Məhkəmə qərarları › İş №8(056)-380/2025

Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №8(056)-380/2025

18.12.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 8(056)-380/2025 18.12.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X3 Bağırovun sədrliyi, Rəşad Akif oğlu Rüstəmovun katibliyi ilə, Sabirabad Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 2(056)- 1737/2025 saylı icra sənədi üzrə “borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə Sabirabad rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu Xəqani Əzimovun təqdimatına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Sabirabad rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu Xəqani Əzimov təqdimatla məhkəməyə müraciət edərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixli qərarla icraata başladığı Sabirabad rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(056)-1737/2025 saylı icra vərəqəsinə əsasən, xx.xx.2010-cu il təvəllüdlü X1 və xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2025- ci il tarixdən hesablanmaqla Borclu Tələbkar xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ayrı-ayrılıqda hər il ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,42 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Qeyd olunan icra sənədi icra olunması üçün xx.xx.2025-ci il tarixdə Sabirabad rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün dərhal icra olunması müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəflərindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün tərəflərindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Hesab edirlər ki, icra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Göstərilənləri nəzərə alaraq, "İcra Haqqında" qanunun 84-1-ci maddəsini rəhbər tutaraq Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi xahiş edilir. Məhkəmə iclasının yeri və vaxtı barədə bildiriş verilməsinə baxmayaraq icra sənədi üzrə tələbkar, borclu və icra məmuru məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə həmin şəxslərin iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və icra işi materiallarını araşdırıb hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, icra işi materiallarından görünür ki, Sabirabad Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 2(056)-1737/2025 saylı icra sənədi üzrə Sabirabad rayon İcra və Probasiya şöbəsi xx.xx.2025-ci il tarixdə “İcraata başlamaq haqqında” Qərar qəbul etmiş, 10 gün müddət ərzində tələbin könüllü icrası haqqında borcluya bildiriş göndərilmişdir. Lakin ondan dəfələrlə tələb olunsa da, icra müddəti ərzində o, icra sənədinin icrasını üzrsüz səbəbdən yerinə yetirməmiş və ya buna çalışmamış, nəticədə Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(056)-1737/2025 saylı icra sənədinin icrası təmin edilməmiş halda qalmışdır. «İcra haqqında» Az. Resp. Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Məhkəmə təqdimatı və təqdimata əlavə edilmiş icra işi materiallarını nəzərdən keçirib və «İcra haqqında» Qanunun yuxarıda istinad olunan 84-1.1-ci maddəsinə əsaslanaraq hesab edirik ki, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(056)-1737/2025 saylı icra sənədi könüllü icra üçün müəyyən olunmuş müddət ərzində Borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədiyi üçün, onun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Göstərilənlərə və Azər. Resp. MPM-nin 279-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Sabirabad Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu Xəqani Əzimovun təqdimatı təmin edilsin. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(056)-1737/2025 saylı icra sənədi üzrə Borclu Azərbaycan Respublikası ərazisindən kənara sərbəst surətdə getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Sabirabad Rayon İcra və Probasiya Şöbəsi vasitəsilə həyata keçirilsin. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(056)-1737/2025 saylı icra sənədi tam icra edildikdən sonra hazırkı qərardad əsasında borclunun ölkə ərazisindən kənara sərbəst surətdə getmək hüququna qoyulmuş məhdudiyyətin ləğvi üçün dərhal rəsmiyyətin aparılması üzrə tədbirlərin görülməsi Sabirabad Rayon İcra və Probasiya Şöbəsinə tövsiyə olunsun. Qərardaddan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Sabirabad Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar