasən və "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini rəhbər tutaraq, Borclu məcburi gətiriməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasının yeri və vaxtı barədə bildiriş verilməsinə baxmayaraq icra sənədi üzrə tələbkar, borclu və icra məmuru məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə həmin şəxslərin iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və icra işi materiallarını araşdırıb hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, icra işi materiallarından görünür ki, Sabirabad Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Sabirabad rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(056)-797/2025 saylı icra sənədi üzrə xx.xx.2025-ci il tarixdə “İcraata başlamaq haqqında” Qərar qəbul edilmiş, 10 gün müddət ərzində tələbin könüllü icrası haqqında borcluya bildiriş göndərilmiş, sonra isə Borclu bir neçə dəfə rəsmi qaydada xəbərdarlıq edilməklə Sabirabad Rayon İcra və Probasiya Şöbəsinə dəvət edilmiş, lakin buna baxmayaraq, icra müddəti ərzində Borclu icra sənədinin icrasını üzrsüz səbəbdən yerinə yetirməmiş və ya buna çalışmamış, müxtəlif bəhanələr gətirərək şöbəyə gəlməkdən yayınmışdır. Bununla da Borclu "İcra haqqında" Qanunun 3-cü maddəsinin tələblərinə zidd olan hərəkətlər etmiş, nəticədə Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(056)-797/2025 saylı icra sənədinin icrası təmin edilməmiş halda qalmışdır. “İcra haqqında” Qanunun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Həmin Qanunun 84.2-ci maddəsinə əsasən, icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Məhkəmə təqdimatı və təqdimata əlavə edilmiş icra işi materiallarını nəzərdən keçirib və «İcra haqqında» Qanunun yuxarıda istinad olunan 3-cü və 84-1.1-ci maddələrinə əsaslanaraq hesab edir ki, SabirabadRayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(056)-797/2025 saylı icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda Borclu tərəfindən üzrsüz səbəbdən icra etmədiyi halda müxtəlif bəhanələr gətirərək şöbəyə gəlməkdən yayındığı üçün o, məcburi qaydada Sabirabad Rayon İcra və Probasiya Şöbəsinə gətirilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 262-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Sabirabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Əkrəm Zaidin təqdimatı təmin edilsin. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(056)-797/2025 saylı icra sənədi üzrə borclu - Ələkbərov X1 Rayon İcra və Probasiya Şöbəsinə məcburi qaydada gətirilsin. Qərardadın icrası Sabirabad Rayon Polis Şöbəsinə həvalə olunsun. Qərardaddan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Sabirabad Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar