Məhkəmə qərarları › İş №8(056)-57/2024

Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №8(056)-57/2024

12.03.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 8(056)-57/2024 12.03.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi, Cavabdeh böyük icra məmuru X2, Borclu Babaşov Baris Mirzəkişi oğlunun, Tələbkar iştirakları ilə, Cavabdeh böyük icra məmuru X4 tərəfindən qəbul edilmiş “İcraata başlamaq haqqında” xx.xx.2024-cü il tarixli Qərardan iş üzrə borclu Babaşov Baris Mirzəkişi oğlu tərəfindən verilmiş şikayətə Sabirabad rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sabirabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(056)-254/2022 saylı icra vərəqəsinə əsasən tələbkar Babaşova X3 rayon Muradbəyli kəndində yerləşən və Sabirabad rayon Qasımbəyli KİN tərəfindən təsərrüfatbaşına kitabdan verilən 913 nömrəli çıxarışa görə 14 nömrəli təsərrüfat kitabının 1123-cü səhifəsində evin sahəsi 130 kv.m göstərilmiş fərdi yaşayış evinə köçürülməlidir. Cavabdeh böyük icra məmuru X4 xx.xx.2024-cü ildə “İcraata başlamaq haqqında” qərar qəbul etmiş və borclu Babaşov Baris Mirzəkişi oğlu həmin qərardan Sabirabad Rayon Məhkəməsinə şikayət vermişdir. Borclu Babaşov Baris Mirzəkişi oğlu şikayətini onunla əsaslandırmışdır ki, Sabirabad rayonu Muradbəyli kəndində inşa edilmiş və hal-hazırda tələbkarın köçürülməli olduğu ev qardaşı Taleh Mahmudova məxsusdur və evi o, özü tikmişdir. Onun həmin evlə bağlı heç bir bağlılığı yoxdur. Həmin ev qardaşı Taleh Mahmudova 2010-cu ildə Fövqəladə Hallar Nazirliyi tərəfindən su daşqını ilə bağlı dəymiş ziyana görə pul ayrılıb. Göstərilən əsasa görə Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixində qəbul olunmuş qərar ləğv olunmalıdır. Məhkəmə iclasında iştirak edən borclu Babaşov Baris Mirzəkişi oğlu şikayətində göstərdiyi xüsusatları təkrar edərək məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Tələbkar şikayətə etiraz edərək bildirdi ki, borclunun göstərdiyi xüsusat onun apellyasiya və kasassiya şikayətlərinin dəlili olmuş, yuxarı instansiya məhkəmələri bu dəlilə qiymət vermiş və onun evə köçürülməli olması barədə qərar qəbul etmişdir. Hazırda borclunun göstərdiyi əsas icraata başlamaq haqqında qərarın ləğv edilməsi üçün əsas ola bilməz. Borclunun məqsədi istənilən yolla onun evə köçürülməsinə süni maneə yaratmaqdır. Hazırda o, məhkəmədən şikayətin təmin edilməməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh böyük icra məmuru X4 bildirdi ki, o, icraata başlamaq haqqında qərarı məhkəmə tərəfindən verilmiş icra vərəqəsi əsasında qəbul etmişdir. Qəbul etdiyi qərar qanuni və əsaslıdır. Həmin qərarın qanunsuz qəbul edilməsi barədə şikayətdə hər hansı hala toxunulmamış, lakin qərarın ləğv edilməsi xahiş edilmişdir. Hazırda o, məhkəmədən şikayətin təmin edilməməsini xahiş edir. İşdə olan Cavabdeh Şöbəsinin böyük icra məmuru X4 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli “İcraata başlamaq haqqında” qərardan görünür ki, adı çəkilən qərar Sabirabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(056)-254/2022 saylı icra vərəqəsinə əsasən qəbul edilmiş və icra vərəqəsinə əsasən tələbkar Babaşova X3 rayon Muradbəyli kəndində yerləşən və Sabirabad rayon Qasımbəyli KİN tərəfindən təsərrüfatbaşına kitabdan verilən 913 nömrəli çıxarışa görə 14 nömrəli təsərrüfat kitabının 1123-cü səhifəsində evin sahəsi 130 kv.m göstərilmiş fərdi yaşayış evinə köçürülməlidir. Tələbkar tərəfindən məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-4492/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, borclu Babaşov Baris Mirzəkişi oğlunun hazırki şikayətində istinad etdiyi əsas- Tələbkar köçürülməli olduğu evin qardaşı Taleh Mahmudova məxsus olması, onun həmin evlə heç bir bağlılığının olmaması apellyasiya və kassasiya şikayətlərinin dəlilini təşkil etmiş, məhkəmələr həmin dəlilə qiymət vermiş, dəlilin əsassızlığı qənaətinə gəlinərək Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(106)-866/2023 nömrəli qətnaməsinin iddianın təmin olunan hissəsində dəyişdirilmədən saxlanması qənaətinə gəlinmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən İcra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Həmin Qanunun 8.5-ci maddəsinə əsasən, tərəflər icraata başlamaq haqqında qərardan, onun surətini aldıqdan sonra 10 gün müddətində məhkəməyə şikayət edə bilərlər. Həmin Qanunun 70.4-cü maddəsinə əsasən, icra sənədinin icrası mümkün olmadıqda, icra məmuru icra sənədinin məhkəməyə və ya icra sənədini vermiş digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması haqqında qərar qəbul edir. İcra məmurunun bu qərarı icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti ilə əlaqədar 13 fevral 2007-ci il tarixli Qərarına əsasən, Konstitusiyanın 129-cu maddəsinin tələblərinə görə məhkəmənin qəbul etdiyi qərarların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla, eyni zamanda belə aktların qanunsuz və əsassız olması ehtimallarına söykənməklə icra ilə bağlı məhdudiyyətlərin yaradılmasını və maneələrin törədilməsini qadağan edir. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarının işığında hazırki şikayətin dəlillərinə münasibətdə qeyd edir ki, İcra haqqında qanunvericilik icraata başlamaq haqqında qərardan tərəflərin şikayət vermək hüququnu nəzərdə tutarkən şikayətin formal əsasa görə deyil, icra sənədinin icraata qəbul edilib icraata başlamaq haqqında qərar qəbul ediməmişdən əvvəl həmin Qanunun 7-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanmasını, həmin normanın tələblərinə cavab verən icra sənədinin icraata qəbul edilib icraata başlamq haqqında qərar qəbul edilməsini nəzərdə tutmuşdur. Borclu isə şikayətində icra sənədinin icraata qəbul edilib icraatına başlanılarkən icra məmuru tərəfindən hər hansı qanun pozuntusuna yol verilməsinə istinad etməmiş, məhkəmə iclasında da bu barədə fikir bildirməmiş, yalnız tələbkarın köçürülməli evin ona məxsus olmamasına əsaslanmışdır ki, həmin dəlil də qanuni qüvvəyə minmiş məhkəmə aktında araşdırılmış, dəlilin əsassızlığı qənaətinə gəlinərək yekun məhkəmə aktı qəbul edilmişdir. Həmçinin qeyd edilməlidir ki, İcra haqqında qanunvericiliyin 70.4-cü maddəsi icra sənədinin icrasının mümkün olmadığı halda belə icraaata başlamaq haqqında qərarın mübahisələndirilmə əsası kimi deyil, icra sənədinin məhkəməyə qaytarılmasının əsası kimi müəyyən etmişdir ki, bu vəzifə də birbaşa icra məmurunun vəzifələrinə daxildir. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi Cavabdeh böyük icra məmuru X4 tərəfindən qəbul edilmiş “İcraata başlamaq haqqında” xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, Cavabdeh böyük icra məmuru X4 tərəfindən qəbul edilmiş “İcraata başlamaq haqqında” xx.xx.2024-cü il tarixli qərar dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263- 264-cü maddələrini rəhbər turaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Qərardaddan rəsmi qaydada əldə edildiyi vaxtdan (elektron kabinet varsa qərardadın elektron kabinetə yerləşdirildiyi gündən) 10 (on) gün müddətində Sabirabad rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar