Məhkəmə qərarları › İş №8(057)-111/2023

Salyan Rayon Məhkəməsi Qərardad — İş №8(057)-111/2023

12.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 8(057)-111/2023 12.10.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi ilə Salyan rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X1 Borclu məxsus «Vaz 2107» minik markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması barədə təqdimatına Salyan Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Salyan rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 Borclu məxsus «Vaz 2107» minik markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Salyan Rayon Məhkəməsinin 2(057)- 190/2022 nömrəli, xx.xx.2022-ci il tarixli İcra sənədi üzrə Borclu 1272,07 manat pul alınaraq Tələbkar QSC-nə ödənilməlidir. Məlum edirəm ki, Borclu məxsus **-BB-*** qeydiyyat nişanlı “Vaz 2107” minik markalı avtomobilin olması aşkar edilmişdir. İcra sənədlərinin icraatına başlanılması barədə xx.xx.2022-ci il tarixdə qərar qəbul edilmiş və qərarın sürəti könüllü icra müddəti ərzində icra olunması üçün Borclu göndərilmişdir.Lakin, borclu müəyyən edilmiş müddətdə icra sənədinin könüllü qaydada icrasını təmin etməmişdir. “İcra Haqqında” Qanunun 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlilməsi məcburi icra tədbiri hesab edilir. Həmin Qanunun 44.1.3-cü maddəsinə əsasən könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirinin tətbiq edilməsi üçün əsasdır. Salyan rayon İcra və Probasiya Şöbəsinin “Elektron İcra Xidməti” portalının borclu barədə sorğu məlumatından bəlli olmuşdur ki , Borclu məxsus **-BB-*** qeydiyyat nişanlı “Vaz 2107” minik markalı nəqliyyat vasitəsi qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onun icrası məcburidir. Hesab edirəm ki, icra sənədinin məcburi icrasını təmin etmək məqsədi ilə Borclu məxsus olan nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmalıdır. Göstərilənləri nəzərə alaraq, “İcra Haqqında” Qanunun 45.6 və 50.2-ci maddələrini rəhbər tutaraq, borclu Salyan şəhəri, Ə.Qasımzadə küç, ev 89 qeydiyyatında olan Borclu məxsus **-BB-*** qeydiyyat nişanlı “Vaz 2107” minik markalı nəqliyyat vasitəsinin üzərinə tələb həcmində həbs qoyulması və həmin avtonəqliyyat vasitəsinin DYP-nin mühafizə olunan dayanacağına yerləşdirilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə icra məmuru, tələbkar və borcluya bildiriş göndərilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və sübutları araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarında olan Salyan Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 2(057)-190/2022 saylı icra vərəqəsinə əsasən Borclu 1154,55 manat məbləğində pulun və dövlət rüsumunun əvəzində verilmiş 25,63 manat alınaraq Tələbkar QSC-nı verilməsi qərara alınmışdır. İş materiallarında olan «Elektron icra» İnformasiya sistemindən əldə olunmuş sorğu məlumatı vərəqəsindən görünür ki, Borclu məxsus «Vaz 2107» minik markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi vardır. “İcra haqqında” AR Qanununun 50.2-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq, məhkəmə icraçısının əsaslandırılmış təqdimatına əsasən məhkəmə qərardadı ilə qoyulur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 267-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Salyan rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 təqdimatı təmin olunsun. Salyan Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 2(057)-190/2022 saylı icra vərəqəsi üzrə Borclu məxsus «Vaz 2107» minik markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulsun. Qərardad tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsinə şikayət verilə bilər. SƏDRLİK EDƏN HAKİM AĞARZA SƏMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar