Məhkəmə qərarları › İş №8(056)-92/2025

Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №8(056)-92/2025

28.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 8(056)-92/2025 28.04.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 katibliyi ilə, Sabirabad rayon İcra və Probasiya Şöbəsinin “İcra xitam verilməsi barədə” xx.xx.2024-cü il tarixli qərarından tələbkar “X2 Azərbaycan” QSC-nin nümayəndəsi "xxxx" MMC tərəfindən verilmiş şikayətə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sabirabad rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən Sabirabad Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(056)-1894/2017 saylı icra vərəqəsi üzrə icraata “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 20.1.5-ci maddəsinə əsasən xitam verilməsi qərara alınmışdır. Sabirabad rayon İcra və Probasiya Şöbəsinin “İcra xitam verilməsi barədə” xx.xx.2024-cü il tarixli qərarından tələbkar “X2 Azərbaycan” QSC-nin nümayəndəsi "xxxx" MMC şikayət verərək qərarın ləğv olunmasını və icra sənədinin yenidən Sabirabad rayon İcra və Probasiya Şöbəsinə yönəldilməsini xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, qeyd edilən icra sənədi əsasında Borclu tələbkar “X2 Azərbaycan” QSC-yə 522,37 manat məbləğində qlıq borcu vardır. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış icra sənədi üzrə tələbkar, borclu və icra məmuru məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə həmin şəxslərin iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab etmişdir. İcra sənədi şifahi qaydada Sabirabad rayon İcra və Probasiya Şöbəsindən tələb edilərkən Sabirabad rayon İcra və Probasiya Şöbəsindən verilən şifahi məlumata əsasən məlum olmuşdur ki, icra sənədi həqiqətən tam icra olunmamış, icra məmuru səhvən elektron sistemdə nəticə olaraq icraata xitam verilməsi barədə nəticəni imzalamışdır. Belə olan halda məhkəmə hesab edir ki, şikayət əsaslı olduğu üçün təmin edilməli və Sabirabad rayon İcra və Probasiya Şöbəsinin “İcra xitam verilməsi barədə” xx.xx.2024-cü ilı tarixli qərarı ləğv olunmalı və icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməli olması icra məmurunun diqqətinə çatdırılmalıdır. Belə ki, “İcra haqqında” Qanunun 20.5-ci maddəsinə sasən, tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. Həmin Qanunun 20.6-cı maddəsinə əsasən, icraata xitam verilməsi barədə icra məmurunun qərarı məhkəmə tərəfindən ləğv edildikdə icra tədbirləri davam etdirilir. Bu zaman icra sənədinin icra müddəti icraata başlamaq haqqında qərarın qəbul edildiyi vaxtdan hesablanır. Göstərilənlərə əsasən və “İcra haqqında” Qanunun 20.5 və 20.6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Sabirabad rayon İcra və Probasiya Şöbəsinin “İcra xitam verilməsi barədə” xx.xx.2024-cü il tarixli qərarı ləğv olunsun və icra tədbirləri davam etdirilsin. Qərardaddan əldə edildiyi gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar