Məhkəmə qərarları › İş №8(056)-63/2024

Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №8(056)-63/2024

04.04.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 8(056)-63/2024 04.04.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X2 Allahverdiyevin sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi ilə, Sabirabad Rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X1 Borclu məcburi gətirilməsi barədə təqdimatına baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Sabirabad Rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X3 Borclu məcburi gətirilməsi barədə təqdimatla məhkəməyə müraciət edərək, Sabirabad şəhəri, E.Qənbərov küçəsi, ev 34-də qeydiyyatda olan Borclu məcburi gətirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat natamamlığa görə geri qaytarılmalıdır. Belə ki, təqdimata əlavə edilmiş icra vərəqəsinin surətindən görünür ki, Borclu ünvanı ünvan 1 Həmçinin təqdimata əlavə edilmiş borclunun məcburi gətirilməsi barədə Sabirabad Rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X3 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Sabirabad rayon 3 kəndində qeydiyyatda olan Borclu barəsində məcburi gətirilmə tədbirinin tətbiq olunması üçün məcburi gətirilməsi haqqında qərar qəbul edilmiş, qərarın surəti tərəflərə göndərilmişdir. Beləliklə, təqdimat və əlavə edilmiş sənədlərdən aydın olur ki, borclu onun barəsində icra məmuru tərəfindən qəbul edilmiş məcburi gətirilmə haqqında qərardan poçt ünvanının düzgün qeyd edilməməsi səbəbindən məlumatlı olmamış, hazırki təqdimatda da borclunun poçt ünvanı düzgün qeyd edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, hazırki təqdimat icraata qəbul edilmədən geri qaytarılmalı, icra məmuru tərəfindən borclunun lazımi və düzgün formada məluymatlandırılması üçün zəruri tədbirlər görülməli, tədbirlər nəticə vermədiyi təqdirdə hazırki təqdimatla yenidən məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən, icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Həmin Qanunun 84.3-cü maddəsinə əsasən, 84.2-ci maddədə nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqdimat geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar