Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 8(056)-388/2025 08.01.2026 SABİRABAD RAYON MƏHKƏMƏSİ X1 Bağırovun sədrliyi, Rəşad Akif oğlu Rüstəmovun katibliyi ilə, “Sabirabad Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(056)-2433/2015 saylı icra sənədinin geri qaytarılması haqqında” Sabirabad rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qərarının ləğv edilməsi və icra sənədi üzrə icra tədbirlərinin davam etdirilməsi barədə Tələbkar şikayət ərizəsinə baxaraq MÜƏYYƏN ETDİ: Tələbkar şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək “Sabirabad Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(056)-2433/2015 saylı icra sənədinin geri qaytarılması haqqında” Sabirabad rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qərarının ləğv edilməsi və icra sənədi üzrə icra tədbirlərinin davam etdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İcra sənədi üzrə Tələbkar məhkəməyə elektron qaydada imzalanmış məlumat göndərərək, işə onun iştirakı olmadan baxılmasını və şikayətin təmin olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış icra sənədi üzrə borclu məhkəmə iclasında iştirak etməmiş, həmçinin Sabirabad rayon İcra və Probasiya Şöbəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə həmin şəxslərin iştirakı olmadan şikayət ərizəsinə baxılmasını mümkün hesab etmişdir. Şikayət ərizəsini nəzərdən keçirib məhkəmə hesab edir ki, ərizə Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş forma və məzmununa riayət edilmədən tərtib olunduğundan geri qaytarılmalıdır. Belə ki, Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinin tələbinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinin tələbinə görə ərizədə ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı göstərilməlidir. Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1 və 152.1.1-ci maddələrinin tələblərinə görə, ərizə bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona ələvə edilmiş sənədləri geri qaytarır. Belə ki, ərizəçi şikayət ərizəsinin məzmununda “Sabirabad Rayon Məhkəməsinin xx.xx.2015ci il tarixli 2(056)-2433/2015 saylı icra sənədinin geri qaytarılması haqqında” Sabirabad rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qərarına istinad etsə də, həmin qərarın tarixi və ya nömrəsi barədə məlumatları, həmçinin şikayət etdiyi qərarın mövcudluğuna dair hər hansı sübutları məhkəməyə təqdim etməmişdir və bu səbəbdən də şikayət ərizəsinin mahiyyəti üzrə araşdırılması mümkünsüz olmuşdur. Məhkəmə hesab edir ki, ərizə Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədiyi üçün geri qaytarılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 150, 151, 152, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: “Sabirabad Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(056)-2433/2015 saylı icra sənədinin geri qaytarılması haqqında” Sabirabad rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qərarının ləğv edilməsi və icra sənədi üzrə icra tədbirlərinin davam etdirilməsi barədə Tələbkar şikayət ərizəsi ona geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Sabirabad Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №8(056)-388/2025
Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №8(056)-388/2025
08.01.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver