Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 8(057)-125/2023 27.10.2023 SALYAN RAYON MƏHKƏMƏSİ İ Hakim Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi ilə Salyan rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X1 Borclu məxsus «Vaz 21065» minik markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə tələb həcmində həbs qoyulması barədə təqdimatına Salyan Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Salyan rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 Borclu məxsus «Vaz 21065» minik markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə üzərinə tələb həcmində həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Şirvan Kommersiya Məhkəməsinin e-2- 2(121)-728/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu və qeyrilərindən müştərək qaydada 20354.74 manat pul alınaraq Tələbkar ASC-nə ödənilməlidir. Məlum edirəm ki, Borclu məxsus «Vaz 21065» minik markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin olması aşkar edilmişdir. İcra sənədlərinin icraatına başlanılması barədə xx.xx.2023-cü il tarixdə qərar qəbul edilmiş və qərarın sürəti könüllü icra müddəti ərzində icra olunması üçün Borclu göndərilmişdir. Lakin, borclu müəyyən edilmiş müddətdə icra sənədinin könüllü qaydada icrasını təmin etməmişdir. “İcra Haqqında” Qanunun 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlilməsi məcburi icra tədbiri hesab edilir. Həmin Qanunun 44.1.3-cü maddəsinə əsasən könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirinin tətbiq edilməsi üçün əsasdır. Salyan rayon İcra və Probasiya Şöbəsinin “Elektron İcra Xidməti” portalının borclu barədə sorğu məlumatından bəlli olmuşdur ki , Borclu məxsus «Vaz 21065» minik markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onun icrası məcburidir. Hesab edirəm ki, icra sənədinin məcburi icrasını təmin etmək məqsədi ilə Borclu məxsus olan nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmalıdır. Göstərilənləri nəzərə alaraq, “İcra Haqqında” Qanunun 45.6 və 50.2-ci maddələrini rəhbər tutaraq, Borclu məxsus «Vaz 21065» minik markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə tələb həcmində həbs qoyulması və həmin avtonəqliyyat vasitəsinin DYP-nin mühafizə olunan dayanacağına yerləşdirilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə icra məmuru, tələbkar və borcluya bildiriş göndərilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və sübutları araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarında olan Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-728/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən Borclu və qyerilərindən müştərək qaydada 20354.74 manat pul alınaraq Tələbkar ASC-nə ödənilməsi qərara alınmışdır. İş materiallarında olan «Elektron icra» İnformasiya sistemindən əldə olunmuş sorğu məlumatı vərəqəsindən görünür ki, Borclu məxsus «Vaz 21065» minik markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi vardır. “İcra haqqında” AR Qanununun 50.2-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq, məhkəmə icraçısının əsaslandırılmış təqdimatına əsasən məhkəmə qərardadı ilə qoyulur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 267-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Salyan rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 təqdimatı təmin olunsun. Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-728/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsi üzrə Borclu məxsus «Vaz 21065» minik markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə tələb həcmində həbs qoyulsun. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət verilə bilər. SƏDRLİK EDƏN Ağarza Səmədov
Məhkəmə qərarları › İş №8(057)-125/2023
Salyan Rayon Məhkəməsi Qərardad — İş №8(057)-125/2023
27.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver