Məhkəmə qərarları › İş №8(057)-123/2023

Salyan Rayon Məhkəməsi Qərardad — İş №8(057)-123/2023

23.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 8(057)-123/2023 23.10.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X6 qızının katibliyi, Salyan rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3, Borclu iştirakları ilə, Salyan Rayon Məhkəməsinin 2(057)-113/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu əmlakı üzərinə həbs qoyulmasına dair Salyan rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5 tərəfindən verilmiş təqdimata məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Salyan rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5 təqdimatla məhkəməyə müraciət edərək, Borclu əmlakı üzərinə həbs qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Salyan Rayon Məhkəməsinin 2(057)- 113/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu cəmi 15040.54 manat pul alınaraq Tələbkar ASC-nə ödənilməlidir. Məlum edir ki, Borclu məxsus **-NN-*** qeydiyyat nişanlı, “X8” markalı avtomobilin olması aşkar edilmişdir. İcra sənədlərinin icraatına başlanılması barədə xx.xx.2022-ci il tarixdə qərar qəbul edilmiş və qərarın surəti könüllü icra müddəti ərzində icra olunması üçün Borclu göndərilmişdir. Lakin borclu müəyyən edilmiş müddətdə icra sənədinin könüllü qaydada icrasını təmin etməmişdir. “İcra Haqqında” Qanunun 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiri hesab edilir. Həmin Qanunun 44.1.3-cü maddəsinə əsasən könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiq edilməsi üçün əsasdır. Salyan rayon İcra və Probasiya şöbəsinin "Elektron İcra Xidməti" portalının borclu barədə sorğu məlumatından bəlli olmuşdur ki, Borclu məxsus **-NN-*** qeydiyyat nişanlı, “X8” markalı nəqliyyat vasitəsi qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Hesab edir ki, icra sənədinin məcburi icrasını təmin etmək məqsədi ilə Borclu məxsus olan nəqliyyat vasitələrinin üzərinə həbs qoyulmalıdır. Göstərilənləri nəzərə alaraq, “İcra Haqqında” Qanunun 45.6 və 50.2-ci maddələrini rəhbər tutaraq, borclu ünvan 1i ünvanında qeydiyyatda olan Borclu məxsus **-NN-*** qeydiyyat nişanlı, “X8” markalı nəqliyyat vasitəsinin üzərinə tələb həcmində həbs qoyulması və həmin avtonəqliyyat vasitəsinin DYP-nin mühafizə olunan dayanacağına yerləşdirilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Salyan rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5 təqdimatın həlli məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Eyni zamanda göstərmişdir ki, iş üzrə digər borclu X2 əmək haqqısından tutulan pulu Borclu ödəyir. Məhkəmə iclasında iştirak edən Borclu bildirmişdir ki, kredit götürərkən “Salyan Oil” şirkətində işləmişdir. Sonradan işdən çıxdığı üçün kredit borcunu ödəyə bilməmişdir. “X8” markalı **-NN-*** dövlət qeydiyyat nişanlı avtomobili 2020-ci ildə kreditə 12000 manata almışdır. Avtomobillə yük daşıma fəaliyyəti ilə məşğul olur. İlkin ödəniş olaraq 3000 manat ödəniş etmişdir. Daha sonra hər ay 300-350 manat ödəniş edir. İş üzrə zamin X1 hər ay bankın xeyrinə 500 manat pul tutulur, o, hər ay zəminə 500 manat ödəyir. Avtomobillə işləməsən banka ola borca görə zamindən tutulan pulun əvəzini və ailəsinin maddi ehtiyacını təmin edə bilməyəcəkdir. Tələbkar Qapalı Səhmdar Cəmiyyətinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tələbkarın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 231.2-ci maddəsinə əsasən işə sonuncunun iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşin materiallarını nəzərdən keçirib, məhkəmə hesab edir ki, təqdimat aşağıdakı əsaslara görə rədd edilməlidir. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin 2(057)-113/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsindən görünür ki, cavabdehlər Borclu və X1 müştərək qaydada 14815.01 manat məbləğində kredit borcu, 131.88 manat məbləğində faiz borcu, 50 manat məbləğində cərimə borcu və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 23 manat tutularaq iddiaçı Tələbkar QSC-nin hesabına köçürülməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, icra sənədi üzrə icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilərək rəsmi qaydada tələbin könüllü icra olunması barədə bildirişlə birlikdə borcluya təqdim edilmişdir. İş materiallarında olan “Elektron icra” İnformasiya sistemindən əldə olunmuş sorğu məlumatı vərəqəsindən görünür ki, Borclu məxsus “Ford Transit” yük markalı, **-NN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi vardır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 2013-cü il 22 aprel tarixli 2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında təlimat”ın 2.2ci bəndinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir, borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar məhkəmə icraçılarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. “İcra haqqında” Azərbaycan Respublikası qanununun 50.2-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq, məhkəmə icraçısının əsaslandırılmış təqdimatına əsasən məhkəmə qərardadı ilə qoyulur. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, hüquq subyektləri öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyi daşıyırlar. Buna görə də, ilk növbədə borclu, yəni icra sənədinə əsasən müəyyən hərəkətlər etməli olan şəxs vicdanlılıq prinsipinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə tələbkarın həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Hazırda borclu tərəfindən Salyan Rayon Məhkəməsinin 2(057)-113/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrası ilə bağlı hər ay 500 manat pul ödəyir. “Ford Transit” yük markalı, **-NN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması borclunun maddi vəziyyətini daha da çətinləşdirəcək və nəticədə tələbkarın vəziyyəti daha da pisləşəcək. Məhkəmə qanunvericiliyinin qeyd olunan müddəalarına və işin faktiki hallarına əsaslanaraq hesab edir ki, tələbin könüllü icrası üçün müəyyən olunmuş müddətdə borcun ödənilməməsini və icra sənədinin icraya yönəldiyi vaxtdan keçən müddət ərzində məhkəmə aktının icra edilməməsi ilə bağlı xüsusatları, borclunun ölkədən getməsi halında icra sənədinin icrasına maneələr yarana biləcəyini, bunun isə öz növbəsində icra sənədinin icrasının mümkünsüz olması və ya uzun müddət icrasız qalması ilə nəticələnə biləcəyini nəzərə almaqla icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu əmlakı üzərinə həbs qoyulmasına barədə təqdimat təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 266 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Salyan Rayon Məhkəməsinin 2(057)-113/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra vərəqəsi üzrə Borclu məxsus “Ford Transit” yük markalı, **-NN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbsin qoyulması barədə Salyan rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 təqdimatı təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar