Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 8(056)-75/2025 03.04.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X9 Bağırovun sədrliyi, Rəşad Akif oğlu Rüstəmovun katibliyi, Borclu iştirakı ilə Sabirabad Rayon Məhkəməsinin 26 dekabr 2019-cu il tarixli 2(056)-1331/2019 saylı qətnaməsinə əsasən müəyyən olunmuş sabit pul məbləğində tutulan alimentin indeksasiya olunmasına dair tələbkar X3 ərizəsinə xx.xx.2025-ci il tarixdə Sabirabad şəhərində, məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 ərizə ilə məhkəməyə müraciət edərək, Sabirabad Rayon Məhkəməsinin 26 dekabr 2019cu il tarixli 2(056)-1331/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği indeksasiya edilməklə Borclu xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2011-ci il təvəllüdlü X7 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.52 misli həddində sabit pul məbləğində alimentin tutularaq ona verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(056)-1331/2019 saylı icra sənədi üzrə 30 iyul 2019-cu il tarixdən hesablanaraq Borclu övladlarımız xx.xx.2010-cu il təvəllüdlü X10 və xx.xx.2011-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay 260 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməlidir. Hazırkı vəziyyətdə ölkədə yaşayış minimumu dəyişməsi, qiymət artımı, uşaqlarının xərclərinin artmasını nəzərə alınmaqla alimentin indeksasiya olunaraq minimum əmək haqqının müəyyən misli həddində sabit pul məbləğində müəyyən edilməsi zərurəti yaranmışdır. Belə ki, azyaşlı uşaqları xx.xx.2010-cu il təvəllüdlü X10 və xx.xx.2011-ci il təvəllüdlü X11 məktəblidirlər və hazırkı şəraitdə onların təhsili, gözlərinin ostiqmatizim diaqnozu ilə müayinə olunmasına və digər xərcləri yetərincə artmışdır. Borclu xeyrinə tutulan alimentlə uşaqların artan maddi tələbat və xərclərini qarşılamaq bir qadın olaraq ona həm maddi, həm də mənəvi cəhətdən çətindir. Bu səbəbdən alimentin 2025-ci il üzrə minimum əmək haqqının müəyyən mislinə uyğun olaraq artırılması zəruridir. Məhkəmə iclasında iştirak edən Borclu ərizəyə etiraz edərək, ərizənin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi verilmiş X2 məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə MPM-nın 232.2-ci maddəsinə əsaslanaraq işə ərizəçinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə borclunun izahatını dinləyib, ərizəni və əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Sabirabad Rayon Məhkəməsinin 26 dekabr 2019-cu il tarixli 2(056)-1331/2019 saylı qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2011-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Borclu hər ay hər uşaq üçün 130 manat, ümumilikdə 260 manat sabit pul məbləğində alimentin müəyyən edilməsi və həmin pul vəsaitinin Borclu hər ay (uşaqlar yetkinlik yaşına çatanadək) tutulub X4 ödənilməsi qət edilmişdir. Belə ki, Mülki-Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin Məcəllənin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8- 2/2016 nömrəli Qərarında dəyişiklik edilmiş və 8.4-2 yarımbənd əlavə edilmişdir. 2019-cu ildə Azərbaycan Respublikasında ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının məbləği 250 manat olmuşdur. Ali Məhkəmə Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli Qərarının 8.4-2 yarımbəndində qeyd edilmişdir ki, Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-nin 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyarı kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirilirdi baxımından (məsələn: 2019-cu ildə qəbul edilmiş qətnamə ilə uşağın saxlanılması üçün 130 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2025-ci ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə 130 manat tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat minimum əmək haqqının (130:250=0.52) 0.52 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.52 misli həddində indeksasiya olunması şəklində göstərməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Sabirabad Rayon Məhkəməsinin 26 dekabr 2019-cu il tarixli 2(056)-1331/2019 saylı qətnaməsinə əsasən xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2011-ci il təvəllüdlü X1 üçün Borclu hər ay hər uşaq üçün tutulan 130 manat cəmi 260 manat alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ayrı-ayrılıqda hər il ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.52 misli həddində indeksasiya olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 232, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. Sabirabad Rayon Məhkəməsinin 26 dekabr 2019-cu il tarixli 2(056)-1331/2019 saylı qətnaməsinə əsasən xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2011-ci il təvəllüdlü X1 üçün Borclu hər ay hər uşaq üçün tutulan 130 manat cəmi 260 manat alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ayrı-ayrılıqda hər il ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.52 misli həddində indeksasiya olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Sabirabad Rayon Məhkəməsinə yazılı şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №8(056)-75/2025
Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №8(056)-75/2025
03.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver