Məhkəmə qərarları › İş №8(056)-373/2025

Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №8(056)-373/2025

11.12.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 8(056)-373/2025 11.12.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X3 Bağırovun sədrliyi, Rəşad Akif oğlu Rüstəmovun katibliyi, ərizəçi Tələbkar iştirakı ilə Sabirabad Rayon Məhkəməsinin 27 mart 2014-cü il tarixli 2(056)-35/2014 saylı qətnaməsinə əsasən müəyyən olunmuş sabit pul məbləğində tutulan alimentin indeksasiya olunmasına dair Tələbkar ərizəsinə xx.xx.2025-ci il tarixdə Sabirabad şəhərində, məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək, Sabirabad rayon məhkəməsinin 27 mart 2014-cü il tarixli 2(056)-35/2014 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği indeksasiya edilməklə Borclu xx.xx.2009-cu il təvəllüdlü X2 xeyrinə hər ay sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,66 misli həddində sabit pul məbləğində aliment tutularaq ona verilməsi hissəsində pul məbləğinin indeksasiyası barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, Sabirabad Rayon Məhkəməsinin 2(056)-35 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsinə əsasən 16 iyul 2009-cu ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Saatlı rayonu Kamallı kəndində qeydiyyatda olan və yaşayan Borclu hər ay 70 manat sabit pul məbləğində alimentin tutularaq xeyrinə ödənilməsi qət edilmişdir. İş icra olunması üçün Saatlı rayon icra və probasiya şöbəsinə göndərilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. Odur ki, ərizənin təmin olunması barədə qərardad çıxarılması xahiş olunur. Məhkəmə iclasında iştirak edən ərizəçi Tələbkar ərizəsinin dəlillərinə uyğun izahat verərək, ərizənin təmin olunması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi verilməsinə baxmayaraq Borclu məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə MPM-nin 232.2-ci maddəsinə əsaslanaraq işə borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçi şəxsin izahatını dinləyib, ərizəni və əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Sabirabad Rayon Məhkəməsinin 27 mart 2014-cü il tarixli 2(056)-35/2014 saylı qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə Borclu ilə X4 arasında 18 iyun 2009-cu ildə Saatlı RİHB-nın Hacıqasımlı KİN-də 14 nömrə ilə qeydə alınmış nikahının pozulması, xx.xx.2009-cu il təvəllüdlü Fatimə adlı uşaqın anasının himayəsində qalması və uşaqın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 70 (yetmiş) manat sabit pul məbləğində alimentin cavabdeh Borclu tutularaq iddiaçı Tələbkar ödənilməsi qət edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin Məcəllənin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8- 2/2016 nömrəli Qərarında dəyişiklik edilmiş və 8.4-2 yarımbənd əlavə edilmişdir. 2014-cü ildə Azərbaycan Respublikasında ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının məbləği 105 manat olmuşdur. Ali Məhkəmə Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli Qərarının 8.4-2 yarımbəndində qeyd edilmişdir ki, Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-nin 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyarı kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn: 2014-cü ildə qəbul edilmiş qətnamə ilə uşağın saxlanılması üçün 70 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2025-ci ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə 70 manat tutulmuş alimentin miqdarının 2014-cü il üzrə müəyyən edilmiş 105 manat minimum əmək haqqının (70:105=0.66) 0,66 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,66 misli həddində indeksasiya olunması şəklində göstərməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Sabirabad Rayon Məhkəməsinin 27 mart 2014-cü il tarixli 2(056)-35/2014 saylı qətnaməsi üzrə müəyyən olunmuş 70 manat sabit pul məbləğində aliment indeksasiya olunaraq sonrakı artımlar nəzərə alınmaqla, hər il ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,66 misli həddində müəyyən olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 232, 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. Sabirabad Rayon Məhkəməsinin 27 mart 2014-cü il tarixli 2(056)-35/2014 saylı qətnaməsinə əsasən xx.xx.2009-cu il təvəllüdlü X1 üçün Borclu hər ay tutulan 70 (yetmiş) manat alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla hər il ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,66 misli həddində indeksasiya olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Sabirabad Rayon Məhkəməsinə yazılı şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar