Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 8(056)-75/2024 02.05.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi ilə, İcra sənədi üzrə tələbkar Ləğv Prosesində olan Tələbkar ASC-nin icra sənədinin yenidən icraya yönəldilməsi barəsində ərizəsinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sabirabad rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(056)-561/2011 saylı icra vərəqəsinə əsasən Sabirabad rayonu Cavad kəndində yaşayan Borclu cəmi 14548,27 manat məbləğində pul vəsainin tutularaq Tələbkar ASC-nə ödənilməsi qərara alınmışdır. Ərizə onunla əsaslandırılmışdır ki, borclu hal-hazıradək üzərində olan öhdəliklərə əməl etməmişdir. İcra sənədinin geri qaytarılmasına əsas olmuş səbəblər isə aradan qalxmışdır. Məhkəmə ərizənin dəlillərini araşdıraraq hesab edir ki, ərizə təmin edilərək, icra sənədi üzrə icraat təzələnməli və icra sənədi yenidən icraya yönəldilməlidir. İş materiallarında olan Sabirabad rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(056)- 561/2011 saylı qətnaməsinə əsasən Sabirabad rayonu Cavad kəndində yaşayan Borclu cəmi 14548,27 manat məbləğində pul vəsainin tutularaq Tələbkar ASC-nə ödənilməsi qət edilmişdir. İş materiallarında olan Sabirabad rayon İcra Bölməsinin icra məmuru İİİ dərəcəli ədliyyə qulluqçusu Vüsal Qasımovun xx.xx.2013-cü il tarixli qərarının surətindən görünür ki, borclu barədə sorğu məlumatlarından borcluya məxsus tələbin yönəldilə biləcəyi hər hansı bir əmlakı, gəlir və pul vəsaiti aşakar edilməmişdir. Sabirabad rayon İcra Bölməsi tərəfindən görülmüş icra tədbirləri nəticə verməmiş və icra sənədində göstərilmiş borc məbləğinin tutularaq tələbkar təşkilata köçürülməsi mümkün olmamışdır. Bu səbəbdən də, icra sənədi “İcra Haqqında” Qanunun 23.1.3-cü maddəsinə əsasən Sabirabad rayon Məhkəməsinə qaytarılmışdır. Məhkəmə ərizənin dəlilləri əsasında “Elektron Məhkəmə” İnformasiya Sistemində yoxlama həyata keçirərkən müəyyən etmişdir ki, Nuriyev X1 Rasif Rasim oğlu tərəfindən aylıq əmək haqqı 650 manat təşkil etməklə maşinist işinə qəbul edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır; 23.1.1-ci maddə tələbkarın ərizəsi əsasında; 23.1.2-ci maddə borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda; 23.1.3-ci maddə borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə; 23.1.4-ci maddə tələbkar icra sənədi icra olunarkən borclunun satılmamış əmlakını özündə saxlamaqdan və ya borcludan alınmış müəyyən əşyaları götürməkdən imtina etdikdə; 23.1.5-ci maddə tələbkar öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olduqda. Həmin Qanunun 23.3-cü maddəsinə əsasən icra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar icra qeydinin icrası üçün yenidən aidiyyəti icra qurumuna müraciət edə bilər. Bu hallarda icra qurumu icra qeydini icraata qəbul etməli və bu Qanunla nəzərdə tutulan tədbirləri görməlidir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, icra sənədinin geri qaytarılması barədə xx.xx.2013-cü il tarixli qərar ləğv edilməli və Sabirabad rayonu Cavad kəndində yaşayan Borclu cəmi 14548,27 manat məbləğində pul vəsainin tutularaq Tələbkar ASC-nə ödənilməsinə dair Sabirabad rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(056)-561/2011 saylı qətnaməsi icrasının təmin edilməsi üçün icra sənədi yenidən icraya yönəldilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 257-258 və 263- 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. Sabirabad rayon İcra Bölməsinin Sabirabad rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(056)-561/2011 saylı icra sənədinin geri qaytarılması barədə xx.xx.2013-cü il tarixli qərarı ləğv edilsin. Sabirabad rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(056)-561/2011 saylı icra sənədi yenidən icraya yönəldilsin. Qərardadın icrası Sabirabad Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardaddan 10 (on) gün ərzində Sabirabad Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №8(056)-75/2024
Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №8(056)-75/2024
02.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver