Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 8(057)-12/2023 10.02.2023 SALYAN RAYON MƏHKƏMƏSİ X2 Yaqub oğlunun sədrliyi X1 oğlunun katibliyi ilə Salyan rayon İcra və Probasiya Şöbəsinin Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatına Salyan rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Salyan rayon İcra və Probasiya Şöbəsi təqdimatla məhkəməyə müraciət edərək Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqdimatdan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Salyan rayon Məhkəməsinin 2(057)-164/2017 saylı 20 fevral 2017-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh Borclu və qeyrilərindən müştərək qaydada cəmi 16.905,45 ABŞ dolları məbləğində borcun ödəniş gününə olan məzənnə üzrə manatla və iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumundan 25 manat pulun müştərək qaydada alınıb iddiaçı Tələbkar QSC-nin xeyrinə verilməsi qərara alınmışdır. İş üzrə icraata başlanılmış və tələbin könüllü qaydada icra olunması üçün Borclu rəsmi bildiriş göndərilmişdir. Lakin, Borclu öhdəsində olan borcunu tam qaydada Tələbkar QSC-nin xeyrinə ödəməmişdir. Məcburi icra tədbirlərinə başlanılmış və Borclu məxsus əmlak və gəlirlərin müəyyən olunması üçün “Elektron icra informasiya sistemi”nə sorğu göndərilmişdir. Lakin, Borclu məxsus üzərinə həbs qoyulası hər hansı əmlak və gəlir növü aşkar olunmamışdır. Bundan sonra da Borclu öhdəsində qalan borcunu Tələbkar QSC-nin xeyrinə ödəməmişdir. Borclu icra sənədini icra etməkdən yayınmaq məqsədi olduğu və Azərbaycan Respublikasının sərhədlərindən xaricə çıxmaq ehtimalı yaranmışdır. Göstərilənlərə əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.1.1-ci maddəsini rəhbər tutaraq Borclu ölkədən getmək hüqququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə baxılması xahiş edilmişdir. Salyan rayon İcra və Probasiya Şöbəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq həmin şöbənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və həmin şöbənin rəisi Şirin Bayramov məhkəməyə ərizə göndərərək Şöbənin icraatında olan işlərin çoxluğu ilə əlaqədar məhkəmə baxışında icra məmurunun iştirakının təmin edilməsinin mümkün olmadığını göstərmiş, işə icra məmurunun iştirakı olmadan baxılmasını və təqdimatın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Borclu və Tələbkar QSC məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, borclu və tələbkarın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 231.2-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və iş materiallarını nəzərdən keçirib hesab edir ki, təqdimat aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Salyan rayon Məhkəməsinin 2(057)-164/2017 saylı 20 fevral 2017-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh Borclu və qeyrilərindən müştərək qaydada cəmi 16.905,45 ABŞ dolları məbləğində borcun ödəniş gününə olan məzənnə üzrə manatla və iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumundan 25 manat pulun müştərək qaydada alınıb iddiaçı Tələbkar QSC-nin xeyrinə verilməsi qərara alınmışdır. İş materiallarında olan Salyan rayon İcra və Probasiya şöbəsinin xx.xx.2017-ci il tarixli 192088 saylı bildirişindən görünür ki, Borclu tələbin könüllü icrası üçün 10 gün vaxt verilmişdir. İş materiallarında olan Borclu Salyan rayon İcra və Probasiya şöbəsinə verdiyi izahatından görünür ki, o, maddi imkanı olmadığına görə borcunu ödəyə bilmədiyini bildirmişdir. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Həmin Qanunun 84-1.2-ci maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, tələbkara, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir. Beləliklə, məhkəmə hesab edir ki, Borclu icra sənədini vaxtında könüllü olaraq tam icra etmədiyindən həmin icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə onun Azərbaycan Respublikasından getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Təqdimat təmin edilsin. xx.xx.1982-ci ildə anadan olmuş, Salyan şəhəri Y.Xankişiyev küçəsi ev 42-də yaşayan Borclu Azərbaycan Respublikasından getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Salyan rayon məhkəməsinə şikayət vermək olar. Hakim: Adil Vəliyev
Məhkəmə qərarları › İş №8(057)-12/2023
Salyan Rayon Məhkəməsi Qərardad — İş №8(057)-12/2023
10.02.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver