Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 8(056)-41/2023 01.03.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi ilə, Sabirabad rayon İcra və Probasiya şöbəsinin əmlakın üzərinə həbs qoyulması barədə təqdimatına Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Sabirabad rayon İcra və Probasiya şöbəsinin X1 təqdimatla məhkəməyə müraciət edərək icra sənədi üzrə Borclu məxsus olan 3,5 qram çəkidə qızıl zinət əşyalarının üzərinə həbs qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat vermiş şəxs xahişini onunla əsaslandırmışdır ki, Sabirabad rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(056)-1292/2019 saylı icra sənədinə əsasən Borclu cəmi 1172,28 manat alınaraq ələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədlərinin icraatına başlanılması barədə xx.xx.2019-cu il tarixdə qərarlar qəbul edilmiş və qərarların surəti könüllü icra müddəti ərzində icra olunması üçün Borclu göndərilmişdir. Lakin, borclu müəyyən edilmiş müddətdə icra sənədinin könüllü qaydada icrasını təmin etməmişdir. "xxxx" ASC Sabirabad rayon İcra və Probasiya Şöbəsinə müraciət edərək borcluya məxsus 3,5 qram çəkidə qızıl-zinət əşyalarının olduğunu bildirərək həmin girovun üzərinə həbs qoyulmasını, satılmasını və satışdan əldə olunmuş pul vəsaiti hesabına icra sənədində göstərilən borcun ödənilməsini xahiş etmişdir. Hesab edir ki, icra sənədinin məcburi icrasını təmin etmək məqsədi ilə Borclu məxsus olan qızıl-zinət əşyalarının üzərinə həbs qoyulmalıdır. Təqdimata əlavə edilmiş: Sabirabad Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(056)-1292/2019 saylı icra vərəqəsinin surətindən görünür ki, cavabdeh Borclu cəmi 1172,28 manat məbləğində pul tutulub "xxxx" ASC-nin xeyrinə verilməsi qət edilmişdir. İcra məmuru tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli «İcraata başlamaq haqqında qərar»dan görünür ki, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(056)- 1292/2019 saylı icra vərəqəsinin icraatına başlanılmış və Borclu icra vərəqəsinin könüllü qaydada icra olunması üçün 10 (on) gün müddətinə vaxt verilmişdir. BOKT "xxxx" ASC tərəfindən Sabirabad rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış məktubun surətindən görünür ki, hazırda cavabdehin qalıq borcu 532.28 manat təşkil edir. Borcluya məxsus 3.5 qram olan qızıl-zinət əşyası kreditin təminatı olaraq girov müqaviləsinə əsasən BOKT "xxxx" ASC-nin saxlancında saxlanılır. Həmin əmlakın üzərinə həbs qoyulması üçün təqdimatla məhkəməyə müraciət edilməsi xahiş olunur. Məhkəmə təqdimatı və əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materialarından görünür ki, icra məmuru tərəfindən görülmüş tədbirlərə baxmayaraq Borclu hal-hazıradək məhkəmənin icra sənədini könüllü olaraq tam icra etməmişdir. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun: 43.1 və 43.1.1-ci maddələrinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiridir. 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. 45.6-ci maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlamaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönədilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönədilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onalrın icrası məcburidir. Məhkəmə hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə təqdimat təmin edilməli, Borclu məxsus olan 3,5 qram çəkidə qızıl-zinət əşyalarının üzərinə həbs qoyulmalıdır. Göstərilənlərə əsasən və «İcra Haqqında» Azərbaycan Respublikası Qanunun 43,45 və 50-ci maddələrini, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləinin 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqdimat təmin edilsin. Sabirabad rayonunun Qalaqayın kəndində yaşayan Borclu məxsus olan və BOKT "xxxx" ASC-nin saxlancında saxlanılan 3,5 qram çəkidə qızıl-zinət əşyalarının üzərinə həbs qoyulsun. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Sabirabad Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №8(056)-41/2023
Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №8(056)-41/2023
01.03.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver