Məhkəmə qərarları › İş №8(056)-79/2023

Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №8(056)-79/2023

20.04.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 8(056)-79/2023 20.04.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi ilə, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(056)-19/2022 saylı qətnaməsi üzrə verilmiş icra sənədinin icrasına möhlət verilməsi barədə X3 ərizəsinə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sabirabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(056)-19/2022 saylı qətnaməsi ilə Sabirabad RAİK-nın xx.xx.1998-ci il tarixli, 6-1/2 saylı qərarı ilə JN-360A seriyalı, KOD nömrəsi 90903018 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında İddiaçı və cavabdehlər X4, X9 və X10 mülkiyyətinə verilmiş Sabirabad rayonu Şəhriyar kəndi ərazisində yerləşən 0,50 ha həyətyanı torpaq sahəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/3449 nömrəli ekspert rəyinə uyğun olaraq həmin torpaq sahəsindəki yaşayış evi və digər tikililər nəzərə alınmamaq şərti ilə ¼ hissəyə bölünərək əsas yola ayrıca çıxış verilməklə 0,125 ha hissəsi ayrılaraq İddiaçı mükiyyətinə verilməsi, İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/3449 nömrəli ekspert rəyinə uyğun olaraq mülkiyyətinə verilən 0,125 ha hissəyə cavabdehlər X4, X9 və X10 istifadəsi dayandırılması, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının 50 AZN məbləğində pul cavabdehlər X2, X6 və X7 tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına Büdcə təsnifatının kodu 3, SAP (XİİS) hesabı, Adı: Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********, hesab AZ34CTRE********************) köçürülməsi, qətnamənin Sabirabad rayonu Şəhriyar kəndində yerləşən 0,50 ha olan ümumi torpaq sahəsinin İddiaçı mülkiyyətinə ayrılmış 0,125 ha hissəyə dair mülkiyyət hüquqlarının reyestrdə qeydiyyata alınaraq Çıxarışın verilməsi üçün əsas olması qət edilmişdir. X8 qeyd olunan qətnamənin icrasına möhlət verilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ərizəsini onunla əsaslandırmışlar ki, o, qətnamənin icrasından yayınmır. Sadəcə olaraq hazırki vəziyyətində yəni həmin torpaq sahəsində əkdiyi mövsümi əkinini götürənədək qətnamənin icrasına möhlət verilməsi onun üçün zəruridir. X1 məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilsə də, məhkəmə iclasında iştirak etməmiş, səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 231-ci maddəsinə əsaslanaraq ərizəyə ərizəçinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri araşdırıb, ərizənin əsassız olduğu üçün rədd edilməsi barədə nəticəyə gəlir. Belə ki, iş materiallarında olan Sabirabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(056)-19/2022 saylı qətnaməsindən görünür ki, Sabirabad RAİK-nın xx.xx.1998-ci il tarixli, 6-1/2 saylı qərarı ilə JN-360A seriyalı, KOD nömrəsi 90903018 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında İddiaçı və cavabdehlər X4, X9 və X10 mülkiyyətinə verilmiş Sabirabad rayonu Şəhriyar kəndi ərazisində yerləşən 0,50 ha həyətyanı torpaq sahəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/3449 nömrəli ekspert rəyinə uyğun olaraq həmin torpaq sahəsindəki yaşayış evi və digər tikililər nəzərə alınmamaq şərti ilə ¼ hissəyə bölünərək əsas yola ayrıca çıxış verilməklə 0,125 ha hissəsi ayrılaraq İddiaçı mükiyyətinə verilməsi, İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/3449 nömrəli ekspert rəyinə uyğun olaraq mülkiyyətinə verilən 0,125 ha hissəyə cavabdehlər X4, X9 və X10 istifadəsi dayandırılması, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının 50 AZN məbləğində pul cavabdehlər X2, X6 və X7 tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına Büdcə təsnifatının kodu 3, SAP (XİİS) hesabı, Adı: Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********, hesab AZ34CTRE********************) köçürülməsi, qətnamənin Sabirabad rayonu Şəhriyar kəndində yerləşən 0,50 ha olan ümumi torpaq sahəsinin İddiaçı mülkiyyətinə ayrılmış 0,125 ha hissəyə dair mülkiyyət hüquqlarının reyestrdə qeydiyyata alınaraq Çıxarışın verilməsi üçün əsas olması qət edilmişdir. Məhkəmə ərizəçinin məhkəmə qətnaməsinin icrasına möhlət verilməsi ilə bağlı gətirdiyi dəlilləri əsassız sayır və hesab edir ki, X5 ərizədə göstərdiyi hallar hazırkı iş üzrə qüvvədə olan qətnamənin icrası üçün mane olan hal kimi qiymətləndirilə bilməz. Məhkəmə qeyd edir ki, məhkəmə aktlarının icrası tədbirləri ağlabatan müddətlərdə həyata keçirilməlidir. İş materiallarından isə görünür ki, istinad edilən qətnamənin qəbul edildiyi tarixdən artıq 1 ilə yaxın müddət keçmişdir. Bundan əlavə, ərizəçi ərizəsinə möhlət verilmənin əsası kimi istinad etdiyi halla bağlı hər hansı təsdiqedici sübutu əlavə etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Qeyd edilənlər əsasında məhkəmə hesab edir ki, qanuni qüvvəsini almış Sabirabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(056)-19/2022 saylı qətnaməsinin icrasına möhlət verilməsinə dair hər hansı əsasların olmadığı səbəbindən ərizə təmin edilməməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 266-268 maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Sabirabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(056)-19/2022 saylı qətnaməsinin icrasına möhlət verilməsinə dair X5 ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada əldə edildikdən sonra 10 gün müddətində Sabirabad Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar