Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 8(056)-393/2025 17.12.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Mən, hakim Allahverdiyev Səlim Məhərrəm oğlu, Tələbkar tərəfindən Sabirabad rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun “icra sənədinin geri qaytarılması” barədə qərarından verilmiş şikayətə baxaraq, MÜƏYYƏN ETDİM: Musayev X1 rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun “icra sənədinin geri qaytarılması” barədə qərarından şikayətlə məhkəməyə müraciət edərək, Sabirabad rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun “icra sənədinin geri qaytarılması” barədə qərarının ləğv edilməsi və Sabirabad Rayon Məhkəməsinin 2(056)-730/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinin icra hərəkətlərinin davam etdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayəti və əlavə edilmiş sənədləri təqdid edərkən tərəfimdən müəyyən edilmişdir ki, şikayətə Sabirabad rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun “icra sənədinin geri qaytarılması” barədə hər hansı qərarı əlavə edilməmişdir. İzah edilməlidir ki, “İcra haqqında” Qanunun 23.7-ci maddəsi icra sənədinin geri qaytarılması barədə qərardan şikayət vermə qaydasını özündə əks etdirmişdir. Belə ki, “İcra haqqında” Qanunun 23.7-ci maddəsinə əsasən, ra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Qanunvericiliyin göstərilən normasının mahiyyəti ondan ibarətdir ki, tərəflər həmin qərarı əldə etdikdən sonra qərarın tarixi və icra sənədinin qaytarılması səbəbləri barədə məlumatlı olmuş olur, bundan sonra onlar həmin qərarda göstərilən əsaslarla razılaşmadıqda, həmin qərardada göstərilmiş əsasların əsassızlığına istinad etməklə şikayətlərini əsaslandırıb məhkəməyə təqdim edirlər ki, məhkəmə də bu fonda şikayətin əsaslı olub-olmaması istiqamətində araşdırma aparmaq imkanında olur. Hazırki şikayətin məzmunundan isə görünür ki, tələbkar icra sənədinin geri qaytarılması barədə qərar qəbul edilməsi haqqında şifahi qaydada məlumat əldə etmiş, həmin qərarı rəsmi qaydada əldə etməmiş və icra sənədinin geri qaytarılmasının səbəbləri barədə qərar əsasında tanış olmamışdır. Yuxarıda göstərilən xüsusatları ümumiləşdirərək hesab edirəm ki, Sabirabad rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun “icra sənədinin geri qaytarılması” barədə qərarı şikayətə əlavə edilmədiyindən, konkret olaraq hansı qərardan şikayət verilməsi şikayətdə göstərilmədiyindən şikayət geri qaytarılmalı, tələbkara icra sənədinin geri qaytarılması barədə qərarı rəsmi qaydada əldə etdikdən sonra 30 gün müddətində məhkəməyə şikayət vermək hüququnun olması izah edilməlidir. Göstərilənlərə əsasən, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.7-ci və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər turaraq, məhkəmə QƏRARA ALDİ: Tələbkar tərəfindən Sabirabad rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun “icra sənədinin geri qaytarılması” barədə qərarından verilmiş şikayət tələbkara geri qaytarılsın. Tələbkaricra sənədinin geri qaytarılması barədə qərarı rəsmi qaydada əldə etdikdən sonra 30 gün müddətində məhkəməyə şikayət vermək hüququnun olması izah edilsin. Qərardaddan rəsmi qaydada əldə edildiyi vaxtdan 10 (on) gün müddətində Sabirabad rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №8(056)-393/2025
Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №8(056)-393/2025
17.12.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver