Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 8(056)-64/2023 14.03.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ X3 Allahverdiyevin sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi ilə, Sabirabad rayon İcra və Probasiya Şöbəsinin rəisi X2 Sabirabad rayonu, Əsgərbəyli kəndinə yaşayan Borclu məcburi gətirilməsi barədə təqdimatına Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Sabirabad rayon İcra və Probasiya Şöbəsinin rəisi X4 təqdimatla məhkəməyə müraciət edərək, Sabirabad rayonu, Əsgərbəyli kəndinə yaşayan Borclu məcburi qaydada Sabirabad rayon İcra və Probasiya şöbəsinə gətirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tədimatdan və ona əlavə olunmuş sənədlərdən görürünür ki, Sabirabad regional “ASAN Xidmət” mərkəzində notariat kontorunun 8İ-13127 nömrəli xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu 778,56 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2022-ci il tarixdə icraatına daxil olmuş və tərəfindən həmin tarixdə icraata başlanılaraq tələbin könüllü icrası barədə Borclu bildiriş göndərilmişdir. Borclu tələbin icrası ilə bağlı ona göndərilmiş bildirişləri almasına baxmayaraq nə icra sənədi üzrə müəyyən edilmiş tələbi təmin etmiş nə də ki. icra məmurunun çağırışlarına gəlmişdir. Borclunın xx.xx.2023-cü il tarixdə məcburi gətirilməsi barədə qərar qəbul olunaraq tərəflərə göndərilmiş lakin, borclu həmin qərarada məhəl qoymayaraq İcra Şöbəsinə gəlməmişdir. Hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu barəsində məcburi gətirilmə tədbiri tətbiq olunmalıdır. Məhkəmə təqdimatı və əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materilallarından göründüyü kimi icra məmuru tərəfindən görülmüş tədbirlərə baxmayaraq icra vərəqəsi hal-hazıradək icra olunmamış, eyni zamanda rəsmi xəbərdarlıqlara baxmayaraq Borclu icra məmurunun çağırışlarına gəlməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən «Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir.» Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri, bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, içtimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun: 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbirləri tətbiq edilir. 84.3-cü maddəsinə əsasən bu Qanun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərarın sürətini aldıqdan sonra 10 gün müddətinə müvafiq məhkəməyə şikayət verə bilər. Sadalanan qanunvericiliyin tələbinə görə məhkəmə hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə təqdimat təmin edilməli, borclu Həsənov X1 rayon İcra və Probasiya şöbəsinə məcburi gətirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və «İcra Haqqında» Azərbaycan Respublikası Qanunun 84-cü maddəsini, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqdimat təmin edilsin. Sabirabad rayonu, Əsgərbəyli kəndinə qeydiyyatda olan Həsənov X1 rayon İcra və Probasiya şöbəsinə məcburi gətirilsin. Qərarın icrası Sabirabad rayon Polis şöbəsinə həvalə edilsin. Qərardaddan 10 gün müddətinə Sabirabad Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №8(056)-64/2023
Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №8(056)-64/2023
14.03.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver