Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 8(056)-377/2025 11.03.2026 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi ilə, İddiaçı Tələbkar BOKT MMC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə Sabirabad Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 hərəkətsizliyinin qanunsuz hesab edilməsi və “İcra haqqında” Qanunun 63.1-ci maddəsinə əsasən borcun Borclu gəlirlərinin 50 faizi miqdarında yönəldilməsi barədə qərar qəbul olunması öhdəliyinin icra məmuru X1 üzərinə qoyulması barədə ərizəsinə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Tələbkar BOKT MMC-nin etibarnamə üzrə nümayəndəsi Ramazanov X2 Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 hərəkətsizliyinin qanunsuz hesab edilməsi və “İcra haqqında” Qanunun 63.1-ci maddəsinə əsasən borcun Borclu gəlirlərinin 50 faizi miqdarında yönəldilməsi barədə qərar qəbul olunması öhdəliyinin icra məmuru X1 üzərinə qoyulması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Sabirabad Rayon Məhkəməsinin e-2(056)- 459/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi ilə cavabdeh Borclu iddiaçı "SF Azerbaijan” BOKT MMC-nin xeyrinə cəmi 553 manat məbləğində pulun tutulması qət edilmişdir. Həmin qətnamə icra edilməsi üçün Sabirabad Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Hazırda iş icra məmuru X1 icraatındadır. Borclu ilə əlaqə saxlanılan zaman o, hər dəfə demişdir ki, “imkan olanda ödəniş edərəm". Aparılmış araşdırmalar zamanı müəyyən olunmuşdur ki, borclu Salmanov X3 Rayon Mühafizə İdarəsində polis işləyir. Məhkəmə qərarının icrası ilə bağlı Sabirabad Rayon İcra və Probasiya Şöbəsinə dəfələrlə borclunun əmək haqqına yönəltmə olunması ilə bağlı rəsmi və telefon vasitəsilə şifahi müraciətlər olunmasına baxmayaraq, borclunun əmək haqqına yönəltmə edilməmişdir. İcra məmuru Xəqani Əzimov bu məsələdə açıq şəkildə və əsassız olaraq hərəkətsizlik nümayiş etdirir. Bu hərəkətsizliyini belə əsaslandırır ki, “əgər cavabdeh Borclu əmək haqqına yönəltmə olunsa, borclunu işdən çıxaracaqlar". Məsələ ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Strateji Planlaşdırma və Monitorinq Baş İdarəsinə etdikləri şikayətin də nəticəsi olmamış, həmin şikayət də icra məmuru Xəqani Əzimovu hərəkətə gətirə bilməmişdir. İddiaçı Tələbkar BOKT MMC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəməyə elektron ərizə ünvanlayaraq, ərizəyə onların iştirakı olmadan baxılıb ərizənin təmin olunmasını xahiş etmişdir. Sabirabad rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X4 məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə ərizəyə icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizənin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğu üçün təmin edilməli və Sabirabad Rayon Məhkəməsinin e-2(056)-459/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi üzrə Sabirabad Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 borclunun əmək haqqına yönəldilmə edilməməsi barədə hərəkətsizliyi qanunsuz hesab edilməli və borclunun əmək haqqından 50 faiz həcmində tutma aparılması ilə bağlı müvafiq sənədləşmə işinin həyata keçirilməsi öhdəliyi icra məmurunun üzərinə qoyulmalıdır. Belə ki, "İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmçinin qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. “İcra haqqında” Qanunun 2.1-ci maddəsinə görə Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. “İcra haqqında” Qanunun 3-cü maddəsinin tələblərinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar məhkəmə icraçılarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Habelə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu öz qərarlarında qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmaqla xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağılasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (“Hornsbi Yunanıstana qarşı iş” üzrə 19 mart 1997-ci il tarixli Qərar). Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. Sabirabad Rayon Məhkəməsinin e-2(056)-459/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi üzrə Sabirabad Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 borclunun əmək haqqına yönəldilmə edilməməsi barədə hərəkətsizliyi qanunsuz hesab edilsin və borclunun əmək haqqından 50 faiz həcmində tutma aparılması ilə bağlı müvafiq sənədləşmə işinin həyata keçirilməsi öhdəliyi Sabirabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 üzərinə qoyulsun. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(056)-1590/2022 saylı icra sənədi icra edilməsi üçün yenidən Sabirabad rayon İcra və Probasiya Şöbəsinə qaytarılsın. Qərardaddan 10 gün müddətində Sabirabad Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №8(056)-377/2025
Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №8(056)-377/2025
11.03.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver