Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 8(057)-11/2024 22.01.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X3 qızının katibliyi ilə, Salyan rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Əliyev Vüqar Bəxtiyar oğlunun, Borclu iştirakları ilə Salyan Rayon Məhkəməsinin 2(057)-765/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu əmlakı üzərinə həbs qoyulmasına dair Salyan rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1 tərəfindən verilmiş təqdimata məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Salyan rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1 təqdimatla məhkəməyə müraciət edərək, Borclu əmlakı üzərinə həbs qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Salyan Rayon Məhkəməsinin 2(057)- 765/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə cavabdeh Borclu 1700 manat pulun və 18,70 manat dövlət rüsumunun tutularaq Tələbkar ödənilməsi qərara alınmışdır. İcra sənədi üzrə Borclu cəmi: 1718,70 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədlərinin icraatına başlanılması barədə xx.xx.2023-cü il tarixdə qərar qəbul edilmiş və qərarın surəti könüllü icra müddəti ərzində icra olunması üçün Borclu göndərilmişdir. Lakin borclu müəyyən edilmiş müddətdə icra sənədinin könüllü qaydada icrasını təmin etməmişdir. “İcra Haqqınada” Qanunun 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiri hesab edilir. Həmin Qanunun 44.1.3-cü maddəsinə əsasən könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiq edilməsi üçün əsasdır. Sabirabad rayon İcra və Probasiya Şöbəsinin "Elektron İcra Xidməti" portalının ” borclu barədə sorğu məlumatından bəlli olmuşdur ki, Borclu məxsus “Opel Vectra” minik markalı **-MB-*** və “Toyota Corolla” minik markalı **-FD-*** dövlət qeydiyyatlı nişanlı nəqliyyat vasitələri qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Hesab edir ki, icra sənədinin məcburi icrasını təmin etmək məqsədi ilə Borclu məxsus olan nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmalıdır. Göstərilənləri nəzərə alaraq, “İcra Haqqında” Qanunun 45.6 və 50.2-ci maddələrini rəhbər tutaraq, borclu Salyan rayon Xalac kəndində qeydiyyatda olan Borclu məxsus “Opel Vectra” minik markalı **-MB-*** və “Toyota Corolla” minik markalı **-FD-*** dövlət qeydiyyatlı nişanlı nəqliyyat vasitələrinin üzərinə tələb həcmində həbs qoyulması və həmin avtonəqliyyat vasitəsinin DYP-nin mühafizə olunan dayanacağına yerləşdirilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən icra məmuru X2 təqdimatı müdafiə edərək, təqdimatın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Borclu bildirmişdir ki, “Opel Vectra” minik markalı **-MB-*** dövlət qeydiyyatlı nişanlı nəqliyyat vasitəsini idarə edir. Yol patrul xidmətinin əməkdaşı ona bildirmişdir ki, avtomobilin üzərinə həbs qoyulmuşdur. Borcundan heç bir ödəniş etməmişdir. Avtomobilini sataraq borcunu ödəmək istəyir. Tələbkarın da ona borcu var. Təqdimatın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Tələbkar məhkəmə iclasına gəlməmişdir. Tələbkarın məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə icra məmuru və borclunun izahatlarını, təqdimatı və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, təqdimat təmin edilməlidir. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin 2(057)-765/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Borclu 1700 manat pul və 18.70 manat dövlət rüsumunun tutularaq iddiaçı Tələbkar ödənilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, icra sənədi üzrə icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilərək rəsmi qaydada tələbin könüllü icra olunması barədə bildirişlə birlikdə borcluya xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir. İş materiallarında olan “Elektron İcra” İnformasiya sistemindən əldə olunmuş sorğu məlumatı vərəqəsindən görünür ki, borclu oğluna Borclu məxsus “Opel Vectra” minik markalı **-MB-*** və “Toyota Corolla” minik markalı **-FD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri vardır. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə əsasən “İcra haqqında” Qanuna görə tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar məhkəmə icraçılarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 45.2-45.3, 45.5-45.6-cı maddəsinə əsasən icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Tələb, borclunun əmlakına, o cümlədən nağd yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. Həmin Qanunun 50.1-ci maddəsinə əsasən, icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 (bir) ay müddətində, zəruri hallarda isə, qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyula bilər. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən, borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən “hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, onun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Hüquqi cəhətdən dəyərləndirilməsi vacib olan məsələlərdən biri də qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra olunmamasıdır. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası “məhkəmə baxışının tərkib hissəsi” kimi qiymətləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Homsbi Yunanıstana qarşı” işdə (19 mart 1997-ci il) qeyd etmişdir ki, iştirakçı dövlətlərin məhkəmə sistemi məhkəmənin məcburi və yekun qərarının icra olunmamasını və beləliklə tərəflərin birinin maraqlarına zərər vurulmasına imkan verirsə, deməli Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan "məhkəmə baxışına hüquq" xəyali xarakter alacaqdır. Məhkəmə hesab edir ki, borclu icra sənədinin icrası qaydasında ödəməli olduğu pulu ödəmədiyindən Salyan Rayon Məhkəməsinin 2(057)-765/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin təmini ilə bağlı borclunun avtomobillərinin üzərinə həbsin qoyulması məqsədəmüvafiqdir. Belə ki, borclu tərəfindən borc ödənilmədiyi təqdirdə tələbkarın maraqları pozulur ki, bu da yolverilməzdir. Beləliklə, məhkəmə hesab edir ki, borclu tərəfindən icra sənədində göstərilən pul vəsaiti ödənilmədiyindən, bununla da, icra sənədinin icrası mümkün olmadığından, icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus olan “Opel Vectra” minik markalı **-MB-*** və “Toyota Corolla” minik markalı **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 266 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Salyan Rayon Məhkəməsinin 2(057)-765/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsi üzrə Borclu məxsus “Opel Vectra” minik markalı **-MB-*** və “Toyota Corolla” minik markalı **-FD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin üzərinə həbs qoyulsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №8(057)-11/2024
Salyan Rayon Məhkəməsi Qərardad — İş №8(057)-11/2024
22.01.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver