Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 8(056)-94/2023 05.05.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi ilə, Sabirabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 “İcra sənədinin qaytarılması barədə” xx.xx.2021-ci il tarixli Qərarından iş üzrə Tələbkar şikayətinə Sabirabad rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sabirabad Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(056)-154/2017 saylı icra vərəqəsinə əsasən borclu X2 cəmi 12890 manat məbləğində pul alınaraq Tələbkar verilməlidir. Sabirabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 “İcra sənədinin qaytarılması barədə” qərar qəbul etmiş və Tələbkar həmin qərardan Sabirabad Rayon Məhkəməsinə şikayət vermişdir. Tələbkar şikayətini onunla əsaslandırmışdır ki, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(056)-154/2017 saylı icra vərəqəsinə əsasən borclu X2 cəmi 12890 manat məbləğində pul alınaraq ona verilməlidir. Sabirabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 “İcra sənədinin qaytarılması barədə” qərar qəbul etmişdir. Həmin qərarı qanunsuz və əsassız hesab edir. Belə ki, həmin icra vərəqinə əsasən ona heç bir ödəniş edilməmişdir. Borclu X5 icra sənədini keçən 6 il ərzində icra etməmiş, bu səbəbdən o, məhkəmə qərarlarına əsasən inzibati və cinayət məsuliyyətinə cəlb edilmişdir. Lakin borc yenə də ödənilməmiş qalmışdır. Borclunun inzibati və cinayət məsuliyyətinə cəlb edilməsi onu qətnaməni icra etməkdən azad etmir. Ona görə də Sabirabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 “İcra sənədinin qaytarılması barədə” qərarının ləğv edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmiş Sabirabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 və şikayətçi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə şikayətə Sabirabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 və şikayətçinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan Sabirabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 tərəfindən qəbul edilmiş “İcra sənədinin qaytarılması barədə” qərardan görünür ki, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(056)-154/2017 saylı icra vərəqəsi geri qaytarılmışdır. «İcra haqqında» Qanunun 84.1-ci maddəsinə əsasən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasına maneçilik törətmə halları istisna olmaqla). Həmin Qanunun 84.4-cü maddəsinə əsasən icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməyən və ya onların yerinə yetirilməsinə mane olan və yaxud başqa şəkildə məhkəmə qərarlarının icrası haqqında qanunvericiliyi pozan təqsirkar şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada cinayət məsuliyyətinə cəlb edilməsi barədə icra məmuru müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana (bu Qanunun 84-2.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla), icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. Həmin Qanunun 70.4-cü maddəsinə əsasən icra sənədinin icrası mümkün olmadıqda, icra məmuru icra sənədinin məhkəməyə və ya icra sənədini vermiş digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması haqqında qərar qəbul edir. İş materiallarında olan “İcra sənədinin qaytarılması barədə” qərarla müəyyən edilmişdir ki, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(056)-154/2017 saylı icra vərəqəsinə əsasən borclu X3 məxsus tələbin yönələ biləcəyi hər hansı bir əmlak müəyyən edilməmiş, barəsində inzibati protokol tərtib edilərək məhkəmə qərarı ilə inzibati həbs olunmuş, bundan sonra cinayət məsuliyyətinə cəlb edilməsi üçün aidiyyəti orqana təqdimat verilmiş, borclu X5 Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmişdir. Bütün bu tədbirlərdən sonra Sabirabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 “İcra sənədinin qaytarılması barədə” qərar qəbul etmişdir. Buradan da göründüyü kimi Sabirabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 “İcra sənədinin qaytarılması barədə” qərarının ləğv edilməsi üçün heç bir əsas yoxdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, Sabirabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 “İcra sənədinin qaytarılması barədə” qərarından iş üzrə Tələbkar verdiyi şikayət təmin edilməməlidir. İş üzrə Tələbkar həmçinin izah edilməlidir ki, borclu X3 məxsus tələbin yönələ biləcəyi hər hansı bir əmlakın və digər gəlirlərinin olmasını müəyyən etdikdə icra vərəqəsinin yenidən icraya yönəldilməsi barədə məhkəməyə müraciət edə bilər. Belə ki, «İcra haqqında» Qanunun 23.3-cü maddəsinə əsasən icra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Həmin Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar icra qeydinin icrası üçün yenidən aidiyyəti icra qurumuna müraciət edə bilər. Bu hallarda icra qurumu icra qeydini icraata qəbul etməli və bu Qanunla nəzərdə tutulan tədbirləri görməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər turaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Sabirabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 “İcra sənədinin qaytarılması barədə” Qərarından icra sənədi üzrə Tələbkar tərəfindən verilmiş şikayət təmin edilməsin. İcra sənədi üzrə Tələbkar izah edilsin ki, borclu X3 məxsus tələbin yönələ biləcəyi hər hansı bir əmlakın və digər gəlirlərinin olmasını müəyyən etdikdə icra vərəqəsinin yenidən icraya yönəldilməsi barədə məhkəməyə müraciət edə bilər. Qərardaddan 10 gün müddətində Sabirabad rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №8(056)-94/2023
Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №8(056)-94/2023
05.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver