Məhkəmə qərarları › İş №8(056)-73/2024

Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №8(056)-73/2024

03.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 8(056)-73/2024 03.05.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Mən, Sabirabad Rayon Məhkəməsinin hakimi X1, Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi, Sabirabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 iştirakı ilə, xx.xx.2014-cü il tarixli 2(056)-232/2014 saylı Sabirabad Rayon Məhkəməsinin icra vərəqəsənin yenidən icraya yönəldilməsi barədə tələbkar "xxxx"dan daxil olmuş ərizəyə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Tələbkar "xxxx" ərizə ilə məhkəməyə müraciət edərək Sabirabad Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(056)-232/2014 saylı qətnaməsinin yenidən icraya yönəldilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələbkər ərizəsini onunla əsaslandırmışdır ki, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(056)-232/2014 saylı qətnaməsinə əsasən Borclu ümumilikdə 1007,80 manat tutularaq iddiaçı "xxxx"ya ödənilməsi qət edilmişdir. Verilən şifahi məlumata görə Sabirabad rayon İcra və Probasiya şöbəsi həmin icra sənədini qərar qəbul edərək icra olunmadan Sabirabad Rayon Məhkəməsinə geri qaytarmışdır. Lakin Sabirabad rayon İcra və Probasiya şöbəsinin icra məmuru borclunun rəsmi iş yeri olduğu halları araşdırılmamış, həmçinin icra sənədi icra olunmdan məhkəmyə qaytarılması barədə qərar qəbul etmiş və həmin qərar qəbul etmiş və həmin qərarın surətini qanunvericiliklə müəyyən edilmiş qaydada tərəflərə , tələbkar "xxxx" Şirkəti ASCyə rəsmi qaydada təqdim etməmişdir. Onlarda olan şifahi məlumata görə Borclu rəsmi iş yeri mövcuddur. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, ərizə vermiş tələbkar və borclu məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən məhkəmə işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş materialları araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsinə əsasən borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda, icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə icra sənədi icra sənədini vermiş məhkəməyə və ya digər orqana geri qaytarılır. Həmin Qanunun 23.3-cü maddəsinə əsasən icra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar icra qeydinin icrası üçün yenidən aidiyyəti icra qurumuna müraciət edə bilər. Bu hallarda icra qurumu icra qeydini icraata qəbul etməli və bu Qanunla nəzərdə tutulan tədbirləri görməlidir. Göründüyü kimi Sabirabad Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(056)- 232/2014 saylı icra sənədinin icrasınına mane olan hallar aradan qalxmışdır. Qeyd olunan icra sənədinin icrasını təmin etmək məqsədi icra sənədi yenidən icra olunması üçün müvafiq icra orqanına göndərilməlidir. Şərh edilənlərə əsasən məhkəmə belə hesab edir ki, ərizə təmin edilməli, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(056)-232/2014 saylı icra sənədi yenidən icraya yönəldilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Ərizə təmin edilsin. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(056)-232/2014 saylı icra sənədi yenidən icraya yönəldilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sabirabad Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Füzuli Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar