Məhkəmə qərarları › İş №8(056)-370/2025

Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №8(056)-370/2025

04.12.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 8(056)-370/2025 04.12.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X2 Bağırovun sədrliyi, Rəşad Akif oğlu Rüstəmovun katibliyi ilə, Sabirabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(056)-788/2021 saylı icra sənədinin icrası ilə əlaqədar avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Sabirabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Xəqani Əzimov təqdimatla məhkəməyə müraciət edərək, Borclu1 üzərində olan borcunu tam şəkildə ödədiyindən Sabirabad rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(056)-222/2024 saylı qərardadına əsasən onun mülkiyyətində olan “VAZ-21060 minik” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimatı belə əsaslandırılmışdır ki, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(056)-788/2021 saylı icra sənədi üzrə borclu X1 və Borclu1 620.78 manat məbləğində pul müştərək qaydada tutularaq Tələbkar ASC-nin xeyrinə ödənilməlidir. Borclu1 barəsində olan icra sənədinin icrasını təmin etmədiyindən Sabirabad rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(056)-222/2024 saylı qərardadına əsasən onun mülkiyyətində olan “VAZ-21060” minik markalı, **- BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Üzərinə həbs qoyulmuş avtomobil Sabirabad rayon sakini tərəfindən istifadəsində olunduğundan qeyd olunan icra sənədi Azərbaycan Respublikası "İcra haqqında" Qanunun 10.1-ci maddəsinə əsasən icra hərəkətlərinin davam etdirilməsi üçün Sabirabad rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Məcburi icra tədbirləri nəticəsində Sabirabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(056)-788/2021 saylı icra sənədində qeyd olunmuş məbləğ borcludan tam şəkildə tutularaq tələbkar təşkilatın hesabına köçürülmüş və xx.xx.2025-ci il tarixdə Sabirabad rayon İcra və Probasiya şöbəsi tərəfindən qeyd olunan iş üzrə icraata xitam verilmişdir. Borclu1 üzərində olan borcunu tam şəkildə ödədiyindən Sabirabad rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(056)-222/2024 saylı qərardadına əsasən onun mülkiyyətində olan “VAZ-21060” minik markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsinə dair qərardad qəbul edilməsi xahiş edilir. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq icra sənədi üzrə tərəflər (borclu, tələbkar, icra məmuru) məhkəməyə gəlmədiklərindən məhkəmə, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalıdır. Məhkəmə hesab edir ki, həbsin qoyulması üçün əsas olmuş hallar aradan qalxdığından, Borclu1 məxsus “VAZ-21060 minik” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən həbs götürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Sabirabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Xəqani Əzimovun təqdimatı təmin edilsin. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(056)-222/2024 saylı qərardadı əsasında Sabirabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(056)- 788/2021 saylı icra sənədi üzrə Borclu1 məxsus “VAZ-21060” minik markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardad dərhal icra edilsin. Qərardaddan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Sabirabad Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar