Məhkəmə qərarları › İş №8(056)-79/2024

Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №8(056)-79/2024

07.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 8(056)-79/2024 07.05.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi ilə, Sabirabad rayon İcra və Probasiya şöbəsinin nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması barədə təqdimatına Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Sabirabad rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 təqdimatla məhkəməyə müraciət edərək, Borclu Papirağa oğlunun adına olan «Mercedes Benz C230 minik» markalı ** HX *** və “Ford Transit” markalı, **-EJ-*** dövlət nömrə nişanlı nəqliyyat vasitələrinin üzərinə həbs qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırmışdır ki, Sabirabad Rayon Məhkəməsinin 2(056)-1207/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu Papirağa oğlundan cəmi 5476,32 manat məbləğində pul vəsaiti tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Borclu Papirağa oğlu tələbin könüllü icrası üçün verilmiş vaxt ərzində borcunu ödəməmiş və icra sənədinin icraata daxil olduğu vaxtdan uzun müddət keçməsinə baxmayaraq borcun ödənilməsi üçün heç bir cəhd göstərməmişdir. Borclunun əmlak vəziyyətinin müəyyən edilməsi üçün müvafiq sorğular verilmiş və iş üzrə Sabirabad rayon İcra və Probasiya Şöbəsinin “Elektron İcra Xidməti" portalından çıxarışına əsasən Borclu Papirağa oğlunun adına «Mercedes Benz C230 minik» markalı ** HX *** və “Ford Transit” markalı, **-EJ-*** dövlət nömrə nişanlı nəqliyyat vasitələrinin qeydə alınması müəyyən edilmişdir. İcra sənədinin icrasının təmin edilməsi məqsədi ilə tələbin Borclu Papirağa oğluna məxsus «Mercedes Benz C230 minik» markalı ** HX *** və “Ford Transit” markalı, **-EJ-*** dövlət nömrə nişanlı nəqliyyat vasitələrinə yönəldilməsi barədə məhkəməyə təqdimat verilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, təqdimat vermiş şəxs X1 və Borclu Papirağa oğlu məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Təqdimata əlavə edilmiş: Sabirabad Rayon Məhkəməsinin 2(056)-1207/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, Borclu Papirağa oğlundan cəmi 5476,32 manat məbləğində pul vəsaiti tutularaq "xxxx" MMC-yə ödənilməlidir. xx.xx.2024-cü il tarixli «İcraata başlamaq haqqında qərar»dan görünür ki, Sabirabad Rayon Məhkəməsinin 2(056)-1207/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının icraatına başlanılmış və Borclu Papirağa oğluna icra vərəqəsinin könüllü qaydada icra olunması üçün 10 (on) gün müddətinə vaxt verilmişdir. “Elekton İcra Xidməti" portalının “avtomobil nəqliyyat məlumatları" bölməsinin məlumatına əsasən Borclu Papirağa oğlunun adına «Mercedes Benz C230 minik» markalı ** HX *** və “Ford Transit” markalı, **-EJ-*** dövlət nömrə nişanlı nəqliyyat vasitələri qeydə alınmışdır. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə təqdimat təmin edilməli, Borclu Papirağa oğluna məxsus «Mercedes Benz C230 minik» markalı ** HX *** və “Ford Transit” markalı, **-EJ-*** dövlət nömrə nişanlı nəqliyyat vasitələrinin üzərinə həbs qoyulmalıdır. Belə ki, «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun: 43.1 və 43.1.1-ci maddələrinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiridir. 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlamaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönədilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönədilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Göstərilənlərə əsasən və «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 43,45 və 50-ci maddələrini, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqdimat təmin edilsin. Sabirabad rayonunun Sarxanbəyli kəndində qeydiyyatda olan Borclu Papirağa oğluna məxsus «Mercedes Benz C230 minik» markalı ** HX *** və “Ford Transit” markalı, **-EJ-*** dövlət nömrə nişanlı nəqliyyat vasitələrinin üzərinə həbs qoyulsun. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar