Məhkəmə qərarları › İş №8(056)-5/2023

Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №8(056)-5/2023

23.01.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 8(056)-5/2023 23.01.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi ilə, Sabirabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 xx.xx.1990-cı il təvəllüdlü, Sabirabad rayonu, Suqovuşan kəndində qeydiyyatda olan və yaşayan Borclu «Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə» təqdimatına Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Sabirabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 təqdimatla məhkəməyə müraciət edərək, xx.xx.1990-cı il təvəllüdlü, Sabirabad rayonu, Suqovuşan kəndində yaşayan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Sabirabad rayon məhkəməsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 2(056)-1482/2021 saylı icra sənədinə əsasən, Borclu xx.xx.2014-cü il təvəllüdlü Dəniz və xx.xx.2020-ci il təvəllüdlü Adəm adlı uşaqların yetkinlik yaşma çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 100 manat olmaqla cəmi 200 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar verilməlidir. Sabirabad rayon məhkəməsi tərəfindən verilmiş xx.xx.2022ci il tarixli, 2(056)-60/2022 saylı icra sənədinə əsasən, Borclu xx.xx.2014-ci il təvəllüdlü Dəniz və xx.xx.2020-ci il təvəllüdlü Adəm adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 130 manat olmaqla cəmi 260 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar verilməlidir. Qeyd olunan icra sənədləri icra olunması üçün xx.xx.2021 -ci il tarixdə və xx.xx.2022-ci il tarixdə Sabirabad rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş və icraata başlamaq haqqında qərar qəbul edilərək icra sənədinin könüllü icra olunması üçün 10 (on) gün müddətində vaxt verilməklə borcluya, məlumat üçün isə tələbkara və müvafiq məhkəməyə göndərilmişdir. İcra sənədinin icrası ilə bağlı borclunun əmlak vəziyyətinin və gəlirlərinin müəyyən edilməsi ilə bağlı “Elekton İcra” İnformasiya Sistemindən sorğular alınmış, lakin edilmiş sorğuların cavablarından müəyyən olmuşdur ki, borcluya məxsus tələbin yönəldiləsi əmlak və ona məxsus pul vəsaitləri qeydiyyata alınmamışdır. Borclu şöbəyə dəvət olunaraq ona şəxsən tələbin könüllü icrası barədə bildiriş təqdim edilmiş və həmin bildirişi qəbul etməsi barədə imza etmişdir. Borclu tələbin könüllü icrası barədə bildirişi almasına baxmayaraq bu günə qədər icra sənədinin icrasını təmin etməmiş və icra sənədinin icra edilməsi üçün heç bir cəhd göstərməmişdir. Borclu Sabirabad rayon məhkəməsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 2(056)-1482/2021 saylı və xx.xx.2022-ci il tarixli, 2(056)-60/2022 saylı icra vərəqələri üzrə cəmi 3420 manat məbləğində aliment borcu vardır. Borclunun icra sənədinin icrasından yayınmaq məqsədi ilə ölkəni tərk edə bilməsi ehtimal olunur. Borclunun icra sənədinin icrasından yayınaraq ölkəni tərk etməsinin qarşısının alınması məqsədi ilə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına zərurət yaranmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, təqdimat vermiş şəxs, Sabirabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 və borclu məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Təqdimata əlavə edilmiş: Sabirabad rayon məhkəməsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 2(056)-1482/2021 saylı icra vərəqəsinə əsasən, iddiaçı Tələbkar Əsgərəli qızının - cavabdeh Borclu qarşı «nikahın pozulması və aliment tələbi» barədə mülki iş üzrə yekun qətnamə qəbul olunanadək xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X1 üçün iş üzrə yekun qətnamə qəbul olunanadək cavabdeh Borclu xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay hər bir uşaq üçün 100 (bir yüz) AZN, cəmi 200 (iki yüz) AZN sabit pul məbləğində aliment tutularaq iddiaçı Tələbkar Əsgərəli qızına verilməsi qət edilmişdir. xx.xx.2021-ci il tarixli «İcraata başlamaq haqqında qərar»ın surətindən görünür ki, icra vərəqəsi üzrə icraata başlanılması baradə qərar qəbul edilərək, Borclu rəsmi bildiriş göndərilmişdir. Məhkəmə təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirərək və tələbin aliment öhdəliyi ilə əlaqədar olmasını, bir ildən artıq müddət ərzində icra edilməməsini nəzərə alaraq hesab edir ki, təqdimat əsaslı hesab edilərək təmin edilməlidir. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən «Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onalrın icrası məcburidir.» Göstərilənlərə əsasən və «İcra Haqqında» Azərbaycan Respublikası Qanunun 84-1-ci maddəsini, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqdimat təmin edilsin. xx.xx.1990-cı il təvəllüdlü, Sabirabad rayonu, Suqovuşan kəndində qeydiyyatda olan və yaşayan Borclu ölkədən getmək hüququ məhkəmə qətnaməsi tam icra edildiyi zamanadək müvəqqəti olaraq məhdudlaşdırılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar