Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 8(057)-1/2023 19.01.2023 SALYAN RAYON MƏHKƏMƏSİ X12 Yaqub oğlunun sədrliyi X6 oğlunun katibliyi ilə, Salyan rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X2 iştirakı ilə, Borclunun əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi haqqında Salyan rayon İcra və Probasiya Şöbəsinin təqdimatına Salyan rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Salyan rayon İcra və Probasiya Şöbəsi təqdimatla müraciət edərək Salyan rayon Məhkəməsinin 8(057)-24/2021 saylı 11 fevral 2021-ci il tarixli qərardadına əsasən borclu "xxxx" firmasına məxsus **-AC-*** dövlət qeydiyyat nişanlı MAZ-5549 markalı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqdimatdan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Salyan rayon İcra və Probasiya şöbəsinin icraatında olan Şirvan Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(106)-128/2020 saylı xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən "xxxx" firmasının 09 sentyabr 1996-cı il tarixli Nizamnaməsi və Təsis Müqaviləsində göstərilən, Nizamnamə fonduna daxil olan əmlak və avadanlıqların ümumi dəyəri olan 264.000 (ikin yüz altmış dörd min) manatın 10 faizi məbləğində, yəni mərhum Şahin Abbasovun payının dəyəri olan 26.400 (iyirmi altı min dörd yüz) manatın hər birinə ayrı-ayrılıqda 5280(beş min iki yüz səksən) manat olmaqla Tələbkar1, Tələbkar2, Tələbkar3, Tələbkar4 və X3 ödənilməklə X1 10 noyabr 2010-cu il tarixdən Borclundakı təsisçiliyinə xitam verilməsi qərara alınmışdır. İş üzrə icraata başlanılmış və tələbin icra olunması üçün borclu "xxxx" firmasına rəsmi bildiriş göndərilmişdir. Lakin, borclu "xxxx" firması icra vərəqəsində göstərilən borcundan heç bir hissəsini ödəmədiyi üçün Salyan rayon Məhkəməsinin 8(057)-24/2021 saylı 11 fevral 2021-ci il tarixli qərardadına əsasən borclu "xxxx" firmasına məxsus **-AC-*** dövlət qeydiyyat nişanlı MAZ-5549 markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı VAZ-21214 markalı nəqliyyat vasitələri, dəmirdən 8 tonluq benzin çəni, dəmirdən voqanetka (təkər üstündə)nın üzərinə həbs qoyulmuşdur. İcra tədbirləri zamanı iş üzrə tələbkarlar Tələbkar1, Tələbkar2, Tələbkar3 və Tələbkar4 08 yanvar 2023-cü il tarixli ərizə ilə şöbəyə müraciət edərək iş üzrə borclu "xxxx" firmasının direktoru X4 ilə razılığa gəldikləri üçün Salyan rayon Məhkəməsinin 8(057)-24/2021 saylı 11 fevral 2021-ci il tarixli qərardadına əsasən borclu "xxxx" firmasına məxsus **-AC-*** dövlət qeydiyyat nişanlı MAZ-5549 markalı nəqliyyat vasitəsinin üzərindən həbsin götürülməsini xahiş etmişlər. Göstərilənlərə əsasən borclu "xxxx" firmasına məxsus **-AC-*** dövlət qeydiyyat nişanlı MAZ-5549 markalı nəqliyyat vasitəsinin üzərindən həbs götürülməsi məsələsinə baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında Salyan rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X5 təqdimatın məzmununa uyğun izahat verərək təqdimatın təmin olunmasını xahiş etmişdir. Borclu "xxxx" firmasının direktoru Nazim Həsənzadə məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının MPM-in 231.2-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşin materiallarını nəzərdən keçirib, məhkəmə hesab edir ki, təqdimat aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan Salyan rayon məhkəməsinin 11 fevral 2021-ci il tarixli 8(057)- 24/2021 saylı qərardadının surətindən görünür ki, borclu "xxxx" firmasına məxsus **-AC- *** dövlət qeydiyyat nişanlı MAZ-5549 markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı VAZ- 21214 markalı nəqliyyat vasitələrinin, dəmirdən 8 tonluq benzin çəninin, dəmirdən voqanetka (təkər üstündə)-nın üzərinə həbs qoyulmuşdur. Təqdimata əlavə edilmiş tələbkarlar Tələbkar1 oğlu, Tələbkar2, Tələbkar3, Tələbkar4 notarial qaydada təsdiq olunmuş ərizələrindən görünür ki, borclu "xxxx" Firmasının direktoru X4 ilə bu günə kimi ödənilməmiş 15000 manat pulun 03 ay müddətində tam qaydada ödənilməsi barədə razılığa gəlmişlər. Ona görə də, Salyan rayon məhkəməsinin 8(057)-24/2021 saylı, 11 fevral 2021-ci il tarixli qərardadına əsasən üzərinə həbs qoyulmuş "xxxx" firmasına məxsus **-AC-*** dövlət qeydiyyat nişanlı MAZ-5549 markalı nəqliyyat vasitəsinin üzərindən həbsin götürülməsini və müvafiq icra vərəqəsi üzrə icraatın 03 ay müddətində dayandırılmasını xahiş etmişlər. Təqdimata əlavə edilmiş tələbkar X8 İcra və probasiya Şöbəsinə ünvanladığı ərizəsindən görünür ki, Şirvan Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(106)-128/2020 saylı xx.xx.2020-ci il tarixli icra vərəqəsi üzrə ona aid olan hissədə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, Salyan rayon Məhkəməsinin 8(057)-24/2021 saylı 11 fevral 2021-ci il tarixli qərardadı ilə üzərinə həbs qoyulmuş, borclu "xxxx" firmasına məxsus **- AC-*** dövlət qeydiyyat nişanlı MAZ-5549 markalı nəqliyyat vasitəsinin həbsdə saxlanması zərurəti aradan qalxdığından həmin həbs götürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 231, 261, 263, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Təqdimat təmin edilsin. Salyan rayon Məhkəməsinin 8(057)-24/2021 saylı 11 fevral 2021-ci il tarixli qərardadına əsasən borclu "xxxx" firmasına məxsus **-AC-*** dövlət qeydiyyat nişanlı MAZ-5549 markalı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Salyan rayon məhkəməsinə şikayət vermək olar. Hakim: Adil Vəliyev
Məhkəmə qərarları › İş №8(057)-1/2023
Salyan Rayon Məhkəməsi Qərardad — İş №8(057)-1/2023
19.01.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver